funksiyası, şirə sintez və ifraz etməkdən ibarətdir.
Endoplazmatik şəbəkə (retikulum) qalınlığı təxminən 8 nm
(80A
0
) olan elementar membrandan təşkil olunmuşdur. Ele-
mentar membranın tərkibi əsas etibarilə zülallar, lipidlər və s.-
dən ibarətdir. Hüceyrələrdə ribosomlar endoplazmatik şəbəkəyə
birləşərək «girintili–çıxıntılı» quruluş əmələ gətirir. Ribosom-
lar olmayan şəbəkə isə hamar vəziyyətdədir. Mahiyyəti
etibarilə endoplazmatik şəbəkə hüceyrə daxilində maddələrin
nəqlində iştirak etməklə, həm də sitoplazmanın bütün həcmini
əhatə edir.
Holci qabarcıqları hüceyrənin yenicə əmələ gəlmiş sərhə-
dinə toplanır və bir-birilə qarşılaşaraq, hüceyrə qılafının ilk (rü-
şeym) quruluşunu yaradır, qabarcıqların daxilindəki kütlə isə,
hüceyrə qılafının ilk quruluşu üçün başlanğıc material hesab
olunur. Qabarcıqların membranı, endoplazmatik şəbəkənin
müəyyən sahəsi ilə birlikdə plazmolemmaya çevrilir.
Sitoplazmatik hissəciklərə, diametri təxminən 18 – 30 nm
olan mikroborucuqlar da aiddir. Adətən onlar, hüceyrə qılafına
paralel halda ektoplazmada plazmolemmadan təxminən 10nm
məsafədə yerləşir. Hər bir mikroborucuqda, mərkəzi ox
ətrafında spiralvarı düzülən 13 fibrilyar tel vardır.
Qamçı lifləri bütöv hüceyrəni, vətər sapları isə nüvənin
bölünməsi zamanı xromosomları hərəkətə gətirir. Ümumiy-
yətlə, güman edilir ki, mikroborucuqlar müxtəlif cür
istiqamətlənmiş hərəkətlərin yerinə yetirilməsinə kömək edir.
Göbələklərin sitoplazmatik membranı – plazmolemma ilə
onların qılafı arasında çoxsaylı qabarcıqlar şəklində törəmələr –
lomasomlar aşkar edilir. Bu quruluşlar plazmolemmanın
törəmələri hesab olunurlar.
Digər orqanizmlərdəki kimi, göbələklərdə də ribosomlar,
zülalların sintezini həyata keçirən orqanoiddir. Onların ölçüləri
20 – 80 nm-ə çatır və yalnız elektron mikroskopunda gö-
rünürlər. Ribosomların əsas komponenti olan RNT, nüvədəki
DNT üzərində əmələ gəlir (transkripsiya) və zülallarla birlikdə
nüvəcikdə toplanır. Ribosomların bir hissəsi sitoplazmada qar-
maqarışıq halda, əksəriyyəti isə endoplazmatik şəbəkənin
membranlarına, mitoxondrilərə və digər orqanoid və
hissəciklərə birləşmiş halda yerləşir. Prokariot və eukariot
hüceyrələrin ribosomları, nəinki yalnız sedimentasiya (çökmə)
xassələri ilə, həm də səth zülallarının quruluşu və onların ingi-
bitorlara münasibətinə görə də fərqlənirlər.
Hüceyrənin ən ümumi submikroskopik quruluş elementi
membran hesab olunur. Membran molekulyar səviyyə ilə,
molekuldan böyük səviyyə arasında keçid mərhələsini təşkil
edir. Hüceyrə membranlarında əsas metabolik tsikllər: tənəffüs,
oksidləşdirici fosforlaşma, nuklein turşularının, zülalların, yağ
turşularının, steroidlərin, polisaxaridlərin və s.-nin biosintezi
gedir.
Protoplazmanın quruluşsuz hissəsi katalitik funksiya
daşımır, ancaq qanın plazması kimi, əsas etibarilə bufer rolunu
oynayır. Son zamanlar müəyyən edilmişdir ki, qlikoliz prosesi
də məhz membranla əlaqədardır. Beləliklə də, membranlar
hüceyrə üçün nəinki təkcə arakəsmə rolunu oynayır, onlar həm
də, maddələr mübadiləsinin getməsi üçün başlıca mərkəz hesab
olunur. Nəhayət, membran autoreproduksiya funksiyasına da
malikdir. İrsi məlumatların verilməsi zamanı, matriks üzərində
nuklein turşularının funksiyası ilə əlaqədar sintetik proseslər də
membranda həyata keçirilir. Buradan aydın olur ki, membran,
bioloji quruluşun ən sadə formasıdır və burada metabolizmin
katalitik prosesləri ilə biosintez və reproduksiya prosesləri
müəyyən bir vəhdət təşkil edir. Bu nöqteyi-nəzərdən membran
hüceyrədə çox mühüm inteqrativ (ümumiləşdirici) rol oynayır.
Membranın inteqrativ funksiyası, aşağıdakı sistemlərlə
əlaqədardır: 1) enerjinin yarandığı; 2) nəqliyyat; 3) autorepro-
duksiya.
Təcrid olunmuş orqanoidlər üzərində müşahidələr göstərir
ki, hər üç sistem arasında sıx əlaqə və qarşılıqlı təsir mövcud-
dur. Belə ki, sistemlərdən birinin fəallığı digərlərindən asılıdır.
Hüceyrədə kompartmentləşmə üçün membranın əhəmiy-
yəti xüsusilə böyükdür. Membranlara:
hüceyrəni xarici mühitlə
məhdudlaşdıran plazmolemmanı, vakuolu məhdudlaşdıran
tonoplastı, nüvənin, mitoxondrilərin, hissəciklərin mem-
branlarını və sitoplazmadaxili membranı – endoplazmatik
şəbəkəni aid edirlər.
Membranlar, zülallar və lipidlərdən təşkil olunmuşdur.
Elektron mikroskopunda bütün membranlar üçtəbəqəli törəmə
kimi görünür: iki tünd hidrofil təbəqə arasında açıq rəngli
təbəqə yerləşir. Bu cür «elementar membranın» ümumi
qalınlığı 6 – 10 nm-ə bərabərdir (şəkil 2).
Şəkil 2. Elementar membranın quruluş modeli:
1 - lipid təbəqə; 2 - zülal təbəqələr.
Elementar membranın mühüm quruluş komponentlərindən
biri də lipidlərdir. Lipid molekulunda hidrofob (karbohidrogen
qalığı) və hidrofil hissələr vardır. Membranda lipidlərin əmələ
gətirdiyi bimolekulyar təbəqənin daxili tərəfi molekulun hidro-
fob hissələrindən təşkil olunur. Lipid molekulunun xaricə doğru
çevrilən hidrofil hissəsi zülal molekulları ilə birləşərək mem-
branın kənar təbəqələrini əmələ gətirir. Elementar membranlar
yarımkeçirici xassəyə malikdir. Membranın xüsusiyyətlərindən
biri də, qırıldığı yerdə yenidən qapanmasıdır. Əgər hüceyrədə
bir neçə vakuol varsa, onlardan hər biri tonoplastla proto-
plazmadan məhdudlana bilir. Plazmalemma və tonoplast
keçiriciliklərinə görə fərqlənir. Bu da onların quruluşları aras-
ındakı müxtəlifliklə əlaqədardır.
1.2. Protoplazmanın fiziki xassələri
Protoplazmanın fiziki xassələri, onun quruluşu və kolloidal-
kimyəvi xüsusiyyətləri ilə sıx əlaqədardır. Protoplazmanı
mayelərə yaxınlaşdıran onun axıcılığı və çox da yüksək olma-
yan özlülüyüdür. Özlülük, mayelərə (qazlara) xas olub, bir qrup
hissəciklərin digərlərinə nisbətən yerdə-yişməsinə mane olan
müqavimət qüvvəsinə deyilir. Beləliklə də, özlülük molekul-
lararası gərilmə qüvvəsi kimi, axıcılığın tamamilə əksinədir.
Özlülük vahidi puazadır.
1 puaza = 1q. sm
-1
san
-1
1 santipuaza = 10
-2
puaza
Özlülük, protoplazmanın funksional və patoloji halının ən
mühüm fiziki-kimyəvi göstəricilərindən biridir.
Protoplazma yüksək dərəcədə elastikliyə də malikdir. Adi
mayelərdən fərqli olaraq protoplazmada quruluş özlülüyü
müşahidə olunur. Quruluş özlülüyü, protoplazmadakı
komponentlərin qarşılıqlı səmtlənməsini və həmçinin proto-
plazma daxilində müəyyən quruluşun (kompartmentləşmənin)
olmasını göstərir.
Quruluş özlülüyü, protoplazmanın sabit xassəsi deyil, hü-
ceyrənin qocalması zamanı o, artır. Protoplazmanın quruluş
özlülüyünə fiziki-kimyəvi amillər (temperatur, pH və s.) güclü
təsir edir. Protoplazmanın mühüm xassələrindən olan özlülük