9
layışları fərqləndirilir.
Təbii mühit
–
insanın yaşadığı və istehsal fəaliy-
yəti ilə məşğul olduğu mühitdir. Təbii mühit insanın ya-
şamaq imkanını və fəaliyyət göstərməsini təmin edir.
Təbii ehtiyatlar
–
təbiət prosesləri nəticəsində təbii
mühitdə yaranan ehtiyatlardır.
Təbii ehtiyatlar təcrübi
olaraq
tükənməyən və tükənən
hissələrə bölünürlər. Tü-
kənən
ehtiyatlar öz növbəsində
bərpa oluna bilən və
bərpa oluna bilməyən
növlərə bölünürlər.
Təbii ehtiyatlardan optimal istifadə edilməsini ida-
rə etmək üçün təbii ehtiyatların keyfiyyəti anlayışı vacib
hesab edilir.
Təbii ehtiyatların keyfiyyəti –
ehtiyatların
əsas xarakteristikalarının ictimai və texniki – iqtisadi tə-
ləblərə və bir sıra texnoloji tələblərə uyğunluğu səviyyə-
si ilə ölçülür.
Hazırda istifadə edilən və yaxud gələcəkdə istifadə
ediləcək bütün təbii ehtiyat növləri və insan həyatının
təbii şəraitinin cəmi
təbii rifah
adlanır. Təbii rifah əmə-
yin məhsulu deyildir və iqtisadi qiymətə də malik deyil-
dir. Lakin insanlar üçün istehlak dəyərinə malikdir, ya
istehsal vasitəsi kimi və yaxud şəxsi tələbat üçün istifa-
də edilə bilər.
Ətraf təbii mühitin (ƏTM) çirkləndirilməsi
–
fizi-
ki, kimyəvi, bioloji agentlərin təbiətdə əvvəllər müşahi-
də olunan miqdarının çoxalması ilə müəyyənləşdirilir.
Ekoloji itki
–
təbii mühitin
şərti ideal optimal və-
ziyyətində qaçılması mümkün olan,
cəmiyyətin iqtisadi
və pul ifadəsində hesablana bilən qeyri-iqtisadi itkilərdir.
Dostları ilə paylaş: