Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə18/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   191
etraf muhitin iqtisadiyyati

F
t
 (L, K, N, İ) ≤ F
t+1 
(L, K, N, İ) 
Burada, 
F
t
 (L, K, N, İ
–dayanıqlı inkişaf funksiyası; 
L
- əmək ehtiyatları; 
K
- yaradılmış kapital, istehsal vasitələri
N
- təbii ehtiyatlar; 
İ
- institusiya amili; 
t=0,......,n
– vaxt kəsiyi. 
Müəyyən mənada dayanıqlı inkişaf funksiyası is-


40
tehsal funksiyasının genişləndirilmiş formasıdır. Lakin 
daxil edilən yeni parametrlər təbii ehtiyatlar və institusi-
ya amili prinsipial xarakter daşıyır. 
İnstitusiya amili dayanıqlı inkişaf üçün vacib bir 
elementdir. Mədəni ənənələr, din, mülkiyyət institutları 
və s. çox vaxt ekoloji-iqtisadi siyasətin seçilməsinə bö-
yük təsir göstərirlər. Məsələn, bir çox şərq ölkələrində 
su Allah tərəfindən əta olunmuş təbii sərvət hesab edilir 
və ondan istifadə üçün qiymət qoymaq olmaz. Ekoloji-
iqtisadi anlayışlara din də böyük təsir göstərir. Məsələn, 
xaçpərəstlərə sahibkarlığın sürətli inkişafı, bugünkü gə-
lir, fərdi davranış daha çox xas olan xüsusiyyətdir. Bud-
dizm isə vaxtla əlaqə və təbiətə yaxınlığı ilə xarakterik-
dir. Bütün bunlar hər bir ölkədə dayanıqlı inkişaf tipi-
nin kifayət qədər fərdi olmasını (ümumi prinsipləri sax-
lamaqla) şərtləndirən amillərdəndir. 
Bütövlükdə, ƏMİ-nın əməli aspekti üç qrup prob-
lemi özündə birləşdirir:
1) Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsini;
2) Ətraf mühitin çirklənməsindən dəyən iqtisadi 
zərərin qiymətləndirilməsini (hesablanmasını); 
3) Ekoloji amillərin təsərrüfat mexanizminə və cə-
miyyətdə qərarların qəbul edilməsinə cəlb edilməsini. 
T.Titenberq hesab edir ki, ƏMİ eyni dərəcədə həm 
nəzəri, həm də təcrübi elm sahəsidir. O, nəinki yalnız 
ekoloji-iqtisadi analizin fundamental prinsiplərini, həm 
də ekoloji tənzimləmə tədbirlərini əhatə edir. ƏMİ tə-
biətdən və ətraf mühitdən istifadədən başqa, iqtisadi nə-
zəriyyə (tələbatla məhdud resurslar arasındakı ziddiyyət, 
zahiri səmərə, tələb, təklif və s.), funksional və sahələr 
üzrə iqtisadi məsələlər (maliyyə, statistika, meşə iqtisa-


41
diyyatı və s.), sosial və iqtisadi coğrafiya, habelə bir sıra 
təbiət (ilk növbədə ekologiya) və texniki elmlərlə sıx 
əlaqədardır.
ƏMİ fənninin predmeti abstraksiyanın ən yüksək 
səviyyəsində, xalq təsərrüfatı (makroiqtisadi) mövqedən 
və iqtisadi-ekoloji prioriteti nəzərə almaqla bütün təbii 
mühiti əhatə edir. Eyni zamanda bu elm sahəsi həm də 
mikroiqtisadi prosesin analizindən, ekoloji sahibkarlıq 
problemlərindən, ekoloji marketinqdən və s. bəhs edir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə