Qrup: tm-2301 Kurs: 1 İxtisas



Yüklə 89,92 Kb.
səhifə3/3
tarix21.10.2023
ölçüsü89,92 Kb.
#129290
1   2   3
E.Seyidilham arx

Arxeoloji mədəniyyət - İnsan fəaliyyətinin nəticəsi olan torpaq altındakı qalıqları aşkara çıxararkən arxeoloqlar bir çox hallarda insanların mədəni, dini həyatlarını özündə əks etdirən mənbələrlə üzləşirlər. Arxeoloji mədəniyyətlər aid olduqları dövrlərə görə bir-birindən fərqlənirlər. Hər bir dövrün abidələri öz növbəsində xronoloji cəhətdən və ərazi baxımından fərqli olurlar. Arxeoloqlar böyük xronoloji və sahə kompleksləri ilə işləyirlər və bu komplekslərin tərkibindən tarix üçün maraqlı olan arxeoloji mədəniyyət abidələrini ayırırlar.
Arxeoloji mədəniyyət - bu termin müəyyən bir ərazidə cəmləşmiş eyni dövrə aid edilən arxeoloji abidələrin və əşyaların toplusunu bildirir. Arxeoloji mədəniyyətin müəyyən olunmasında yaşayış məskənləri qəbir abidələri, əmək alətləri, dulusçuluq məmulatları və bəzək əşyaları əsas ünsür hesab olunur. Bəzən arxeoloji mədəniyyət konkret bir xalqın tarixinə uyğun gəlir. Lakin heç də həmişə maddi-mədəniyyət elementlərinin uyğunluğu etnik cəmiyyəti əks etdirmir. Deməli, arxeoloji mədəniyyət hamımız tərəfindən qəbul olunmuş mədəniyyət anlayışından fərqlənir. Arxeoloji mədəniyyətin adı bir çox hallarda bu mədəniyyətin ilk tapıntılarının aşkar edildiyi yerin, yaxud da daha önəmli hesab olunan abidənin adı ilə adlandırılır. Məs., Quruçay, Kür-Araz, Koban, Andropovski, yaxud da arxeoloji əlamətlərə uyğun olaraq: ağacdan, katakombalı və.s. Bütövlükdə, arxeoloji mədəniyyətlərə verilən adlar nisbidir.
Qafqaz ilk insan məskənlərinin formalaşdığı başlıca ərazilərdən biridir. Qafqaz ərazisində, demək olar ki, bütün arxeoloji mərhələlərə aid abidələr mövcuddur. Bu abidələrin sayca sıxlığı, xarakteri, ərazinin təbii şəraiti, coğrafi mövqeyi Ön Asiya ölkələri ilə qonşuluqda yerləşməsi ilə də əlaqədardır.
Qafqazda arxeoloji abidələrin tədqiqinə ilk dəfə 1829-cu ildə başlanılmışdır. Bu zaman rus alimi A.Yanovski İmperator Arxeoloji Komissiyası ilə birgə Plininin məşhur "Təbiət tarixi" əsərinin öyrənilməsinə 22 başlamış və əsər əsasında Qafqazın toponimlərinin yerləşmə əraziləri barədə "Qafqaz Albaniyasının qədimliyi" məqaləsini çap etdirmişdir. XIX əsrin 30- cu illərindən etibarən Qafqaza əcnəbilərin axını başlayır. İlk dəfə 1834-cü ildə İsveç əsilli alim Dubua de Manperi tərəfindən indiki Göygöl rayonu ərazisində qazıntı işləri aparılmış və nəticədə tədqiqatçı aşkar etdiyi qiymətli tapıntıları Fransaya göndərmişdir. 1848-ci ildə rus şərqşünası V.Xanikov Bərdə və Naxçıvanda qazıntı işləri aparmışdır. 1862-ci ildə franzsız səyyahı A.Berje Muğanda olmuş və Muğan düzündəki abidələr haqqında qısa məlumat çap etdirmişdi.
1871-ci ildə Gürcüstanda Qafqaz Arxeoloji Komitəsi yaradılır və 1881-ci ildə V Arxeoloji Qurultay üçün hazırlıq işləri görülməyə başlanılır. Bu zamanlar təkcə Azərbaycanın deyil, ümumi Qafqaz abidələrinin tədqiqinə də xüsusi maraq göstərilirdi. M.Polyakovun rəhbərliyi altında Naxçıvanda və N.Selosaninin rəhbərliyi ilə Bərdədə qazıntı işlərinə başlanır. Bundan başqa, bütün Qafqaz ərazisi boyu aşkar olunmuş tunc və erkən dəmir dövrü kurqan tipli qəbir abidələrindən əldə olunmuş əşyalara maraq artır. Belə qeyri-elmi qazıntı işləri Daşkəsən və Gədəbəy rayonlarında misəritmə sahəsində çalışan alman Valdemar Belk tərəfindən aparılmışdı. 1888-1890-cı illər arasında aparılan qazıntılar zamanı 300-dən artıq abidə daş qutu qəbir açılmış, qarət olunmuş və qiymətli tapıntılar Almaniyanın Hamburq, Münhen və Prussiya Xalqları Dövlət muzeylərinə göndərilmişdir. 1880-1882-ci illərdə fransız Jak de Morqan Talış ərazisində 230 qəbir abidəsi açmış və ən qiymətli hesab etdiyi əşyaları Parisin Sen-Jermen muzeyinə aparmışdır. 1892-1903-cü illərdə Şuşada alman dili müəllimi işləmiş Emil Resler Qarabağ və Gəncə çayı vadisində arxeoloji abidələrin tədqiqi ilə məşğul olmuşdur, eneolit, tunc və dəmir dövrlərinə aid maraqlı material toplamış və yuxarıda adları çəkilən "nadir əşya həvəskarları"ndan fərqli olaraq öz işi barədə ətraflı hesabat qoyub getmişdir. Həmin hesabat bu günə qədər arxeoloqlar və tarixçilər üçün qiymətli mənbə hesab olunur.
1903-cü ildən etibarən Yelenendorfda (indiki Göygöl) əczaxanada kimyaçı işləyən Q.Rozendorf Yelizavetpol quberniyasının arxeoloji abidələrində araşdırmalar aparmış, əldə etdiyi nəticələr haqqında Sankt-Peterburqda «İmperator yanında arxeoloji komissiyanın hesabatı»nda məqalə dərc etdirmişdi. Elə həmin dövrdə 1901-ci ildə yaradılmış Moskva Arxeoloji Cəmiyyətinin Qafqaz bölməsi Tiflisdə fəaliyyət göstərməkdə idi. Bu xətlə 1902-ci ildə M.Mayevski adlı şəxs tərəfindən Kür-Araz ovalığı abidələrinin bir hissəsi qeydə alındı. 1905-ci ildən hərbi zabit V.Skinder tərəfindən Gəncə çayı vadisində arxeoloji qazıntı işləri aparılmışdır. Beləliklə, yuxarıda adı çəkilən bütün şəxslər professional arxeoloq-alim deyildilər və öz işlərində həmişə xəzinə axtaranlar-antikvar həvəskarı mövqeyindən çıxış etmişlər. Buna görə də Qafqazda arxeologiya elminin 23 formalaşması üçün sanballı heç nə etməmişlər. 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranmasından sonra "İstiqlal" muzeyi təşkil olundu. Muzeyə müntəzəm olaraq arxeoloji tapıntılar daxil olurdu. 1920-1930-cu illərdə Azərbaycanın Sovet İttifaqı tərkibinə daxil olmasından sonra bütün abidələr ümumxalq sərvəti elan olunur və onların əsaslı araşdırılmasına başlanılır. 1920-ci ildə Azərbaycanda yeni mərkəz - Azərbaycan Arxeoloji Komitəsi yaradılır. Bu yönümlü komitələr həmin dövrdə Azərbaycanla yanaşı Gürcüstan və Ermənistanda da təşkil olunmuşdu. 1924-cü ildə Zaqafqaziya respublikaları (Cənubi Qafqaz) Xalq Komissarları tərəfindən arxeoloji abidələrin öyrənilməsi barədə xüsusi dekret imzalanmışdı. İlk dəfə olaraq orta əsr şəhərlərinin (Bakı, Bərdə, Lənkəran) öyrənilməsi məsələsi ortaya qoyulur. 1925-ci ildən etibarən D.Şərifovun rəhbərliyi ilə Qəbələ şəhərində ilk elmi-arxeoloji qazıntı işləri başlanılır. Məhz həmin illərdə yerli arxeoloqlara olan ehtiyac hiss edilirdi. Bu zaman Azərbaycanda qazıntılarda işləmək məqsədilə rus arxeoloq və şərqşünasları təyin olundular. Belə alimlər arasında İ.Meşşanov, A.Miller, A.İessen, T.Passek, V.Latminin adları xüsusi qeyd olunmalıdır. 1928-ci ildən Naxçıvanda arxeoloji qazıntılar başlanılır. Ekspedisiya nümayəndələri Ordubaddakı Xaraba-Gilan abidəsində tədqiqat işləri aparmışdılar. Bu illərdə hökumət tərəfindən aparılan qazıntıların nəticələrinin elmi dərcinə başlanıldı.
1930-cu ildən başlayaraq Azərbaycan ərazisində yerli arxeoloqların rəhbərliyi ilə arxeoloji qazıntı işləri aparılır. Ekspedisiyadan A.Ələkbərov, İ.Cəfərzadə, D.Şərifov, S.Qaziyev və digərləri iştirak edirdilər. İşlər II Dünya müharibəsindən sonra daha da genişlənir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının yaradılmasından sonra Tarix İnstitutunun tərkibində Arxeologiya və Etnoqrafiya bölməsi açılır. 1946-cı ildə Mingəçevir arxeoloji eskpedisiyası S.Qazıyevin rəhbərliyi ilə işə başlayır. Qazıntılar zamanı 20 mindən artıq elmi əhəmiyyətli və qiymətli eksponatlar aşkar olunub götürülmüşdü. Bu eksponatlar haqqında məlumat "Azərbaycanın maddi mədəniyyəti məcmuəsi"ndə öz əksini tapmışdı. Məcmuənin ilk üç sayı Mingəçevir qazıntılarının nəticələrinə həsr olunmuşdur. 1947-ci ildə Azərbaycanın görkəmli arxeoloqu İ.Cəfərzadənin rəhbərliyi ilə Qobustan qayaüstü rəsmlərinin tədqiqinə başlanıldı. 1951-ci ildə isə O.Həbibullayev Naxçıvan ərazisində məşhur çoxtəbəqəli Kültəpə abidəsini aşkar edir. 1953-cü ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində stasionar arxeoloji işlər aparılır. 1956-cı ildə M.Hüseynov paleolit abidələrinin öyrənilməsi ilə məşğul oldu. Azıx mağarasında tədqiqat işləri 1960-cı ildən başlamış 1980-ci ilədək davam etdirilmişdir. Bununla da Azərbaycanın ilk insan məskənlərindən biri olması təsdiq olunur. XX əsrin 60-70-ci illərində İ.Nərimanov tərəfindən fasilələrlə eneolit dövrünə aid bir sıra yaşayış yerləri, Şomutəpə, Töyrətəpə, İlanlıtəpə, 24 Qarğalar təpəsi və s. tədqiq edilmişdir və abidələr Cənubi Qafqazın qədim əkinçilik mədəniyyətini özündə əks etdirdiyinə görə Şomutəpə mədəniyyəti adlandırılmışdır. İlk əkinçilik mədəniyyəti abidələri İ.Nərimanovun rəhbərliyi ilə Azərbaycanın Mil-Qarabağ və Muğan düzündə də tədqiq olunmuşdur. Bu abidələr içərisində Əliköməktəpədə (Cəlilabad rayonu) hazırda da tədqiqat işləri davam etdirilir. Prof. Q.S.İsmayılzadənin rəhbərliyi ilə Azərbaycanın çoxtəbəqəli abidələrindən olan Qaraköpəktəpə yaşayış yeri və Kəlbəcərin qayaüstü təsvirləri XX əsrin 70-ci illərində öyrənilmişdir. Prof. V.Əliyevin Naxçıvanda ardıcıl apardığı tədqiqatlar zamanı Gəmiqaya petroqliflərinin öyrənilməsinə başlanılmışdır. 1992-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutu yaradıldı. İnstitut tərəfindən mütəmadi olaraq bütün Azərbaycan ərazilərində yüksək elmi səviyyəli arxeoloji qazıntı işləri aparılır. Yalnız Bakı-Ceyhan, Bakı-Ərzurum və digər kommunikasiya xətləri deyil, bütün problemli məsələlər olan yerlər araşdırılır. Azərbaycanın antik və orta əsr şəhərlərinin öyrənilməsində İ.Babayevin, Q.Əhmədovun, R.Göyüşovun, R.Məlikovun, T.Dostiyevin, A.Məmmədovun və başqalarının əməyi böyükdür. Şimali Qafqazın Krasnodar vilayətində 1898-ci ildə fransız alimi Jozef de Bau tərəfindən II mustye düşərgəsi qeydə alınmışdır. 1899-1902-ci illərdə fransız alimi Jak de Morqan Qafqazda apardığı arxeoloji kəşfiyyat işləri zamanı üst paleolit və müstye mədəniyyətinə aid yerüstü arxeoloji materiallar toplamışdır. 1925-1928-ci illərdə S.N.Zamyatnin Qafqazın II paleolit düşərgəsində arxeoloji tədqiqat işləri aparmış, paleolit dövrünə aid arxeoloji materiallar əldə edilmişdir. 1934-1950-ci illərdə S.N.Zamyatnin, M.Z.Paniçkina, A.A.Formozov Qafqaz ərazisində geniş miqyasda arxeoloji tədqiqat işləri aparmış və nəticədə Axştır, Navalişin, Voransov, Asin və digər arxeoloji abidələri qeydə almışdır. 1955-1990-cı illər ərzində fasilələrlə Cənubi Osetiya ərazisində V.P.Lubinin rəhbərliyi altında arxeoloji kəşfiyyat işləri aparılmış və Kudaro I, II, III, V və Toni mağara düşərgələri tədqiq olunmuşdur. 1960-1970-ci illərdə Qafqaz ərazisində aparılan arxeoloji kəşfiyyat işləri zamanı Ortava, Yaştux, Curcula, Laşe-Balta, Manaş, Sakariya, Sisxvati, Abadzex və digər paleolit düşərgələri qeydə alınmışdır. Qafqazın mezolit dövrünün çöl tədqiqat işlərində B.A.Kuftin, S.N.Zamyatin, L.N.Salavyov, L.N.Maruaşvili, L.N.Kalanadze, A.D.Neoradze, İ.Caparidze, M.M.Hüseynov, İ.Cəfərzadə, X.A.Əmirxanov, V.P.Lyubin, Q.S.İsmayılzadə və başqaları iştirak etmişlər. 25 Şomutəpə tipli abidələrə Gürcüstan ərazisində də təsadüf edilmişdir. Bu tip yaşayış yerlərindən İmirisqora, Xramis Didiqora, Sosi, Aruxlo, Qadaçrimeqora, Danqreuliqora və başqa abidələrdə 1965-ci ildə Tibilisi Dövlət Universiteti və Gürcüstanın Dövlət Tarix Muzeyi tərəfindən ekspedisiyalar təşkil olunmuşdur. O.M.Caparidze, A.İ.Cavaxişvili və Gürcüstan EA-nın Tarix İnstitutu, arxeologiya və Etnoqrafiya İnstitutu bu abidələrin bəzilərində - Şulaverisqora, İmirisqora, Xramis Didiqora və Aruxlo I-də arxeoloji tədqiqat işləri aparmışdır. Qərbi Azərbaycan ərazisində (İndiki Ermənistan) Ağrı düzənliyində (Ararat düzənliyi) Texut, Şenqavit, Adablur (Kzyaxblur), Saxkunk, Xatunarx və başqa oturaq əkinçi tayfalarına məxsus abidələrdə qazıntı işləri 1965- 1968-ci illərdə aparılmışdır. Dağıstan ərazisində XX əsrin 60-cı illərində (Dağıstanın dağlıq ərazilərində) Qinçi yaşayış yerində eneolit dövrü Kür-Araz mədəniyyətinə aid maddi mədəniyyət qalıqları tapılmışdır. Abidədə M.Q.Hacıyev tərəfindən tədqiqat işləri aparılmışdır. Bu ərazidə Qanşima, Yuxarı Labkomaxi abidələrində də 1975-ci ildə tədqiqat aparılmışdır.
Yüklə 89,92 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə