Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


“Dayanıqlı inkişaf” elə bir inkişafdır ki, in-



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə17/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   191
etraf muhitin iqtisadiyyati

“Dayanıqlı inkişaf” elə bir inkişafdır ki, in-
diki zamanda tələbatı təmin edir, lakin gələcək nəsil-
lərin öz tələbatlarını ödəməsini təhlükə altında qoy-
mur.
O, özündə əsas iki anlayışı birləşdirir: 
a)
tələbat anlayışı, o cümlədən, birinci dərəcəli üs-
tünlüyə malik olan, əhalinin ən kasıb təbəqəsinin möv-
cudluğu üçün zəruri olan tələbat; 
b)
məhdudiyyət anlayışı, hazırkı və gələcək tələ-
batları ətraf mühitin ödəyə bilməsi imkanlarına qoyu-
lan, texnologiya və cəmiyyətin təşkilinin vəziyyəti ilə 
şərtləndirilən məhdudiyyətlər. 
Dayanıqlı inkişafın bu təyininə nəsillər arasında 
iqtisadi münasibətlər prizmasından da, nəsil daxilində 
baxılır (ictimai aspekt, kasıbçılıq problemi). Bu həmdə 
nəsillər arasında ekoloji-iqtisadi aspekt prizmasından 
baxılır. 
Beləliklə, iqtisadi və ictimai inkişafın qarşısında du-
ran məsələlər onun sabitliyinin nəzərə alınması, bütün in-


38
kişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ekoloji təh-
lükəsizliyə uyğun olması yolu ilə müəyyən edilməlidir. 
Dayanıqlı inkişaf anlayışında əsas yeri iqtisadi mə-
sələlərin uzun müddətə ekoloji nəticələrin nəzərə alın-
ması problemi tutur. Gələcək nəsillər üçün neqativ eko-
loji nəticələrin, gələcək təhlükələrin (ziyanların) mini-
muma endirilməsi zəruridir. Öz övladlarının, nəvələri-
nin hesabına yaşamaq, təbii xəzinədən yalnız özü üçün 
istifadə etmək olmaz. Beləliklə, ekoloji məhdudiyyətlər, 
cari və gələcək tələbat arasında kompromis, hər hansı 
bir ölkədə inkişafın ictimai-iqtisadi strategiyasının işlən-
məsində əsas olmalıdır. 
Dayanıqlı inkişafın dörd meyarını
fərqləndirmək 
olar. Bu təbii ehtiyatların təsnifatlaşdırılması, onların 
təkrar istehsal dinamikasına və səviyyəsinə əsaslanır. 
1)
bərpa oluna bilən təbii ehtiyatlar üçün onların 
miqdarı ən az vaxt kəsiyində azalmamalıdır, daha doğ-
rusu, ən azı onların sadə təkrar istehsal rejimi təmin 
olunmalıdır. Məsələn, torpaq resursları üçün bu o de-
məkdir ki, qiymətli kənd təsərrüfatı sahələri saxlanılma-
lı, sahələrin azaldıldığı halda onlardan məhsul istehsalı-
nın səviyyəsi saxlanılmalı və artırılmalıdır; 
2)
bərpa oluna bilməyən təbii ehtiyatlar üçün (məs. 
faydalı qazıntılar) onların ehtiyatlarının mənimsənilmə 
sürətinin azaldılması və onların gələcəkdə qeyri-məh-
dud sərvət növləri ilə əvəz edilməsi. Məsələn, neft mən-
bələrinin – külək, günəş və s. enerjisi ilə müəyyən qədər 
əvəz edilməsi; 
3)
tullantılar üçün onların miqdarının, az tullantılı, 
ehtiyatlara qənaət edən texnologiyanın tətbiq edilməsi yo-


39
lu ilə minimumlaşdırılması imkanları nəzərə alınmalıdır; 
4)
ətraf mühitin çirklənmə səviyyəsi bütün ehtiyat-
lar və onun növləri üzrə gələcəkdə onun hazırkı səviy-
yəsini aşmamalıdır. Çirklənmə səviyyəsinin ictimai və 
iqtisadi cəhətdən qəbul oluna biləcək səviyyəyə qədər 
azaldılması imkanları nəzərə alınmalıdır (çirklənmənin 
“sıfır” səviyyəsi real deyildir). 
İnsanların 
tələbat davranışının 
dəyişməsinin əhə-
miyyəti də nəzərə alınmalıdır. Dayanıqlı inkişafa keçid 
əmtəə və xidmətlərə müəyyən məhdudiyyətlərin olması-
nı da ehtimal edir. “Daha çox istifadə edən, hər ailə üz-
vünə bir avtomobil və s.” kimi çağırışlar aşıq-aşkar bio-
sferanın imkanları ilə tərs mütənasiblik təşkil edir. 
Dayanıqlı inkişaf konsepsiyasına göstərilən baxış 
onu göstərir ki, bu məsələ qlobal xarakter daşıyır. Bu in-
kişaf mürəkkəb ekoloji, iqtisadi və ictimai problemlərin 
bir-biri ilə sıx əlaqədə olduğunu göstərir. 
Ümumi şəkildə vaxt kəsiyində əsas parametrlər nə-
zərə alınmaqla dayanıqlı inkişaf funksiyası aşağıdakı şə-
kildə ifadə edilir: 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə