Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


İqtisadi inkişafda davamlı (dayanıqlı) inkişaf



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə14/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   191
etraf muhitin iqtisadiyyati

 
2. İqtisadi inkişafda davamlı (dayanıqlı) inkişaf 
 
Davamlı inkişaf dedikdə indiki nəsillərin tələbi-
ni ödəyən gələcək nəsillərin tələbinin ödənilməsini 
təhlükə altına almayan inkişaf başa düşülür. 
Davamlı 
inkişaf konsepsiyası ilk dəfə 1987 ci ildə BMT Beynəl-
xalq Komissiyasının məruzəsində təklif edilmişdir. Bu 
sənədin işlənməsində 200- dən çox dövlət iştirak etmiş-


32
dir. 1992
-
ci ildə ətraf mühit və inkişaf üzrə BMT-nin 
Rio-De-Janeyro da keçirilmiş konfransı bu konsepsiyanı 
planetin bütün ölkələri üçün XXI əsrdə fəaliyyət planı 
kimi təsdiq etdi. Davamlı inkişaf konsepsiyasının əsas 
ideyası sosial-iqtisadi və ekoloji inkişafın qarşılıqlı bağ-
lılığı üçün şərait və mexanizmlərin vəhdətdə baxılması-
dır. Yalnız bu halda cəmiyyət və təbii mühitin inkişafı 
üçün zəmin yaradıla bilər. 
Davamlı inkişaf konsepsi-
yası ekoloji, iqtisadi və digər sosial problemlərin bir-
liyini nəzərdə tutur. 
Bu konsepsiya əhalinin artımının 
tənzimlənməsi imkanına insanlarda şüurlu istehlakın 
formalaşdırılmasına, ekoloji mədəniyyət etikasına əsas-
lanır. Ətraf mühit və təbiətdən istifadə sahəsinin mütə-
xəssislərin qarşısında aşağıdakı vəzifələr durur: 
1.
təbiətdən səmərəli istifadə vasitələri, metod və 
formalarının tədqiq edilməsinə və əlverişli həyat şəraiti-
nə nail olmaq; 
2.
ehtiyatların kompleks istifadəsinə yönəldilmiş 
tədbirlərin əsaslandırılması və hazırlanması; 
3.
iqtisadiyyatın ekologiyalaşdırılmasını əsaslan-
dırmaq; 
4.
gələcək nəsillərin mənafeyini nəzərə almaqla 
cəmiyyət və təbiət arasındakı qarşılıqlı əlaqənin opti-
mallaşdırma metodlarını işləyib hazırlamaq; 
5.
təbiətdən istifadənin idarəetmə sistemində döv-
lət və regional orqanların səmərəli formalaşdırılması; 
6.
təbiətdən səmərəli istifadə sahəsində qabaqcıl 
təcrübənin təhlili və ümumiləşdirilməsi və s. 
Ətraf mühitin səmərələşdirilməsi sahəsində vəzifə-
lərin çoxtərəfli olmasını nəzərə alaraq onların hamısı bu 


33
və ya digər dərəcədə maliyyə vəsaitinin ayrılması və 
tədbirlərin səmərəlilik dərəcəsinin müəyyən edilməsi ilə 
əlaqədardır. Bununla əlaqədar olaraq yeni bir iqtisadi 
fənnin yaranması və inkişafı zərurəti meydana çıxır. Cə-
miyyətlə təbiət arasında qarşılıqlı əlaqənin iqtisadi as-
pekti müəyyən bir tarixə malikdir, lakin, bu əlaqə indiki 
mərhələdə yeni əhəmiyyət kəsb etməkdədir. Bu tarix fi-
ziokratlar dövründən başlayır. Onlar hesab edirdilər ki, 
cəmiyyətin sərvəti əkinçilikdən yaranır. Bu problemə 
D.Rikardo və T.Maltus böyük diqqət yetirirdilər. İqtisa-
di inkişafın perspektivliyinə onlar pessimist baxırdılar. 
K.Marks hesab edirdi ki, kapitalizm təbiəti dağıdır və 
yalnız və kommunizm insan və təbiət arasındakı ziddiy-
yəti aradan qaldıra bilər. Neoklassiklər fərz edirdilər ki, 
rasional və xudpəsənd (eqoist) insanlar ictimai maraqla-
rını təmin etmək üçün Pareto-meyarlardan istifadə edir-
dilər. Humanist istiqamətlərin tərəfdarları fərdiyyətin re-
gional davranışını rədd edirlər, rasionalist anlayışının 
genişləndirilməsini arzulayırlar və insanların tələbatı 
iyerarxiyasında yüksək keyfiyyətin ətraf mühitə olan tə-
ləbatını birinci sıraya qoyurlar. 
Hazırda bütün iqtisadi məktəblərin hamısı bu və ya 
digər qaydada iqtisadi inkişafı ekoloji problemlərlə əla-
qələndirirlər. Lakin, ətraf mühitin iqtisadiyyatı sahəsin-
də aparılan ətraflı nəzəri tədqiqatlar maddi rifah iqtisa-
diyyatı və zahiri effektlər nəzəriyyəsi ilə əlaqələndirilir. 
Rifah iqtisadiyyatının vəzifəsi iqtisadi optimum şərtləri-
ni təsvir etməkdən ibarətdir. Bu nəzəriyyə çərçivəsində rə-
qabət (bazar) və iqtisadi optimum arasında qarşılıqlı əlaqə 
yaradılır. Zahiri effektlərin mövcudluğu iqtisadi səmərənin 


34
ictimai və mülki cəhətdən qiymətləndirilməsi arasında zid-
diyyətə səbəb olur. A.Piqu özünün “Rifah iqtisadiyyatı” 
(1920) əsərində ictimai və mülki xərclər arasındakı qeyri-
bərabərliyi göstərməklə həmin proseslərin dövlət tənzim-
lənməsi zərurətini irəli sürürdü. 
Keçən əsrin 60-70-ci illərində bir çox ölkələrdə 
ekoloji şəraitin kəskinləşməsi müşahidə olunur. Həmin 
dövrdən, ətraf mühitin iqtisadiyyatı (Keçmiş SSRİ-də 
isə təbiətdən istifadənin iqtisadiyyatı) formalaşmağa 
başlayırdı. Ekoloji problemlərin iqtisadi aspekti tədqiqat 
sahəsinə çevrilir. İlk növbədə ətraf mühitlə iqtisadi in-
kişaf arasındakı qarşılıqlı əlaqələrin təhlilinə başlanır və 
bunun əsasında bəşəriyyətin gələcək inkişaf yolları öy-
rənilir, təbiəti mühafizə sahəsində bazar iqtisadiyyatının 
mexanizminin imkanları nəzərdən keçirilir, proqnozlaş-
dırma və s. məsələlər elmi cəhətdən ön plana çəkilir. 
“Ətraf mühitin iqtisadiyyatı” iqtisadi elmlər və 
fənnlər qrupuna daxil olur, bir sıra elm sahələrinin qov-
şağında özünə yer tutmaqla, sahələrarası elmə çevrilir. 
Xarici ölkələrdə “Ətraf mühitin iqtisadiyyatı”nı iqtisadi 
nəzəriyyənin köməkçi (yardımçı) fənni kimi qəbul edir-
lər. Hazırda bu sahə ilk növbədə iqtisadiyyatla ekologi-
ya arasındakı elm kimi qiymətləndirilir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə