2. “Ətraf mühitin iqtisadiyyatı” nın predmeti,
metodu və vəzifələri
“Ətraf mühitin iqtisadiyyatı” elmi yeni bir elm sa-
həsidir. Bu elmin ayrı-ayrı ideyaları hələ çox keçmişdən
tətbiq edilirdi. Qədim Maqadaha hind imperiyasının
hökmdarı Aşokanın (e.ə. 268-232-ci illər) hakimiyyəti
dövründə, bir çox heyvan və quşlar mühafizə olunmuş,
boğaz və cavan heyvanların ovlanması qadağan edilmiş-
dir. Eramızın başlanğıcında İngiltərədə şimal maralları
və çöl donuzları azaldığından bu heyvanların ovlanması
ciddi qadağan olunmuş, hətta onları ovlayanlar ölümlə
cəzalanmışlar.
İbtidai icma quruluşunda yeganə təsərrüfat sahəsi
ovçuluq sayılırdı. Buna görə də insanların dolanacağı
ovun müvəffəqiyyətlə keçməsindən asılı idi. Balıqların,
quşların və vəhşi heyvanların artması üçün bir növ ya-
saq yerləri ayrılır, müəyyən vaxtlar heyvan ovu qadağan
edilirdi. Quldarlıq cəmiyyətində təbiətin mühafizəsi mə-
sələsinə diqqət yetirilirdi.
12
Feodalizmdə təbiətin mühafizəsi məsələsinə qul-
darlıq cəmiyyətində olduğuna nisbətən bir qədər çox
diqqət yetirilirdi. Feodallar torpağın, meşələrin və vəhşi
heyvanların öz nəsilləri üçün də qorunması qayğısına
qalırdılar. Aşağı təbəqədən olan adamlar zadəganlara
məxsus yerlərdə ov etdikləri üçün hətta ölümlə cəzalan-
dırılırdılar. Feodalların heyvanları qorumaq barədə çı-
xartdıqları qanunlar müsbət nəticələr verirdilər. Avropa-
da zebr, xallı maral və nəcib maralların nəsli bu qanun-
ların sayəsində kəsilməmişdir. Hələ vaxtı ilə K.Linney,
C.Darvin təbiətə öz münasibətlərini bildirmişlər. Fransa
alimi Jan Jak Russo (1712-1778) insanın təbiətə təsirini
göstərmişdir.
1864-cü ildə Amerikalı Corc Marşın “İnsan və tə-
biət” adlı kitabı dərc edildi. Bu kitabda insanın təbiətə
mənfi təsiri nəticəsində təbiətin müvazinətinin pozulma-
sı qeyd olunurdu. 1872-ci ildən dünyada ilk Yellouston
Milli parkı yaradıldı. Vəhşi heyvanları Mühafizə Cə-
miyyəti təşkil edildi. 1910-cu ildə Cenevrədə təsis
edilmiş Təbiəti Mühafizə Cəmiyyəti böyük şöhrət
qazandı. Həmin cəmiyyətin banisi Saradaşın təşəbbüsü
ilə 1913-cü ildə Bern şəhərində təbiətin mühafizəsi üzrə
1-ci Beynəlxalq müşavirə çağırıldı. XVIII-XIX əsrlərdə
kapitalizmin istehsal üsulunun inkişafı ilə əlaqədar
olaraq təbii sərvətlərin vəhşicəsinə istismarı başlandı.
Avropalılar Amerikaya gəldikdən sonra böyük sahələr-
də meşələri və heyvanları amansızcasına qırırdılar. Qısa
dövr ərzində meşələr məhv edilmiş, torpaq eroziyası ge-
niş miqyas almışdı. Milyonlarla bizondan bir neçə yüzü
qalmışdı.
13
XIX əsrin sonu XX əsrin əvvəli bütün dünyada tə-
biətin mühafizəsi hərəkatı başladı.
XX əsrin I yarısında təbiətin mühafizəsinə dair bir
sıra qərarlar qəbul edilmişdir. 1911-ci ildə Yaponiya,
Rusiya, Kanada və ABŞ arasında dəniz heyvanlarının
mühafizəsi haqqında ilk beynəlxalq saziş imzalandı. La-
kin, təbiətin mühafizəsinə dair qərarlar həyata keçirilmir
və hətta lağa qoyulurdu.
Rusiyada təbiətin mühafizəsinə dair ilk yazılı fər-
manlar XI-XII əsrlərdə verilmişdir. XIII əsrdə knyaz
Vladimir Volınski Belovejskaya meşəsi qoruğunun əsa-
sını qoymuşdur. XI-XVII əsrlərdə Rus dövlətinin cənub
meşə sərhədlərində hərbi əhəmiyyətli qoruq meşələri
yaradılmışdı. Bu meşələrdə ağaclar düşmən gələ biləcək
tərəfə yıxıldığı üçün atlı qoşunların keçə bilmədiyi sədd
əmələ gəlmişdir. Mühafizə dəstəsinin əsgərlərindən baş-
qa heç kim bu meşələrə buraxılmadığından iri heyvanlar
yaxşı qorunurdu.
Çar fərmanlarında xəz dərili heyvanların ovlanması
sahəsində məhdudiyyətlər qoyulurdu. Çar Aleksey Mi-
xayloviç hökmdarlığı dövründə verilmiş fərmanlarında
ov müddəti, ov qadağan olunan zonalar, qanunu pozan-
lara qarşı cəza tədbirləri müəyyən edilmişdir.
I Pyotrun dövründə təbiətin mühafizəsi ümumdöv-
lət xarakteri almışdır. Çar meşələrin qorunmasına xüsusi
diqqət yetirirdi. Seyrək meşə rayonlarından ağaclardan
odun kimi istifadə olunması qadağan edilmişdir. I Pyotr
cənub rayonlarında meşələr salınması barədə fərman
vermişdir. 1720-ci ildə Həştərxanın qubernatoru palıd
meşəsi salmaq haqqında göstəriş almışdır. Moskva və
14
Peterburqda botanika bağı salınmışdı. I Pyotr digər təbii
sərvətlərin mühafizəsi, məsələn çay suyunun təmizliyi,
amansızcasına balıq ovunun qadağan edilməsi, balıqla-
rın kürü tökən yerlərinin mühafizəsi, torpağın qorunma-
sı və s. haqqında bir sıra qərarlar vermişdir. Rusiyada
feodalizmin dağılması və kapitalizmin inkişafı ilə əlaqə-
dar olaraq meşələri, vəhşi heyvanları, quşları və balıqla-
rı geniş miqyasda, kütləvi surətdə qırmağa başladılar.
Bir çox heyvan növlərinin (qunduz, samur və s.) sayı
sürətlə azaldı.
Rusiyada alimlər təbiətin mühafizəsi uğrunda ge-
niş müqayisə aparmağa başladılar. XVIII əsrdə meşələ-
rin qırılması və ovu məhdudlaşdırılan qanun verildi,
1857-ci ildə heyvanların iqlimləşdirilməsi və quşların
mühafizəsi ideyası irəli sürüldü. Təbiətin mühafizəsi üz-
rə ilk cəmiyyətlər yaradıldı. “Xarkov təbiət həvəskarları
cəmiyyəti” 1913-1914-cü illərdə təbiətin mühafizəsi üz-
rə Rusiyada ilk sərgi təşkil edildi.
Ətraf mühitin və təbii sərvətlərin qorunması müha-
ribə və sülh problemlərindən sonra bəşəriyyət qarşısında
duran ən vacib problemdir. Çünki, insan yaranan gün-
dən (1-5 mln. il) təbiətə təsir edir. Müasir dövrdə isə el-
mi-texniki inqilab insanın təbiətə təsirini daha da güc-
ləndirmişdir. Təbiətdən asılılıq azalıb, təbii sərvətlərdən
istifadə isə asanlaşmışdır. Müasir elmi-texniki inqilab
yaşadığımız mühitə həm də mənfi təsir edir: sular, hava
və torpaq çirklənir, yararsız hala düşür, canlı aləm üçün
təhlükəli vəziyyət yaranır. İndi insanlar yerin daha də-
rinliklərini öyrənməyə cəhd edir, dəniz və okeanların di-
binə nüfuz edirlər, kosmosa, digər planetlərə yol açırlar.
15
Planetimizdə isə artıq insan ayağı dəyməyən yer yoxdur.
30-50-ci illərdə hökm sürən “təbiətdən mərhəmət
gözləməyin, onu özünüzə tabe edin” şüarı artıq indi in-
san cəmiyyətinə qarşı yönəlib, insan cəmiyyətindən inti-
qam alır. Elə bir dövr gəlib çatıb ki, indi hamı “ekologi-
yadan” danışır.
Doğrudur, ətraf mühitin qorunmasına aid çoxlu qə-
rarlar verilmişdir. Lakin, keçmişdə olduğu kimi indi də
bu qərarlar həyatda özünə lazımi, əsaslı yol aça bilmə-
mişdir. Fabrik və zavodlarda, müəssisələrin layihələndi-
rilməsi və tikilməsində yeni kəşflərin tətbiqində, bataq-
lıqların qurudulmasında, çay kanallarının çəkilməsində,
nəqliyyatın inkişafında texnoloji proseslərdə və sairədə
ekoloji qanunauyğunluqlar heç də həmişə nəzərə alın-
mamışdır. Məsələn, 1960-cı illərdə Gəncədə alüminium
zavodu, Sumqayıtda kimya zavod tikilərkən heç kimin
ağlına da gəlmirdi ki, bu müəssisələrin tullantıları mühi-
timizi ölü vəziyyətə salacaq. Vəziyyətin keşiyində dur-
malı olan təşkilatlar da bu məsələyə öz münasibətini bil-
dirməlidirlər, sanitar mühafizə zonalarının təşkilinə
əməl etməlidirlər. Başımızın üstünü kəsən diktatorlar,
amirlik üsulları, şişirdilmiş planlar verən vəzifə düşkün-
ləri partiya adından ancaq hər şeyi tələb etməyi ba-
carırdılar. Bir qayda olaraq, standart şüarlar mövcud idi.
Beşillik planı 4 ildə, illik planı vaxtından əvvəl, 7 no-
yabra kimi yerinə yetirmək plenum və ya qurultayın şə-
rəfinə əlavə öhdəliklər götürməsi və s. kimi şüarlar illər
uzunu mühitimizin korlanmasına, təbii sərvətlərin tü-
kənməsinə səbəb olmuşdur. Alqışlar altında yerinə yeti-
rilən saxta planlar və sərvətə biganə münasibətə səbəb
16
olmuşdur. Bir çox canlılar arasında qırılmış qida zənci-
rinin bərpası isə mümkün deyildir. Çünki, həyatda baş
verən bütün hadisələr bioloji proseslərdir. Bu proseslər
bir-biri ilə qarşılıqlı əlaqədə olub, bioloji zəncir təşkil
edir. Canlıların həyatı da bioloji zəncirə tabedir, burada
əsas əlaqə zənciri onun qidası və yaşadığı mühitdir. Bu
zəncir qırıldıqda canlının yaşaması mümkün olmur o, ya
həyatdan silinir, ya da “Qırmızı kitab”a düşür.
Dostları ilə paylaş: |