32
dir. 1992
-
ci ildə ətraf mühit və inkişaf üzrə BMT-nin
Rio-De-Janeyro da keçirilmiş konfransı bu konsepsiyanı
planetin bütün ölkələri üçün XXI əsrdə fəaliyyət planı
kimi təsdiq etdi. Davamlı inkişaf konsepsiyasının əsas
ideyası sosial-iqtisadi və ekoloji inkişafın qarşılıqlı bağ-
lılığı üçün şərait və mexanizmlərin vəhdətdə baxılması-
dır. Yalnız bu halda cəmiyyət və təbii mühitin inkişafı
üçün zəmin yaradıla bilər.
Davamlı inkişaf konsepsi-
yası ekoloji, iqtisadi və digər sosial problemlərin bir-
liyini nəzərdə tutur.
Bu konsepsiya əhalinin artımının
tənzimlənməsi imkanına insanlarda şüurlu istehlakın
formalaşdırılmasına, ekoloji mədəniyyət etikasına əsas-
lanır. Ətraf mühit və təbiətdən istifadə sahəsinin mütə-
xəssislərin qarşısında aşağıdakı vəzifələr durur:
1.
təbiətdən səmərəli istifadə vasitələri,
metod və
formalarının tədqiq edilməsinə və əlverişli həyat şəraiti-
nə nail olmaq;
2.
ehtiyatların kompleks istifadəsinə yönəldilmiş
tədbirlərin əsaslandırılması və hazırlanması;
3.
iqtisadiyyatın ekologiyalaşdırılmasını əsaslan-
dırmaq;
4.
gələcək nəsillərin
mənafeyini nəzərə almaqla
cəmiyyət və təbiət arasındakı qarşılıqlı əlaqənin opti-
mallaşdırma metodlarını işləyib hazırlamaq;
5.
təbiətdən istifadənin idarəetmə sistemində döv-
lət və regional orqanların səmərəli formalaşdırılması;
6.
təbiətdən səmərəli istifadə sahəsində qabaqcıl
təcrübənin təhlili və ümumiləşdirilməsi və s.
Ətraf mühitin səmərələşdirilməsi sahəsində vəzifə-
lərin çoxtərəfli olmasını nəzərə alaraq onların hamısı bu
33
və ya digər dərəcədə maliyyə vəsaitinin ayrılması və
tədbirlərin səmərəlilik dərəcəsinin müəyyən edilməsi ilə
əlaqədardır. Bununla əlaqədar
olaraq yeni bir iqtisadi
fənnin yaranması və inkişafı zərurəti meydana çıxır. Cə-
miyyətlə təbiət arasında qarşılıqlı əlaqənin iqtisadi as-
pekti müəyyən bir tarixə malikdir, lakin, bu əlaqə indiki
mərhələdə yeni əhəmiyyət kəsb etməkdədir. Bu tarix fi-
ziokratlar dövründən başlayır. Onlar hesab edirdilər ki,
cəmiyyətin sərvəti əkinçilikdən yaranır.
Bu problemə
D.Rikardo və T.Maltus böyük diqqət yetirirdilər. İqtisa-
di inkişafın perspektivliyinə onlar pessimist baxırdılar.
K.Marks hesab edirdi ki, kapitalizm təbiəti dağıdır və
yalnız və kommunizm insan və təbiət arasındakı ziddiy-
yəti aradan qaldıra bilər. Neoklassiklər fərz edirdilər ki,
rasional və xudpəsənd (eqoist) insanlar ictimai maraqla-
rını təmin etmək üçün Pareto-meyarlardan istifadə edir-
dilər. Humanist istiqamətlərin tərəfdarları fərdiyyətin re-
gional davranışını rədd edirlər, rasionalist anlayışının
genişləndirilməsini arzulayırlar və insanların tələbatı
iyerarxiyasında yüksək keyfiyyətin ətraf mühitə olan tə-
ləbatını birinci sıraya qoyurlar.
Hazırda bütün iqtisadi məktəblərin hamısı bu və ya
digər qaydada iqtisadi inkişafı ekoloji problemlərlə əla-
qələndirirlər. Lakin, ətraf mühitin iqtisadiyyatı sahəsin-
də aparılan ətraflı nəzəri tədqiqatlar
maddi rifah iqtisa-
diyyatı və zahiri effektlər nəzəriyyəsi ilə əlaqələndirilir.
Rifah iqtisadiyyatının vəzifəsi iqtisadi optimum şərtləri-
ni təsvir etməkdən ibarətdir. Bu nəzəriyyə çərçivəsində rə-
qabət (bazar) və iqtisadi optimum arasında qarşılıqlı əlaqə
yaradılır. Zahiri effektlərin mövcudluğu iqtisadi səmərənin
34
ictimai və mülki cəhətdən qiymətləndirilməsi arasında zid-
diyyətə səbəb olur. A.Piqu özünün “Rifah iqtisadiyyatı”
(1920) əsərində ictimai və mülki xərclər arasındakı qeyri-
bərabərliyi göstərməklə həmin proseslərin dövlət tənzim-
lənməsi zərurətini irəli sürürdü.
Keçən əsrin 60-70-ci illərində bir çox ölkələrdə
ekoloji şəraitin kəskinləşməsi müşahidə olunur.
Həmin
dövrdən, ətraf mühitin iqtisadiyyatı (Keçmiş SSRİ-də
isə təbiətdən istifadənin iqtisadiyyatı) formalaşmağa
başlayırdı. Ekoloji problemlərin iqtisadi aspekti tədqiqat
sahəsinə çevrilir. İlk növbədə ətraf mühitlə iqtisadi in-
kişaf arasındakı qarşılıqlı əlaqələrin təhlilinə başlanır və
bunun əsasında bəşəriyyətin gələcək inkişaf yolları öy-
rənilir, təbiəti mühafizə sahəsində bazar iqtisadiyyatının
mexanizminin imkanları
nəzərdən keçirilir, proqnozlaş-
dırma və s. məsələlər elmi cəhətdən ön plana çəkilir.
“Ətraf mühitin iqtisadiyyatı” iqtisadi elmlər və
fənnlər qrupuna daxil olur, bir sıra elm sahələrinin qov-
şağında
özünə yer tutmaqla, sahələrarası elmə çevrilir.
Xarici ölkələrdə “Ətraf mühitin iqtisadiyyatı”nı iqtisadi
nəzəriyyənin köməkçi (yardımçı) fənni kimi qəbul edir-
lər. Hazırda bu sahə ilk növbədə iqtisadiyyatla ekologi-
ya arasındakı elm kimi qiymətləndirilir.
Dostları ilə paylaş: