Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Sxem 3.  Təbiət – məhsul sistemi



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə23/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   191
etraf muhitin iqtisadiyyati

Sxem 3. 
Təbiət – məhsul sistemi 
 
 
 
 
 
 
 
 
İstehsal olunan məhsulun daima çatışmaması 
üzündən ənənəvi məntiqə əsasən girişə daha çox təbii 
sərvət vermək lazım gəlir. Bu zaman iqtisadiyyatın fəa-
liyyət mexanizmlərinə daxildən baxmaq diqqətdən kə-
narda qalır. Ətraf mühitin çirkləndirilməsi, tullantılar, 
təbii sərvətlərin tənəzzülə meyli ilə mübarizə, mahiyyət 
etibarilə texnogen iqtisadi inkişafın nəticələri ilə müba-
rizəyə çevrilir. 
Təbii ehtiyatlar 
Çirkləndiricilər, 
tullantılar 
iqtisadiyyat 
Son 
məhsul 


51
Ekoloji problemlərlə real mübarizənin təmin edil-
məsi, dayanıqlı iqtisadi inkişaf şəraitinin yaradılması 
üçün bu prosesə nəzər salmaq, iqtisadi quruluşların fəa-
liyyətini ekoloji cəhətdən qiymətləndirmək və zəruri dü-
zəlişlər etmək vacibdir. İqtisadiyyatın böyü k təbiət tu-
tumlu olması səbəbləri aydınlaşdırılmalı, onun nəticələri 
ilə deyil, özü ilə mübarizə aparılmalıdır. 
İqtisadi inkişafın ekologiyalaşdırılmasında təbiət-
dən istifadənin intensivləşdirilməsi və eyni zamanda ona 
qənaətçilliklə yanaşılması istiqamətinin işlənib hazırlan-
masında ən vacibi son nəticənin nəzərə alınmasıdır. Bu 
məqsədin həyata keçirilməsi, hər bir təbii sərvət və ya 
sərvətlər qrupu üçün təbiət-xammal-məhsul zəncirinin 
(istehsalın ilkin təbiət amillərini son məhsulla əlaqələn-
dirən) qurulmasını tələb edir. Təbii əşyaların və onların 
emalından alınan məhsulların bu cür zəncirlərdə hərəkə-
ti, müxtəlif sahələrə aid olan, lakin texnologiya və son 
məhsulun satışı üzrə birləşdirilən fəaliyyət növlərinin 
köməyi ilə həyata keçirilir. 
 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə