Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


 Ekoloji-iqtisadi sistem. İqtisadi inkişafın



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə20/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   191
etraf muhitin iqtisadiyyati

3. Ekoloji-iqtisadi sistem. İqtisadi inkişafın 
ekologiyalaşması 
 
Ekonomika və ekologiya sözləri arasındakı dərin 
əlaqə adlarından da görünür. 
Ekologiya yunancadan 
hərfi tərcümədə ev, iqtisadiyyat isə ev təsərrüfatının 
idarə edilməsi mənasını bildirir. 
İqtisadiyyat müasir 
anlamaya görə istehsal şəraitini və onun formalarını, 
əmtəə mübadiləsini, o cümlədən onun paylanmasını 
əhatə edir. İstənilən ölkənin iqtisadiyyatı çox böyük sis-
tem olub, müxtəlif sahələrdən ibarətdir. İqtisadiyyatın 
hər bir halqası sistemin komponenti kimi başqalarından 
nə isə almaqla mövcud ola bilər. İqtisadiyyat özünün in-
kişafına görə daha qədim olmasına baxmayaraq müəy-
yən inkişaf mərhələsində ətraf mühitə təsiri güclənmiş-
dir. Xüsusi ilə sənayenin və kənd təsərrüfatının sürətli 
inkişafı ətraf mühitə külli miqdarda tullantıların atılma-
sına şərait yaratmışdır. Həmin tullantıları aradan qaldır-
maq üçün ekologiya elminin nailiyyətlərindən istifadə 
olunmaqla ətraf mühitin mühafizəsi üçün əlverişli şərait 


44
yaranır. Bu cəhətdən iqtisadiyyatla ekologiya bir-biri ilə 
bağlı kateqoriya olub, vəhdət təşkil edir. Lakin ilk ba-
xışda iqtisadiyyatın ekologiya ilə heç bir əlaqəsi olmadı-
ğı görünür. Tarixi baxımdan da iqtisadiyyat ekoloji 
göstəricilərlə müqayisədə nisbətən sərbəst inkişaf etmiş-
dir. Bununla yanaşı cəmiyyət bütün tarixi dövrlərdə tə-
bii ehtiyatlardan asılı vəziyyətdə olmuş və ondan istifa-
də etməklə öz tələbatını ödəmişdir. 
İqtisadiyyatla eko-
logiya arasında əlaqə
insanın dəyişdirdiyi təbii aləmin 
onun təsərrüfatına əks təsiri aydın olandan sonra dərk 
olunmağa başlanmışdır. Ekologiyalaşdırılmış iqtisadiy-
yatda istehsalın məqsədi ekologiyanın prinsipləri və 
məhsuldar qüvvələrin ən vacib tərkib hissəsi sayılan işçi 
qüvvəsinin sağlamlığı üçün təhlükəsiz olan əmək şə-
raiti ilə müəyyən olunmalıdır. Eyni zamanda iqtisadiy-
yat yalnız gəlir mənbəyi deyil, ümumi ekoloji hadisələri 
özündə cəmləşdirməklə onların həllinə şərait yaradır. 
Müxtəlif növ təbii ehtiyatlardan istifadə, həmçinin ayrı-
lıqda iqtisadi sahələrin formalaşmasına zəmin yaradır. İq-
tisadi sahələrin meydana gəlməsi özü ilə bərabər müəy-
yən dərəcədə çirklənmə mənbəyi yaradır. İqtisadi amillə-
rin təsiri altında yaranan ekoloji problemlər iqtisadi sa-
hələrdən əldə olunan gəlirlər vasitəsilə həll olunur. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə