Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti İslam İbrahimov


Ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatı-



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə4/191
tarix27.12.2023
ölçüsü2,81 Kb.
#162562
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   191
etraf muhitin iqtisadiyyati

Ətraf mühit və təbiətdən istifadənin iqtisadiyyatı-
nın əsas anlayışları 
aşağıdakılardır: 
Təbiət
 –
qapalı, özünü təmin edən, özü inkişaf edən 
bir sistemdir və insanın təsiri olmazsa, tarazlıq vəziyyə-
tini saxlaya bilər. Təbii mühit və təbii ehtiyatlar an-


9
layışları fərqləndirilir. 
Təbii mühit
– 
insanın yaşadığı və istehsal fəaliy-
yəti ilə məşğul olduğu mühitdir. Təbii mühit insanın ya-
şamaq imkanını və fəaliyyət göstərməsini təmin edir. 
Təbii ehtiyatlar
 – 
təbiət prosesləri nəticəsində təbii 
mühitdə yaranan ehtiyatlardır. Təbii ehtiyatlar təcrübi 
olaraq 
tükənməyən və tükənən 
hissələrə bölünürlər. Tü-
kənən ehtiyatlar öz növbəsində 
bərpa oluna bilən və 
bərpa oluna bilməyən 
növlərə bölünürlər. 
Təbii ehtiyatlardan optimal istifadə edilməsini ida-
rə etmək üçün təbii ehtiyatların keyfiyyəti anlayışı vacib 
hesab edilir. 
Təbii ehtiyatların keyfiyyəti – 
ehtiyatların 
əsas xarakteristikalarının ictimai və texniki – iqtisadi tə-
ləblərə və bir sıra texnoloji tələblərə uyğunluğu səviyyə-
si ilə ölçülür. 
Hazırda istifadə edilən və yaxud gələcəkdə istifadə 
ediləcək bütün təbii ehtiyat növləri və insan həyatının 
təbii şəraitinin cəmi 
təbii rifah 
adlanır. Təbii rifah əmə-
yin məhsulu deyildir və iqtisadi qiymətə də malik deyil-
dir. Lakin insanlar üçün istehlak dəyərinə malikdir, ya 
istehsal vasitəsi kimi və yaxud şəxsi tələbat üçün istifa-
də edilə bilər. 
Ətraf təbii mühitin (ƏTM) çirkləndirilməsi
 – 
fizi-
ki, kimyəvi, bioloji agentlərin təbiətdə əvvəllər müşahi-
də olunan miqdarının çoxalması ilə müəyyənləşdirilir. 
Ekoloji itki
– 
təbii mühitin şərti ideal optimal və-
ziyyətində qaçılması mümkün olan, cəmiyyətin iqtisadi 
və pul ifadəsində hesablana bilən qeyri-iqtisadi itkilərdir. 

Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   191




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə