Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


İqtisadiyyatın ekologiyalaşdırılmasının



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə21/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   191
etraf muhitin iqtisadiyyati

İqtisadiyyatın ekologiyalaşdırılmasının
bu gün 
üçün ən vacib 
zəmini
aşağıdakılardır: 
1. təbiətdən səmərəli istifadənin hüquqi və təşkili 
şəraitinin formalaşması; 
2. iqtisadiyyatı təbiətqoruyucu əsasa keçirməkdən 
ötrü elmi-texniki potensialın yaradılması; 
3. təbii ehtiyatların tam dəyərini göstərmək məqsə-


45
dilə məhsul istehsalının uçot sisteminin tənzimlənməsi. 
Dünya iqtisadiyyatı qarşısında duran ən vacib mə-
sələ ekoloji xərclərin istehsal məhsullarının maya dəyə-
rinə daxil edilmək yollarının müəyyən edilməsidir. Əgər 
xammalın və hazır məhsulun üzərinə sosial xərclər əla-
və edilməsə və əgər istifadə edilən, həmçinin hazırda 
pulsuz olan hava, su və torpaq sərvətlərinin dəyəri 
müəyyən edilməsə, bu ehtiyatlar bundan sonra da səmə-
rəsiz istifadə ediləcəkdir. Nəticədə çirklənmə dərəcəsi 
artmaqda davam edəcəkdir. İqtisadçı yeni texnologiya 
kəşf edə bilməz. Lakin o, texnologiyanın dəyişməsini, 
istehsalın ekoloji nəticələrini mühitin çirklənməsinin 
azalma ya çoxalmasını ətraf mühit və təbii ehtiyatların 
istifadəsinin vəziyyətini izah və ya xəbərdarlıq edə bilər. 
Hal-hazırda 
ekoloji-iqtisadi sistem
(EİS) nəzəriy-
yəsi geniş yayılır və bu ifadə iqtisadiyyatın və təbiətin 
inteqrasiyası ideyasını birləşdirir. Ekosistemlərdən fərq-
li olaraq EİS qapalı xarakter daşımır və aşkarlığa malik-
dir. EİS-in inkişafının vacib vəzifəsi ondan ibarətdir ki, 
təbii şəraitdən səmərəli istifadə olunsun, istehsalat daha 
qapalı bir sistemə çevrilsin. 
EİS üç əsas toplayıcıdan (tərkib hissəsindən) 
ibarətdir: ətraf təbii mühit, cəmiyyət, həyat fəaliyyə-
ti.
Hər üç komponent maddələrin təbiətdə dövriyyəsi 
vasitəsilə bir-biri ilə əlaqədar olmaqla cəmiyyətdə funk-
sional təlimat yaradır. 
Ətraf mühitdən istifadə prosesi həmişə hər-hansı 
bir ərazi çərçivəsində (daxilində) həyata keçirilir və 
odur ki, regional EİS ayırmaq lazım gəlir. Bu sistemin 
strukturu özündə 6 prosesi əks etdirir. Həmin proseslər-
də müvafiq əlaqələr yaradırlar: 


46
1.
istehsalat və xidmətlə bağlı sosial-iqtisadi əlaqələr; 
2.
ekosistemlərdə (biosenozlarda) yaranan əlaqələr; 
3.
ətraf mühitdən iqtisadi-ekoloji sferaların yarat-
dığı sintetik əlaqələr; 
4.
ekoloji-iqtisadi təbiətdən istifadə və təsərrüfat 
fəaliyyətinin digər növlərinin ƏTM təsiri ilə yaranan 
əlaqələr; 
5.
sosial-ekoloji ƏTM insanların sağlamlığına və 
həyat fəaliyyəti şəraitinə təsiri ilə yaranan əlaqələr;
6.
ekoloji və atropogenləşmiş şəraitin ətraf mühitə 
təsiri ilə yaranan əlaqələr. 
Ekoloji-iqtisadi sistemdə qarşılıqlı əlaqələrin dərk 
edilməsi sayəsində ekoloji-iqtisadi proqnozlaşdırma in-
kişaf etməkdədir. V.İ.Vernadski biosferin yeni bir və-
ziyyətə keçməsini qabaqcadan xəbər verdi. Həmin yeni 
vəziyyəti V.İ.Vernadski “Noosfera” adlandırdı. Onun 
fikrincə insan ən güclü geoloji qüvvəyə (amilə) çevrilir. 
Noosfera (yeni qabıq, təbəqə) – dərrakə (zəka) sferası 
mənasını da ifadə edir. Bu sfera biosferin inkişafının yeni 
mərhələsidir, daha doğrusu cəmiyyət və təbiət arasındakı 
münasibətlərə ağıllı nəzarət etmək mərhələsidir. Noosfer-
də insanın dərrakəli fəaliyyəti, inkişafı və təbiəti istiqa-
mətləndirən qüvvəyə çevrilir. Cəmiyyətlə təbiətin birgə 
inkişaf prosesinə koevolyusiya (birgə təkamül) deyilir. 
Təbii elementlərin, xassələrin və hadisələrin tam 
(bütöv) cəmini səfərbər edərkən, hərəkətə gətirərkən, iq-
tisadiyyatın fəaliyyətinin təmini üçün istifadə edərkən, 
bu özünü təbii bir potensial kimi büruzə verir. Həmin 
potensial “Ekoloji-iqtisadi potensial” adlanır və iqtisa-
diyyatın inkişaf imkanlarını müəyyən edir. Təbiət iqtisa-


47
diyyat hüdudlarından kənarda yerləşərək, potensial kimi 
özünü büruzə verir. Təbii potensial bir tərəfdən təbii eh-
tiyatların potensialı kimi, digər tərəfdən iqtisadiyyatın 
ümumi şəraiti, yəni sərvətlərin istehsalata və istehlaka 
cəlb edilmə imkanları, emal prosesi, tullantıların qəbul 
yeri kimi, daha doğrusu “Ekoloji potensial” kimi təza-
hür edir. 
Təbiətin bir sıra obyektlərini eyni zamanda həm 
ehtiyatların potensialı, həm də ekoloji potensial kimi 
qiymətləndirmək olar (meşə, atmosfer, hidrosfer və s.). 
Təbii ehtiyatlar potensialı və ekoloji potensial ictimai 
təkrar istehsal zamanı onlara yanaşmadan (münasibət) 
asılı olaraq bir-birindən fərqlənirlər. Təbii ehtiyatlar po-
tensialı adətən ictimai məhsulun substansiyası kimi tə-
zahür edir lakin, onun istifadəsi əməyin ilkin sərfini tə-
ləb edir. Ekoloji potensial təbii ehtiyatlar potensialının 
elementlərinin iqtisadi dövriyyəyə cəlb edilməsinin za-
hiri şəraitini təmin edir və bununla əlaqədar müəyyən 
şərait yaranır. Ekoloji potensial öz yararlığını ilkin xərc 
sərf etmədən müəyyən anadək göstərir. Təbii ehtiyatla-
rın ayrı-ayrı hissələri adətən ayrıca istifadə edilir və 
mülkiyyət obyektinə çevrilir, yəni müvafiq olaraq alqı-
satqı obyekti olurlar. 
Ekoloji-iqtisadi potensial təbiət obyektlərinin icti-
mai istehsalda yalnız iştirak etmək və insanların həyat 
fəaliyyətini təmin etmək imkanlarını ifa edirlər. Bu pro-
sesdə imkan zərurətə çevrilərkən, təbiət elementləri-tə-
bii şəraitdən məhrum edilirlər. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə