17
qarşılıqlı əlaqəsini təmin etməkdən ibarətdir.
Həmçi-
nin təbii ehtiyatların kəmiyyət
və keyfiyyət göstəricilə-
rindən asılı olaraq iqtisadi cəhətdən qiymətləndirilməsi-
ni müəyyənləşdirir. Fənnin elmi əhəmiyyətinə gəldikdə
qeyd olunmalıdır ki, həyatın inkişaf qanunauyğunluqla-
rı, müxtəlif proseslərin və təbii hadisələrin dərk olunma-
sı, təbii obyektlərin müşahidəsi, öyrənilməsi,
təhlili və
sintezi nəticəsində mümkün olur.
İnsanlarla təbiətin qarşılıqlı əlaqəsinin təhlili icti-
mai elm sahələrinin, ilk növbədə fəlsəfə elmlərinin inki-
şafını sürətləndirir. İnsanın təbiətə münasibətinin obyek-
tiv qiymətləndirilməsinin elmi əsasını
təbiətin dialekti-
kası təşkil edir.
Təbiət bütün elmlərin və biliklərin mənbəyidir. İn-
san şüuru ilə təbiəti öyrənərkən obyektiv qanunları kəşf
edirsə bu qanunlara əsasən təbii qüvvələri və prosesləri
cəmiyyətin istifadəsinə verir.
Təbiətdən istifadənin əsas vəzifələrindən biri isteh-
sal vasitələrinin təkmilləşdirməklə təbii ehtiyatların isti-
fadə xüsusiyyətləri, istifadə dərəcəsi və səmərəliliyini
müəyyənləşdirməkdir. İkinci tərəf isə təbii resurslardan
istifadə zamanı məhsuldarlığı artırmaqla yanaşı insanın
yaşadığı mühitin mühafizəsinə riayət olunmasıdır. Ha-
zırda bu məsələ təbiətdən istifadənin mühüm qlobal mə-
sələləri kimi qiymətləndirilir.
Təbii sərvətlərdən səmərəli
və kompleks istifadə
edilməsində əsas vəzifə müəyyən əmək və məsrəf mü-
qabilində istər ərazi, istərsə də istehsal sahələri üzrə on-
ların iqtisadi səmərəliliyinin artmasından, ətraf təbii mü-
hitə dəyən zərərin əvvəlcədən aradan qaldırılmasını tə-
18
min etməkdən ibarətdir. Bu, hasilat və emal vaxtı itiril-
miş sərvətlərin hesabına torpağa, suya, havaya,
bitki və
heyvanat aləminə, əhaliyə dəyən zərərin aradan qaldırıl-
ması məqsədilə, sonradan görülən tədbirlərdən xeyli ucuz
və səmərəli olar.
Dostları ilə paylaş: