Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə16/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   191
etraf muhitin iqtisadiyyati

ƏMİ-nin əsas vəzifəsi
idarəçilik prinsipinin (ya-
naşmasının) aradan qaldırılmasının və iqtisadiyyatın sa-
hələrinin əlaqələndirilməsini həyata keçirməklə cəmiy-
yətlə təbiətin iqtisadi-ekoloji qarşılıqlı əlaqələri və mü-
nasibətləri baxımdan optimal formalaşmasını təmin et-
məkdir. Ümumiyyətlə, ƏMİ cəmiyyətin davamlı “sabit 
inkişaf” modelinə keçməsinə zəmin yaratmalıdır. Əslin-
də həmin elm sahəsinin konkret vəzifələri təbii sərvətlər 
üzərində mülkiyyətin realizə edilməsinin zəruri formala-
rını axtarmaq, təbiətdən ödənişli istifadə əsasında iqtisa-
di mexanizmin formalaşma yollarını müəyyənləşdir-
mək, bazar iqtisadiyyatı ilə bağlı üsullarla dövlət tən-
zimlənməsini təmin etmək deməkdir. Ölkənin iqtisadi 
inkişafı ətraf mühitə münasibətdə dağıdıcı rol oynama-
malıdır. Ona görə də hazırda qlobal inkişafın həll edil-
məsinin əsas yolu dayanıqlı inkişaf hesab edilir. Dünya 
ölkələrinin inkişaf etmiş ölkələrin səviyyəsinə çatması 
üçün təbii ehtiyatlardan istifadəni və çirkləndiricilərin 
miqdarını on dəfələrlə azaltmaq lazım gələrdi ki, bu da 
sərvətlərin məhdudluğu və təbii ekoloji məhdudiyyətlər 
üzündən mümkün deyildir. 
Ekoloji məhdudiyyətlərin nəzərə alınması ilə inki-
şaf konsepsiyasının həm nəzəri, həm də təcrübi olaraq 
formalaşmasına Birləşmiş Millətlər Təşkilatının tapşırı-
ğı ilə Q.X.Brutlandın sədrliyi ilə xüsusi komissiya tərə-
findən yerinə yetirilmiş, ətraf mühit və inkişaf üzrə Bey-
nəlxalq Komissiyaya məruzə edilmiş “Bizim ümumi gə-


37
ləcəyimiz” (1987) adlı tədqiqat böyük təsir göstərmiş-
dir. Məruzənin məqsədi dünya inkişafında dəyişmələrin 
qlobal proqramının işlənib hazırlanması idi. Məruzədə 
dünya iqtisadiyyatının dayanıqlı inkişafını təmin edən 
ətraf mühitin qorunması sahəsində uzunmüddətli strate-
giya təklif edilmiş, təbiətdən istifadə problemini səmə-
rəli həll etməyə imkan verən üsul və vasitələrə baxıl-
mışdır. Ekoloji-iqtisadi artımın yeni növünün formalaş-
masının əsasını (məruzənin nəticələrinə görə) dayanıqlı 
inkişaf təşkil etməlidir. Dayanıqlı inkişafın iqtisadi ədə-
biyyatda 60-dan çox anlayışı mövcuddur. Ən çox yayı-
lan Brundtland komissiyasının məruzəsində qeyd edilən 
təyindir: 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə