Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə9/32
tarix17.01.2018
ölçüsü0,96 Mb.
#21523
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   32

 

  göbələklərin böyüməsi və inkişafına sürətləndirici, yəni 

oliqodinamik effekt göstərir. Lakin hazırda qəti müəyyən 

edilmişdir ki, mikroelementlərin təsiri, onların fermentlərin qu-

ruluşunda iştirak etmələri ilə əlaqədardır.  

Dəmir (Fe) – göbələk orqanizminin tələb etdiyi 

mikroelementlərdən miqdarına görə daha çox olandır. Dəmir, 

katalaza, peroksidaza, sitoxromların tərkibinə daxil olur. Bun-

dan başqa, dəmir bir sıra digər fermentlərin də aktivliyini ar-

tırır.  

Onun oksidləşmə – reduksiya reaksiyalarında iştirakı  hər 

şeydən  əvvəl, Fe

3+

⎯⎯



⎯→



+





е

е

Fe

2+



 formalarında oksidləşmə 

dərəcəsinin dəyişilməsilə bağlıdır. Burada elektronun alınıb-

verilməsilə bağlı oksidləşmə və ya reduksiya prosesi baş verir. 

Dəmir olmayan mühitdə becərilən göbələk mitsellərinin 

böyümə  və inkişafı  kəskin azalır. Göbələklərdə  dəmir çatış-

madıqda onlarda oksalat turşusunun  əmələgəlmə intensivliyi 

azalır və əksinə, oksidləşmə proseslərinin ləngiməsi nəticəsində 

limon turşusunun biosintezi artır. Bəzi göbələklər, dəmirin işti-

rakı ilə ammonium (NH

+

4



) ionundan başqa, həm də, nitrat (NO

-

3



) ionlarını da mənimsəyirlər. Göbələklərdə böyümənin 

sürətlənməsi dəmirlə birlikdə sink olduqda daha güclü həyata 

keçirilir. 

Sink (Zn) – göbələklərdə  şəkər mübadiləsində spesifik rol 

oynayır. Bu elementin iştirak etdiyi bütün hallarda qənaətcillik 

(ekonomik) əmsalı kəskin artır, yəni mitsellərin quru çəkisinin 

mənimsənilən karbohidratlara olan nisbəti yüksəlir. Bu zaman 

həm də xaric olunan karbon qazının miqdarı çoxalır və 

tənəffüsün energetik effektivliyi artır. Belə fərz edilir ki, sink, 

karbohidratların çevrilmə  məhsullarının hüceyrənin tərkib 

hissələrinə keçməsinə imkan yaradır. Göbələk hüceyrələrində 

sink çatışmadıqda bu maddələr, kənar (əlavə) məhsulların 

əmələ  gəlməsinə  sərf olunur. Belə  kənar məhsullardan, 

məsələn, üzvi turşuları göstərmək olar, əksinə hüceyrələrdə 

 

  sinkin miqdarı daha çox olduqda üzvi turşuların əmələ gəlməsi 



baş vermir. Əgər hüceyrələr üçün karbon mənbəyi rolunu üzvi 

turşular (kəhrəba, qlükon və s.) oynayırsa, o zaman sinkin 

çatışmazlığı ilə  əlaqədar  əlamətlər meydana çıxmır. Ehtimal 

olunur ki, sink Krebs tsiklində (dikarbon turşuları tsikli) 

müvafiq aminturşularının əmələ gəlməsində iştirak edir.  

Mis (Cu) – Bu element bir sıra göbələklərdə maddələr mü-

badiləsi üçün çox vacib olan birləşmələrin tərkibinə daxil olur. 

Belə maddələrdən tirozinazaları, lakkazaları  və askorbin tur-

şusunun oksidazasını  və s. göstərmək olar. Göbələklərdə bu 

elementə  tələbatın böyük olması, onun tirozinazanın 

fəaliyyətində  iştirakı ilə izah olunur. Mis, göbələklərdə spor-

ların və piqmentlərin əmələ gəlməsinə güclü təsir edir. Bundan 

başqa, mis, həm də göbələklərdə limon turşusunun  əmələ 

gəlməsi və istifadə olunmasına da kəskin təsir edə bilir. 

Manqan (Mn) – göbələklərdə karbon qazının 

mənimsənilməsi üçün əsas reaksiyalarda spesifik element kimi 

iştirak edir. Bu element, maya göbələklərində arginazanın ak-

tivliyini xeyli artırır. Göbələklərin manqana olan tələbatı 1· 10

-

9

q (milyardda bir) bərabərdir. 



Molibden (Mo) – göbələklərdə  və yaşıl bitkilərdə nitrat 

azotunun mənimsənilməsində, həmçinin də, bakteriya və göy-

yaşıl yosunlarda atmosfer azotunun təsbit (fiksə) olunmasında 

iştirak edir. Göbələkləri azotun nitrat duzları olan mühitdə 

becərdikdə, ammonium duzları olan mühitə nisbətən, onlara 

daha çox miqdarda molibden lazım gəlir. 



Qallium (Ga) – göbələklərin olduğu mühitə 0,02 mq/l əlavə 

olunduqda, onlarda böyümə prosesini xeyli artırır və digər 

elementlər onu əvəz edə bilmir. 

Skandium (Sc) – göbələklər üçün karbon mənbəyi kimi 

qliserin olarsa, onda onların inkişafı üçün skandium elementi 

lazımdır.  Əgər göbələklər üçün hazırlanmış mühit şəkər 

tərkiblidirsə, o zaman, skandiuma ehtiyac qalmır.  



Kobalt (Co) – bu element vitamin B

12

-nin tərkibinə daxil olur. 




 

  Bundan başqa o, həm də DNT-nin timidin hissəsinin sintezi üçün 

də lazımdır. Bu elementin göbələklərdə hansı proseslərdə 

bilavasitə iştirakına aid tədqiqatlar kifayət deyildir.  



Bor (B) – Göbələklərin böyüməsi və inkişafı üçün zəruri 

elementlərdən biridir. Lakin bu elementin göbələk 

metabolizmində rolu tam aydınlaşdırılmamışdır.  

 

2.2. Göbələklərin qidalanmasında  

karbon və azot mənbələri 

 

2.2.1. Karbon mənbələri 

Özünün qidalılıq dəyərinə görə birinci yerdə heksozalar 

(altı atomlu karbonu olan şəkərlər) dayanır.  Bu cür 

qiymətləndirmə, qazlar mübadiləsi baxımından yağlarla 

müqayisə olunduqda müəyyən edilir. Göbələklərin  əksəriyyəti 

qlükozanı yaxşı mənimsəyir. Fruktoza da saxaroza kimi az uni-

versaldır, laktoza isə göbələklər üçün daha az əlverişlidir, ona 

görə ki, laktozanın tərkibinə daxil olan qalaktoza göbələklər 

tərəfindən pis mənimsənilir. Sonrakı yerlərdə di-, tri- və 

polisaxaridlər durur. Bunların qidalılıq dəyəri, qlükoza əmələ 

gəlməklə daha asanlıqla parçalanmaları ilə müəyyən edilir. 

Göbələklər tərəfindən, quruluşuna görə, şəkərlərə oxşayan altıa-

tomlu spirtlər də asanlıqla mənimsənilir. Göbələk orqanizmində 

toplanan mannit, həmçinin də şəkərli turşular: qlükon və qlüku-

ron turşuları çox tezliklə istifadə oluna bilirlər.  

Altıatomlu spirtlərdən olan mannit bəzi göbələklər

məsələn, dermatofitlər tərəfindən mənimsənilə bilmir. Bununla 

belə, altıatomlu karbon birləşmələrini göbələklər asanlıqla 

istifadə edirlər:  

                               OH  H   OH  OH 

                                |     |      |      | 

qlükoza –  HOC -  C – C – C – C – CH

2

OH;  



                                |      |      |      | 

                               H   OH  H    H 

 

 

 



                                   H  H    OH OH 

                                    |     |      |      | 



mannit  –  CH

2

OH -  C – C – C – C – CH



2

OH;  


                                    |      |      |      | 

                                   OH  OH  H   H 

                                           OH  H   OH  OH 

                                               |     |      |      | 



qlükon türşüsü –   HOOC -  C – C – C – C – CH

2

OH;  



                                               |      |      |      | 

                                              H   OH  H    H 

 

                                            OH  H   OH  OH 



                                              |     |      |      | 

qlükuron turşusu  – HOC -  C – C – C – C – COOH. 

                                              |      |      |      | 

                                             H   OH  H    H 

 

Göbələklərdə metabolizmin aralıq məhsullarından olan ali-



fatik sıralı turşular da yüksək dərəcədə qidalılıq keyfiyyətlərinə 

malikdir. Çox hallarda qidalılıq keyfiyyəti, alifatik zəncirdə 

karbon atomlarının miqdarı altıya çatana qədər yüksəlir.  

Qeyd etmək lazımdır ki, qarışqa turşusu (HCOOH) aşağı 

qidalılıq keyfiyyətinə malikdir. Göbələk üçün ən  əlverişli kar-

bon mənbəyi sirkə turşusudur (CH

3

COOH). Turşuların qidalılıq 



dəyəri, onlarda olan karbon atomlarının sayı altıyadək artdıqca 

yüksəlir, bundan sonra keyfiyyət azalmağa başlayır.  İkiəsaslı 

(dikarbon) turşular və oksiturşular, sadə – birəsaslı turşulara 

nisbətən daha yüksək qidalılıq keyfiyyəti qazanır. Məsələn, 

alma və  kəhrəba turşuları, süd və propion turşularından daha 

qiymətlidir. Digər tərəfdən, oksiturşu olmaqla süd turşusu, 

propion turşusundan, alma turşusu isə kəhrəba və fumar turşu-

larından daha yaxşı mənimsənilir (cədvəl 3). 



Cədvəl 3 

Göbələklər tərəfindən mənimsənilən üzvi turşular 

Pis mənimsənilən turşular Yaxşı mənimsənilən turşular 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə