Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix17.01.2018
ölçüsü0,96 Mb.
#21523
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   32

 

 

 



 

 

 



Amiloza molekulunda isə qlükoza halqası sterik 

səbəblərdən asılı olaraq «kreslo» formasında yox, «vanna» 

şəkilli konformasiyada müşahidə edilir.  

 

«vanna» 

 

 



 

 

 



Homopolisaxaridlərin nümayəndələrindən biri də qliko-

gendir. Bu polisaxarid heyvan və göbələk orqanizmində ehtiyat 

maddə kimi toplanır. Belə ki, qidada karbohidratların miqdarı 

artdıqca orqanizmdə qlükoza çoxalır və qlikogenə çevrilib pro-

toplazmada xırda hissəciklər halında müşahidə olunur. Kisəli 

göbələklərin cavan kisələrinin protoplazmasında qlikogen 

dənəcikləri, lipid topalarını xatırladır və onlar kimi proto-

plazmaya parlaq şüşəyəbənzər görkəm verir. Protoplazmada 

qlikogenin olmasını, göbələk hüceyrələrinə yod məhlulu ilə 

təsir etdikdə qırmızı-qonur rəngin alınmasına görə aşkar etmək 

mümkündür. Hüceyrənin vakuoluna düşmüş qlikogen, adətən 

orada kolloid məhlulu kimi olur və yodun təsiri ilə asanlıqla 

müəyyən edilir. 

Qeyd etmək lazımdır ki, polimerlərin xassələri, ümumiy-

yətlə, onları təşkil edən monomerlər arasındakı rabitə tipindən 

asılıdır. Bunu aşağıdakı kimi ifadə etmək olar.  



 

 A 

 

                   

 

  B 



 

  

 

 



 

     

 

 



 

  C 

  

   


 

 

 



 

 

 

 

D

 

 

 

   

  

 

 



 

 

 



 

 

Şəkil 3.  Göbələklərdə qılafın polisaxarid molekullarından  

 fraqmentlər: A – sellüloza; B – xitin; C – mannan;

  

D – qlükan.

 


 

 

II  FƏSİL  



 

GÖBƏLƏKLƏRİN QİDALANMASI 

 

 

2.1. Mineral qidalanma 

 

2.1.1. Qida elementləri və qida maddələri 

Mineral qidalanma, göbələk orqanizminin həyat fəaliy-

yətində mühüm rol oynayır. Göbələklər, özlərinə lazım olan 

mineral maddələri (qida elementlərini) xüsusi mexanizmlərin 

köməyilə mühitdən alır və öz orqanizmlərində paylayır.  Qida 

elementləri dedikdə, göbələk orqanizmi üçün zəruri sayılan və 

başqaları ilə əvəz olunmayan kimyəvi elementlər nəzərdə tutu-

lur. Qida maddələri adı altında isə tərkibində qida elementləri 

olan və göbələklər üçün mənimsənilən birləşmələr başa 

düşülür.  

Göbələklərin böyümə və inkişafı üçün zəruri olan maddələr 

haqqında fikir yürütməkdən ötrü onların mitsellərinin elementar 

kimyəvi tərkibini bilmək lazımdır. Göbələk mitselinin elemen-

tar kimyəvi tərkibi kifayət qədər zəngindir. Karbon ~ 40%, ok-

sigen ~ 40%, azot ~ 7-8%, hidrogen ~ 2-3%. Onlarda kül ele-

mentinin miqdarı ~ 7-10%-dir. Göbələk mitsellərinin külünə 

adətən aşağıdakı maddələr daxil olur: kükürd, fosfor, kalium, 

maqnezium, dəmir, sink, manqan, mis, kalsium və s.. 

Ümumiyyətlə, göbələklərin külündə 50-dən çox elementi aşkar 

etmək mümkündür. Lakin bu elementlərdən heç də hamısı 

göbələyin həyat fəaliyyəti üçün zəruri deyil. Göbələk 

mitsellərinin külündə  ən çox rast gəlinən elementlər fosfor və 

kaliumdur. Maya göbələyinin külündə fosfor oksidi (P

2

O

5



50%-ə  qədərdir, kaliumun miqdarı isə (K

2

O) təxminən 25%-ə 



bərabərdir. Hifəmələgətirən (sapvarı) göbələklərdə P

2

O



5

 adətən 


külün 25%-ni, K

2

O isə 50%-ni təşkil edir, qalan elementlərin 



miqdarı təxminən 25%-ə çatır. 

 

 



Göbələklərin normal qidalanması üçün təxminən 17 – 18 

elementin olması  zəruridir. Bunlara: karbon, oksigen, azot, 

hidrogen (orqanogen elementlər), kükürd, fosfor, kalium, 

maqnezium, dəmir, mis, sink, manqan, molibden, həmçinin də, 

kalsium, qallium, bor, skandium və vanadium aid edilir.  

Qida elementlərinin tərkibi və onların hüceyrələrdəki miq-

darı, göbələklərin yaşadığı şəraitdən asılı olaraq xeyli dərəcədə 

dəyişilə bilir. Hüceyrələrdəki miqdarına görə mineral 

elementləri aşağıdakı qruplara bölürlər: 

1) Makroelementlər – C, O, N, H,  S, P, K, Mg, Na və b. Bu 

elementlərin hüceyrələrdəki miqdarı 10

1

-10



-2

% arasında 

dəyişilir. 

2) Mikroelementlər – B, Mn, Cu, Zn, Mo, Co, Cl, Fe, Sc və 

s. bunların hüceyrələrdəki miqdarı 10

-3

 – 10



-5

%-ə bərabərdir.  

3) Ultramikroelementlər – Se, Cd, Cs, Ag, Au, Ra və s. 

həmin elementlərin hüceyrələrdəki miqdarı  təxminən 10

-6

%, 


yaxud bundan da azdır. 

Təbii halda, qida elementləri göbələklər tərəfindən aşa-

ğıdakı formalarda mənimsənilir: 

1) C, O, H – CO

2

; H


2

O və O


2

; 2) qeyri-metallar: N, S, P və 

B – anionlar (nitrat, sulfat, fosfat, borat); 3) qələvi və torpaq-

qələvi metallar – kationlar (K

+

, Ca


2+

, Mg


2+

, Na


və s.); 4) ağır 

metallar (Fe, Mn, Cu, Mg və Zn) – kationlar (MO

2



– istisna 

olmaqla); 5) xlor – anion (Cl

-

). 


Eyni duzun anion və kationunun hüceyrələr tərəfindən 

müxtəlif intensivlikdə  mənimsənilməsi, onun fizioloji reaksi-

yasını müəyyən edir. Belə ki, duzun kationunun daha sürətlə 

mənimsənilməsi, mühitin turşulaşmasına səbəb olur. Əgər du-

zun anionu hüceyrələr tərəfindən intensiv udularsa, bu halda 

mühit qələviləşir. Buna görə  də, anionları çox udulan duzlar 

fizioloji qələvi, kationları udulanlar isə fizioloji turş duzlar ad-

lanır. Fizioloji qələvi duzlara: NaNO

3

, Ca(NO


3

)

2



, fizioloji turş 

duzlara isə CaSO

4

, NH


4

Cl və s. aiddir. 

Adətən hüceyrələr hər hansı bir duzun (NaCl, K

2

SO



4

  və s.) 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə