Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə13/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   191
etraf muhitin iqtisadiyyati

Ətraf mühit və tə-
biətdən istifadənin öyrənilməsi və istifadə edilməsi-
nin nizamlanması müəyyən ixtisaslaşmalar əsasında 
təbii ehtiyatlardan səmərəli istifadə etməklə ətraf 
mühiti mühafizə deməkdir. 
Eyni zamanda təbiətdən 
istifadə insanların həyat fəaliyyətləri və təsərrüfatdan is-
tifadə prosesində təbii mühitə təsir kimi qəbul edilməli-
dir. Ətraf mühit və təbiətdən istifadə həm də elmi sahə-
dir, istiqamətdir və özünəməxsus üsullarla, yollarla in-
sanların öz tələbatını ödəmək üçün təbii mühitdən istifa-
də məsələləri araşdırılır və öyrənilir. 
Hazırda ətraf mühit və təbiətdən istifadəyə əsasən 
aşağıdakı kimi baxmaq olar: 
1.
Cəmiyyətin təbii ehtiyatlara tələbatını təmin et-
mək və ətraf mühitin zəruri ekoloji keyfiyyətini qoruyub 
saxlamaq; 
2.
Cəmiyyət və təbiət arasındakı qarşılıqlı əlaqə və ya 
təsir prosesində münasibətlər sistemini qiymətləndirmək. 
Ətraf mühit və təbiətdən istifadəni birbaşa və ya 
dolayısı olaraq təbii mühitin dəyişdirilməsində insan 


31
fəaliyyətinin xüsusi bir növü kimi hesab etmək də 
olar
. Ətraf mühit və təbiətdən istifadənin aşağıdakı növ-
lərini də ayırırlar: əsas (kənd təsərrüfatı, meşə təsərrüfatı, 
su təsərrüfatı, hidroenergetik və s.); yardımçı (istehsal 
prosesində təbii ehtiyatlardan istifadə və s.); əlavə-ətraf 
mühiti mühafizə. 
Hüquqi nöqteyi-nəzərdən təbiətdən istifadə
iki 
istiqamətdə həyata keçirilir: ümumi və xüsusi. Ümumi 
təbiətdən istifadəyə hər hansı bir xüsusi icazə olmadan 
həyata keçirilə bilər. Bu fəaliyyət vətəndaşlar tərəfindən 
onlara doğulduğu gündən və yaşadığı müddət ərzində 
mənsub olduğu təbii hüquqlar əsasında həyata keçirilir. 
Təbiətdən xüsusi istifadə isə vətəndaşlar və təsərrüfat 
subyektləri (müəssisələr, firmalar, təşkilatlar) tərəfindən 
o zaman həyata keçirilə bilər ki, onlara qanunlar, qərar-
lar, qaydalar və səlahiyyətli dövlət orqanlarının icazəsi 
verilmiş olsun. Bu istiqamətli təbiətdən istifadə, məq-
sədyönlü xarakter daşıyır və torpaqdan, Yer təkindən, 
sudan, meşədən istifadə, heyvanat və bitki aləmindən, 
habelə atmosfer havasından istifadə etmək istiqamətində 
həyata keçirilir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə