Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə10/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   191
etraf muhitin iqtisadiyyati

Ətraf mühitdən 
istifadənin metodları müxtəlif elmlərin qarşılıqlı əla-
qəsi nəticəsində mümkün olmuşdur.
Bu elm təbiət və 
cəmiyyətdə baş verən iqtisadi və ictimai hadisələrin qa-
nunauyğunluqlarını öyrəndiyi üçün 
iqtisadi

ictimai
və 
dəqiq elmlərlə
sıx əlaqəsi vardır. O cümlədən 
riyaziy-
yat, iqtisadiyyat, tarix

coğrafiya, geologiya, kimya, 
fizika, texnika
və s. qarşılıqlı əlaqədə inkişaf edir, for-
malaşır. Bu elmlərin qarşılıqlı əlaqəsi özlüyündə təbiət-
dən istifadənin metodlarını müəyyənləşdirməyə şərait 
yaradır. 
Riyazi metoddan 
istifadə olunması geoloji axta-
rışlar nəticəsində müəyyən olunmuş təbii ehtiyatların 
potensial imkanlarını müəyyən edir. Həmin potensial 
imkanlar, ehtiyatlar əsasında ərazi daxilində müvafiq sə-
naye sahələrinin yerləşdirilməsi üçün əlverişli şəraitdə 
olub-olmadığını müəyyənləşdirir. Bu metoddan istifadə 
mümkün olan bütün yeraltı və yerüstü təbii sərvətlərə 
aid edilir. 
Ətraf mühitin iqtisadiyyatı iqtisad elmləri sırasında 
getməsinə baxmayaraq təbii, əmək ehtiyatlarından isti-
fadə, iqtisadi sahələrdə çox mühüm əhəmiyyət kəsb 
edən məhsuldar qüvvələrin ərazi üzrə yerləşdirilməsi 
məqsədilə balans, statistik, tarixilik, çöl tədqiqatı və s. 
metodlarından istifadə etməklə təbii ehtiyatlardan istifa-
dənin kəmiyyət və keyfiyyət göstəricilərini, istehsal sa-
hələrinin inkişaf xüsusiyyətlərini, istiqamətlərini və illər 
üzrə dinamik inkişafını iqtisadi göstəricilərlə əks etdirir. 
Ətraf mühitin iqtisadiyyatında 
tarixilik metodu 
çox mühüm əhəmiyyət kəsb edir. Burada təbii ehtiyatla-


26
rın əmələ gəlməsi qanunauyğunluqları, təbiət və cəmiy-
yətin qarşılıqlı əlaqəsi, təbii ehtiyatların istifadəsi, ayrı-
ayrı istehsal sahələrinin inkişaf tarixi və ərazi üzrə yer-
ləşdirilməsi müəyyənləşdirilir. 
Coğrafi tədqiqatlardan istifadə etməklə ərazinin tə-
bii iqtisadi şəraitini, yaşayış məskənlərinə yaxın, yaxud 
uzaqlığı, təbii sərvətlərin daşınmasında əhəmiyyət kəsb 
edən nəqliyyat sahələrinin inkişaf etməsi, təbii şəraitin-
dən asılı olaraq ehtiyatların istehsal dövriyyəsinə cəlb 
olunması iqtisadi səmərəliliyin yüksəlməsinə təsir edən 
metodlardan biri kimi qiymətləndirilir. 
Təbii ehtiyatların ərazi üzrə yayılma qanunauy-
ğunluqlarının və geoloji xüsusiyyətlərinin müəyyənləş-
dirilməsində 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə