Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


 “Ətraf mühitin iqtisadiyyatı” nın tədqiqi



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə9/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   191
etraf muhitin iqtisadiyyati

4. “Ətraf mühitin iqtisadiyyatı” nın tədqiqi 
problemləri 
 
Təbiətin böyük fəlsəfi mahiyyəti vardır. O, insan 
zəkasından və başqa heç bir canlı varlıqdan asılı olma-
yan, öz-özünü tənzim edən ədəbi və sonsuz mövcud 
olan obyektiv varlıqdır. Təbiət təbii-tarixi proseslər və 
qanunauyğunluqlar əsasında yaranmış və inkişaf etmiş-
dir. Təbiət əvvəllər cəmiyyətsiz mövcud olmuşdur. Tə-
biətin özündən kənar heç bir ilkin yaradıcısı yoxdur. O, 
öz-özünə yaranmış və inkişaf etmişdir. 
İnsan da bəşəriyyətin, təbiətin bir hissəsidir, onun 
ən ali məhsuludur. Cəmiyyət təbiətsiz yaşaya bilməz, 
çünki, təbiət insana hər şey – qida, su, geyim, enerji, mi-
neral sərvətlər, tikinti materialları, sağlamlıq, istirahət 
və s. verir. İnsan cəmiyyətinin varlığı təbii ehtiyatlardan 
və təbiətin vəziyyətindən asılıdır. 
Keçmişdə insanlar təbiətdən çox asılı idilər, onlar 
təbiətin korlanmasını, çirklənməsini, təbii sərvətlərin və 
ya ehtiyatların azalmasını, tükənməsini fikirləşirdilər. La-
kin, indi xüsusilə XX əsrin ikinci yarısında təbii ehtiyat-
ların istifadəsi yüksək dərəcəyə çatmış, ətraf mühit çox 
çirklənmiş, bir çox sərvətlərin tükənməsi və yox olması 
(məsələn, bəzi əlvan metallar) təhlükəsi yaranmışdır. 
Təbiət cəmiyyət üçün istehlak, elmi, sağlamlaşdırı-
cı tərbiyəvi, estetik, əxlaqi və psixoloji əhəmiyyətə ma-
likdir. Təbiətin istehlak əhəmiyyətini sübut etmək üçün 
çoxlu faktlar gətirməyə o qədər də ehtiyac yoxdur. Mə-
lumdur ki, təbiət və əmək maddi nemətlər istehsalının 
əsasını təşkil edir. Belə bir faktı yadda saxlamaq lazım-


23
dır ki, insanın istifadə etdiyi hər bir məhsul mütləq təbii 
xammaldan və təbii şeylərdən alınır. Bunların mənbəyi 
isə təbiətdir. 
Təbiətin elmi əhəmiyyətinə gəldikdə qeyd etmək 
lazımdır ki, həyatın inkişaf qanunauyğunluqları, müxtə-
lif proseslərin və təbii hadisələrin dərk olunması, təbii 
obyektlərin müşahidəsi, öyrənilməsi, təhlili və sintezi 
nəticəsində mümkündür. 
Təbiətşünaslıq elmlərinin əhəmiyyəti tarixi təbiətin 
qanun və qanunauyğunluqlarının bütövlükdə dərk edil-
məsini öyrənməkdən ibarətdir. Təbiətin öyrənilməsi in-
sanların həyat tərzinin yaxşılaşdırılmasına, təbiətdə tut-
duğu mövqeyinin düzgün təhlilinə onun fəaliyyətinin 
daha da səmərələşdirilməsi yollarının aşkara çıxarılma-
sına imkan verir. 
İnsanla təbiətin qarşılıqlı münasibətinin təhlili icti-
mai elm sahələrinin, ilk növbədə fəlsəfə elmlərinin inki-
şafını sürətləndirir. İnsanın təbiətə münasibətinin obyek-
tiv qiymətləndirilməsinin elmi əsasını dialektik inkişaf 
fəlsəfəsi təşkil edir. 
İnsanın işlətdiyi məhsullar təbii sərvətlərdən alınır. 
İctimai istehsalın gələcək inkişafını təmin etmək üçün 
bütün sərvətləri qorumaq, eyni təbii ehtiyat mənbələri 
və ya onları əvəz edən maddələr tapmaq lazımdır. 
Təbiət bütün elmlərin və biliklərin mənbəyidir. İn-
san təbiəti öyrənərkən obyektiv qanunlara əsaslanır o, 
bu qanunlara əsasən təbii qüvvələrin və proseslərin hə-
rəkəti ilə sərvətlərdən istifadə edir və cəmiyyətin istifa-
dəsinə verir. 
Təbiət insan orqanizminə sağlamlaşdırıcı təsir gös-


24
tərir. Məsələn, insan özünü meşəliklərdə, parklarda, bağ-
larda, dəniz sahillərində şəhərdəkinə nisbətən yaxşı hiss 
edir, çünki, həmin yerlərin havası şəhər havasına nisbə-
tən daha təmizdir, azonla, yüngül oksigen ionları ilə, fi-
tonsidlərlə zəngindir. Dağ ərazilərinin və dəniz sahilləri-
nin sağlam iqlimi, təmiz suyu və digər əlverişli xassələri 
insan orqanizmi üçün çox əhəmiyyətlidir. Deməli, təbiət 
sağlamlıq mənbəyidir. 
Təbiətin tərbiyəvi əhəmiyyəti onun insana yaxşı 
mənəvi təsir göstərməsindədir. Təbiətlə ünsiyyət uşaqla-
rın hərtərəfli inkişafına kömək edir. Uşağa düzgün tərbi-
yə verildikdə o təbiəti sevir və getdikcə təbiətə məhəb-
bət hissi öz Vətəninə məhəbbət hissinə çevrilir. Təbiət 
bədii yaradıcılığa imkan verir. Təbiət mənzərələrinin 
təsviri böyük bəstəkarların, rəssamların və yazıçıların 
əsərlərində xüsusi yer tutmuşdur. 
Təbiət poeziyanın, ədəbiyyatın və s. inkişafına bö-
yük təsir göstərmişdir. Təsadüfi deyildir ki, ən yaxşı sə-
nət əsərlərində təbiət tərənnüm olunur. Təbiət və onun 
gözəlliyi insanda yüksək müsbət emosiyalar, könül xoş-
luğu yaradır. Ulu babalarımız təbiətə, onun ayrı-ayrı 
varlıqlarına (torpağa, suya, oda, bəzi heyvanlara və s.) 
səcdə etmişlər. Odu, suyu təhqir etmək, bəzi heyvan və 
quşları (pişik, qaranquş və s.) vurmaq günah sayılırdı, 
qaranquşun, sağsağanın oxuması şad xəbərin müjdəsi 
kimi qiymətləndirilirdi. 
Təbiət – insan şüurundan asılı olmayaraq zaman 
və məkan daxilində mövcud olan sonsuz bir varlıqdır. 
Təbiət bir tərəfdən insanın yaşamasını təmin edən bir 
vasitə, digər tərəfdən onun fəaliyyətini təmin etmək 


25
üçün ehtiyat mənbəyidir. İnsan cəmiyyəti həmin ehtiyat-
lardan istifadə üçün elmi əsaslarla təbiətə təsir metodla-
rını müəyyənləşdirməyə çalışmışdır. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə