Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə4/32
tarix17.01.2018
ölçüsü0,96 Mb.
#21523
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   32

 

  funksiyası, şirə sintez və ifraz etməkdən ibarətdir. 

Endoplazmatik şəbəkə (retikulum) qalınlığı təxminən 8 nm 

(80A


0

) olan elementar membrandan təşkil olunmuşdur. Ele-

mentar membranın tərkibi əsas etibarilə zülallar, lipidlər və s.-

dən ibarətdir. Hüceyrələrdə ribosomlar endoplazmatik şəbəkəyə 

birləşərək «girintili–çıxıntılı» quruluş  əmələ gətirir. Ribosom-

lar olmayan şəbəkə isə hamar vəziyyətdədir. Mahiyyəti 

etibarilə endoplazmatik şəbəkə hüceyrə daxilində maddələrin 

nəqlində iştirak etməklə, həm də sitoplazmanın bütün həcmini 

əhatə edir. 

Holci qabarcıqları hüceyrənin yenicə  əmələ  gəlmiş  sərhə-

dinə toplanır və bir-birilə qarşılaşaraq, hüceyrə qılafının ilk (rü-

şeym) quruluşunu yaradır, qabarcıqların daxilindəki kütlə isə, 

hüceyrə  qılafının ilk quruluşu üçün başlanğıc material hesab 

olunur. Qabarcıqların membranı, endoplazmatik şəbəkənin 

müəyyən sahəsi ilə birlikdə plazmolemmaya çevrilir.  

Sitoplazmatik hissəciklərə, diametri təxminən 18 – 30 nm 

olan mikroborucuqlar da aiddir. Adətən onlar, hüceyrə qılafına 

paralel halda ektoplazmada plazmolemmadan təxminən 10nm 

məsafədə yerləşir. Hər bir mikroborucuqda, mərkəzi ox 

ətrafında spiralvarı düzülən 13 fibrilyar tel vardır.  

Qamçı lifləri bütöv hüceyrəni, vətər sapları isə nüvənin 

bölünməsi zamanı xromosomları  hərəkətə  gətirir. Ümumiy-

yətlə, güman edilir ki, mikroborucuqlar müxtəlif cür 

istiqamətlənmiş hərəkətlərin yerinə yetirilməsinə kömək edir. 

Göbələklərin sitoplazmatik membranı – plazmolemma ilə 

onların qılafı arasında çoxsaylı qabarcıqlar şəklində törəmələr – 

lomasomlar aşkar edilir. Bu quruluşlar plazmolemmanın 

törəmələri hesab olunurlar.  

Digər orqanizmlərdəki kimi, göbələklərdə  də ribosomlar, 

zülalların sintezini həyata keçirən orqanoiddir. Onların ölçüləri 

20 – 80 nm-ə çatır və yalnız elektron mikroskopunda gö-

rünürlər. Ribosomların  əsas komponenti olan RNT, nüvədəki 

DNT üzərində əmələ gəlir (transkripsiya) və zülallarla birlikdə 

 

  nüvəcikdə toplanır. Ribosomların bir hissəsi sitoplazmada qar-



maqarışıq halda, əksəriyyəti isə endoplazmatik şəbəkənin 

membranlarına, mitoxondrilərə  və digər orqanoid və 

hissəciklərə birləşmiş halda yerləşir. Prokariot və eukariot 

hüceyrələrin ribosomları, nəinki yalnız sedimentasiya (çökmə) 

xassələri ilə, həm də səth zülallarının quruluşu və onların ingi-

bitorlara münasibətinə görə də fərqlənirlər.  

Hüceyrənin  ən ümumi submikroskopik quruluş elementi 

membran hesab olunur. Membran molekulyar səviyyə ilə, 

molekuldan böyük səviyyə arasında keçid mərhələsini təşkil 

edir. Hüceyrə membranlarında əsas metabolik tsikllər: tənəffüs, 

oksidləşdirici fosforlaşma, nuklein turşularının, zülalların, yağ 

turşularının, steroidlərin, polisaxaridlərin və s.-nin biosintezi 

gedir.  

Protoplazmanın quruluşsuz hissəsi katalitik funksiya 

daşımır, ancaq qanın plazması kimi, əsas etibarilə bufer rolunu 

oynayır. Son zamanlar müəyyən edilmişdir ki, qlikoliz prosesi 

də  məhz membranla əlaqədardır. Beləliklə  də, membranlar 

hüceyrə üçün nəinki təkcə arakəsmə rolunu oynayır, onlar həm 

də, maddələr mübadiləsinin getməsi üçün başlıca mərkəz hesab 

olunur. Nəhayət, membran autoreproduksiya funksiyasına da 

malikdir. İrsi məlumatların verilməsi zamanı, matriks üzərində 

nuklein turşularının funksiyası ilə əlaqədar sintetik proseslər də 

membranda həyata keçirilir. Buradan aydın olur ki, membran, 

bioloji quruluşun  ən sadə formasıdır və burada metabolizmin 

katalitik prosesləri ilə biosintez və reproduksiya prosesləri 

müəyyən bir vəhdət təşkil edir. Bu nöqteyi-nəzərdən membran 

hüceyrədə çox mühüm inteqrativ (ümumiləşdirici) rol oynayır. 

Membranın inteqrativ funksiyası, aşağıdakı sistemlərlə 

əlaqədardır: 1) enerjinin yarandığı; 2) nəqliyyat; 3) autorepro-

duksiya.  

Təcrid olunmuş orqanoidlər üzərində müşahidələr göstərir 

ki, hər üç sistem arasında sıx əlaqə və qarşılıqlı təsir mövcud-

dur. Belə ki, sistemlərdən birinin fəallığı digərlərindən asılıdır. 



 

 

Hüceyrədə kompartmentləşmə üçün membranın  əhəmiy-



yəti xüsusilə böyükdür. Membranlara: hüceyrəni xarici mühitlə 

məhdudlaşdıran plazmolemmanı, vakuolu məhdudlaşdıran 

tonoplastı, nüvənin, mitoxondrilərin, hissəciklərin mem-

branlarını  və sitoplazmadaxili membranı – endoplazmatik 

şəbəkəni aid edirlər. 

Membranlar, zülallar və lipidlərdən təşkil olunmuşdur. 

Elektron mikroskopunda bütün membranlar üçtəbəqəli törəmə 

kimi görünür: iki tünd hidrofil təbəqə arasında açıq rəngli 

təbəqə yerləşir. Bu cür «elementar membranın» ümumi 

qalınlığı 6 – 10 nm-ə bərabərdir (şəkil 2). 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 2. Elementar membranın quruluş modeli: 

1 - lipid təbəqə; 2 - zülal təbəqələr. 

 

Elementar membranın mühüm quruluş komponentlərindən 

biri də lipidlərdir. Lipid molekulunda hidrofob (karbohidrogen 

qalığı) və hidrofil hissələr vardır. Membranda lipidlərin əmələ 

gətirdiyi bimolekulyar təbəqənin daxili tərəfi molekulun hidro-

fob hissələrindən təşkil olunur. Lipid molekulunun xaricə doğru 

 

  çevrilən hidrofil hissəsi zülal molekulları ilə birləşərək mem-



branın kənar təbəqələrini əmələ gətirir. Elementar membranlar 

yarımkeçirici xassəyə malikdir. Membranın xüsusiyyətlərindən 

biri də, qırıldığı yerdə yenidən qapanmasıdır.  Əgər hüceyrədə 

bir neçə vakuol varsa, onlardan hər biri tonoplastla proto-

plazmadan məhdudlana bilir. Plazmalemma və tonoplast 

keçiriciliklərinə görə  fərqlənir. Bu da onların quruluşları aras-

ındakı müxtəlifliklə əlaqədardır.  

 

 

1.2. Protoplazmanın fiziki xassələri 

 

Protoplazmanın fiziki xassələri, onun quruluşu və kolloidal-



kimyəvi xüsusiyyətləri ilə  sıx  əlaqədardır. Protoplazmanı 

mayelərə yaxınlaşdıran onun axıcılığı və çox da yüksək olma-

yan özlülüyüdür. Özlülük, mayelərə (qazlara) xas olub, bir qrup 

hissəciklərin digərlərinə nisbətən yerdə-yişməsinə mane olan 

müqavimət qüvvəsinə deyilir. Beləliklə  də, özlülük molekul-

lararası  gərilmə qüvvəsi kimi, axıcılığın tamamilə  əksinədir. 

Özlülük vahidi puazadır. 

1 puaza = 1q. sm

-1

san

-1 

1 santipuaza = 10

-2

puaza 

Özlülük, protoplazmanın funksional və patoloji halının  ən 

mühüm fiziki-kimyəvi göstəricilərindən biridir. 

Protoplazma yüksək dərəcədə elastikliyə  də malikdir. Adi 

mayelərdən fərqli olaraq protoplazmada quruluş özlülüyü 

müşahidə olunur. Quruluş özlülüyü, protoplazmadakı 

komponentlərin qarşılıqlı  səmtlənməsini və  həmçinin proto-

plazma daxilində müəyyən quruluşun (kompartmentləşmənin) 

olmasını göstərir. 

Quruluş özlülüyü, protoplazmanın sabit xassəsi deyil, hü-

ceyrənin qocalması zamanı o, artır. Protoplazmanın quruluş 

özlülüyünə fiziki-kimyəvi amillər (temperatur, pH və s.) güclü 

təsir edir. Protoplazmanın mühüm xassələrindən olan özlülük 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə