Qrup: tm-2301 Kurs: 1 İxtisas



Yüklə 89,92 Kb.
səhifə1/3
tarix21.10.2023
ölçüsü89,92 Kb.
#129290
  1   2   3
E.Seyidilham arx


A
zərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı
Qrup:TM-2301
Kurs:1
İxtisas: Tarix müəllimliyi
Fənn:Arxeologiya
Müəllim:Araz Əliyev
Tələbə:Əliyev Seyidilham
Tədris ili:2023-2024
Sərbəst iş mövzusu:
“Arxeologiya elminin yaranması və formalaşması tarixi”

Arxeologiya - insan tarixini maddi mənbələr əsasında, özünəməxsus səciyyəvi üsullarla öyrənən elm sahəsidir. Arxeologiya yunan sözü olub hərfi tərcümədə, "qədim dövr haqqında elm" deməkdir.
Bəşəriyyətin yaranışı, maddi, mənəvi və ictimai həyatın inkişafı haqqında məlumatları biz tarixi mənbələrin tədqiqi nəticəsində əldə edirik. Tarixi mənbələr müxtəlif olub 2 əsas qrupa bölünür: yazılı və maddi mənbələr.
Arxeologiya elmi əsasən maddi mənbələrin tədqiqi ilə məşğul olur: insan əlinin məhsulu olan əmək alətləri, silahlar, qədim tikililərin qalıqları və s. Bəzən arxeoloqlar yerüstü yazılı mənbələr və abidələrlə işləməli olurlar, məsələn: qayaüstü təsvirlər, epiqrafik mətnlər. Lakin buna baxmayaraq başlıca arxeoloji mənbələr yer altından əldə edilir və özündə insanın keçmiş həyatı haqqında çoxlu sayda maddi mənbələri qoruyub saxlayır. Bu mənbələrin aşkar edilməsi, öyrənilməsi və nəticələrin çıxarılması arxeologiya elminin əsas vəzifəsi hesab olunur. Beləliklə, arxeologiya müstəqil elm sahəsi olub, öz tədqiqat predmetinə və özünəməxsus tədqiqat metodlarına malikdir. Tarix və arxeologiya elmi ayrılmazdır, onları bir-birindən yalnız tədqiqat mənbələrinin müxtəlifliyi və bu mənbələrin öyrənilmə üsulları fərqləndirir. Tədqiqatların məqsədi insan tarixinin öyrənilməsi isə dəyişməz olaraq qalır. Tarix elmindən fərqli olaraq arxeologiya insan tarixinin bütün bölmələrinin tədqiqi ilə məşğul olmur və buna görə də, arxeologiyanın dünyəvi elmlər sırasında xüsusi yeri vardır.
Bildiyimiz kimi, ən qədim yazılı mənbələr e.ə. IV minilliyin II yarısına aid edilir və cəmiyyətin inkişaf tarixinin yalnız 6 min illik bir mərhələsini işıqlandırır. Bu mərhələ əsasən ilk dövlət qurumlarının meydana gəlməsi və formalaşması ilə səciyyələnir. Yer kürəsinin bir çox ərazilərində, o cümlədən də Qərbi və Şərqi Avropada yazılı mənbələr e.ə. I minilliyin II yarısına aid edilir. Beləliklə, arxeologiya tarixin xronoloji çərçivələrini genişləndirir və qədim tarixin araşdırılması birbaşa axreoloji mənbələrin tədqiqindən asılıdır.
Arxeoloji abidələr və qədim əşyalar əsas arxeoloji mənbələr olub tarixi proseslərin araşdırılmasında mühüm rol oynayır və tarixin digər 19 tədqiqat obyektlərindən, o cümlədən yazılı mənbələrdən öz spesifikliyi ilə fərqlənir.

Yüklə 89,92 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə