Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə22/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   191
etraf muhitin iqtisadiyyati

İqtisadi ekologiyalaşdırma 
əsas istehsal sahələ-
rində, həmçinin əhali tərəfindən ekoloji sahədə maarif-


48
ləndirmə və mədəni sahədə inkişafa doğru dəyişikliklə-
rin edilməsini tələb edir. Eyni zamanda intensiv inkişaf 
edən şəhərlərdə sənayenin sürətli inkişafı ekoloji proses-
lərin gedişini tamamilə dəyişdirir, ekoloji gərginliyi artı-
rır. 
İqtisadiyyatın ekologiyalaşdırılması
ekoloji pro-
seslərin gedişini yaxşılaşdırmaq üçün istehsal texnologi-
yalarında təkmilləşdirmə işlərinin aparılması, tullantısız 
məhsullar istehsalının yaradılması, ekoloji mühitin sağ-
lamlaşdırılması üçün müvafiq tədbirlərin görülməsini 
tələb edir. 
Sxem 2. 
Ekoloji mühitin mühafizəsi istiqamətləri 
 
 
 
 
 
 
Eyni zamanda təbii mühitdə iqtisadi ekologiyalaş-
dırma üçün aşağıdakı müvafiq tədbirlərin görülməsi 
məqsədəuyğun sayılır: 
1)
ictimai istehsalın xarakterinin dəyişdirilməsi; 
2)
istehsalçı ilə istehlakçının arasında məhsullar is-
tehsalının başa çatmasını düzgün istiqamətləndirmək və 
səmərəsiz tullantıların həcmini minimuma endirmək; 
3)
iqtisadiyyatı təbiət qoruyucu sahələrə yönəlt-
mək məqsədilə istehsal sahələrinin xarakterindən asılı 
Sənaye-istehsal 
ərazilərində 
ətraf mühit 
monitorinqinin 
aparılması 
İqtisadi ekologiyanın 
davamlı inkişafı 
Ətraf mühitin 
mühafizəsini 
təmin edən 
tullantısız 
texnologiyanın 
tətbiqi 
Sənaye sahələrində 
alternativ ehtiyat 
mənbələrindən 
istifadə 


49
olaraq Elmi Texniki Tərəqqinin nailiyyətlərindən düz-
gün istifadə olunması; 
4)
təbiətdən səmərəli istifadədə iqtisadi sahələrin 
düzgün istiqamətləndirilməsi və müvafiq hüquqi bazası-
nın əsaslandırılması; 
5)
ekoloji gərginlik yaradan istehsal tullantılarının 
xüsusi çəkisinin minimuma endirilməsi məqsədi ilə qapa-
lı istehsal prosesinin yaradılmasının təmin olunması; 
6)
istehsal prosesində təbii ehtiyatların dəyərini 
göstərmək məqsədilə məhsullar istehsalında statistik 
təhlil və uçot sisteminin tənzimlənməsi. 
Bazar iqtisadiyyatı şəraitində sərbəst iqtisadiyyatın 
yaradılması iqtisadi ekologiyalaşdırmanın tətbiqində sa-
hibkarlar, istehsalçılar və xidmət göstərənlər ümumilik-
də bu problemə eyni proqram əsasında yanaşmalı, tex-
noloji avadanlıqlardan düzgün istifadə olunmalıdır. Bu 
baxımdan cəmiyyət tərəfindən yeni istehsalın yaradıl-
ması alternativ ehtiyatlardan istifadə edilməsi və yeni 
iqtisadi siyasətin qəbul edilməsi olduqca vacibdir. 
Davamlı inkişaf sürətlə artan əhalinin tələbatını 
ödəmək üçün əmtəə istehsalının və xidmətlərin geniş-
ləndirilməsini tələb edir. Ayrı-ayrı istehsal sahələrində 
çəkilən xərclərin cəmi ekoloji sahələrə sərf olunan məs-
rəfləri tənzimlənmə imkanlarına malik olmalıdır. Bura-
da əsas məsələ ekoloji xərcləri istehsal olunan məhsulla-
rın maya dəyərinə daxil olan xərclər hesabına təmin 
olunmasıdır. Bu prosesdə iqtisadi ekologiyalaşdırma 
müəyyən normativlər əsasında öz həllini tapmış olar. 
Təbii ehtiyatlardan istifadədə bu məsələ dünya iqtisa-
diyyatı qarşısında diqqəti cəlb edən ən vacib məsələlər-
dən sayılır. 


50
Müasir ekoloji-iqtisadi sistem, hazır ki texnogen 
inkişaf növünün dayanıqlı ekoloji balanslaşdırılmış inki-
şaf növü ilə əvəzlənməsini tələb edir. İqtisadiyyatın
müxtəlif sahələrində yeni ekoloji-iqtisadi layihələrin və 
proqramların yaranması üçün iqtisadi inkişafda ekologi-
yanın nəzərə alınması konsepsiyasının işlənib hazırlan-
ması zəruridir. Bunun üçün bütöv iqtisadiyyat, onun sa-
hələri və kompleksləri üçün prioritet və məqsədlərdə 
əhəmiyyətli dəyişikliklərin aparılması lazım gəlir. 
Ənənəvi ekoloji-iqtisadi modelində girişinə təbii 
sərvətlər, çıxışda isə son məhsul və müxtəlif növlü çirk-
ləndiricilər və ətraf mühitin deformasiyası götürülür. 
 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə