Microsoft Word biologiya-2-2011. doc



Yüklə 48,84 Kb.
Pdf görüntüsü
tarix30.04.2018
ölçüsü48,84 Kb.
#40858


 

 

66



BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2 

 

  Təbiət elmləri seriyası   2011 

 

 

 

UOT 5796463140 

SELLÜLOZA  PARÇALAYAN  BAKTERİYALARLA   

BİTKİLƏRİN QARŞILIQLI MÜNASİBƏTİ 

 

S.Ə.QULİYEVA  

Bakı  Dövlət Universiteti 

rahib-azari @ rambler.ru 

 

 

Məqalə  4 növ bitkinin  rizosferasında yayılmış sellüloza bakteriyaları, mikroskopik 



göbələklərlə bitkilərin qarşılıqlı münasibətinə həsr edilmişdir. Müəyyən olunmuşdur ki, ri-

zosferada sellüloza bakteriyaları Sorangium sellulosum viridis, Sorangium compesitum 

ochraceus,  Sorangium sellülosum virescens, Sorangium compositum nigrum miksobakte-

riyaları ilə  təmsil olunmuşlar, onların buğda, arpa, noxud və qarğıdalı bitkilərinin rizo-

sferasında inkişafı, azotlu və fosforlu birləşmələrin bitki tərəfindən mənimsəməsinə  təsiri 

öyrənilmişdir. Müəyyən olunmuşdur ki, sellüloza parçalayan bakteriyalar bitkilərin rizo-

sferasında zəif inkişaf edirlər. Birinci il bitkinin böyümə və inkişafını stimulə etmirlər, yalnız 

noxud bitkisinin rizosferasında müsbət təsir müşahidə edilmişdir. Buna səbəb paxlalı bitki-

lərin rizosferasında kökyumurusu bakteriyaların azotlu birləşmələrlə  zənginləşdilməsidir. 

Tədqiqatın 2-ci ili bitkilərin inkişafı sürətlənir və müəyyən olunmuşdur ki, bu hadisə 

rizosferada sellüloza bakteriyalarının çürüməsindən alınan azotlu və  fosforlu birləşmələrin 

hesabına baş verir. 

 

Açar sözlər: rizosfera, selluloza, rizosfera еffekti, vegetasiya. 

 

 

Ədəbiyyatda ali bitkilərlə mikroorqanizmlər arasında qarşılıqlı müna-



sibətə həsr olunmuş elmi - tədqiqat işləri az deyil [1, 2, 4, 5]. Bu və ya digər 

alimlərin nəticələrindən məlum olur ki, ali bitkilərin kökü ətrafında külli 

miqdarda müxtəlif fizioloji qrupdan olan mikroorqanizmlər yayılmışlar və 

onlar bitkilərin böyümə  və inkişafında mühüm rol oynayırlar. Bəzi müəl-

liflər isə sellüloza bakteriyalarının bitkilərin rizosferasında digər mikroor-

qanizmlərdən zəif inkişaf etdikləri barədə  məlumat verirlər [3, 6-8]. Bu 

alimlərin fikirincə sellüloza ilə  zəngin azotdan kasıb olan samanın üzvi 

maddələrinin parçalanması  nəticəsində sellüloza bakteriyaları torpaqdan 

azotlu birləşmələri mənimsəyərək bitkilərin məhsuldarlığına təsir  göstər-

mirlər. Təcrübənin ikinci ilində isə bitkilərin böyümə  və inkişafı  bərpa 

olunur. Tədqiqatlar göstərir ki, buna səbəb torpaqda toplanmış sellüloza 

bakteriyalarının çürümə məhsullarının təsiridir [9].  

Bəzi müəlliflərin nəticələrinə görə torpağa verilmiş saman paxlalı bit-

kilərin rizosferasında sellüloza bakteriyalarının inkişafına təsiri nəticəsində 

məhsuldarlığın 8 %  artdığını qeyd edirlər [10, 11].   



 

 

67



Bizim tədqiqatımızın məqsədi bitkilərin rizosferasının sellüloza bakte-

riyalarına nə dərəcədə təsir göstərməsini müəyyən etmək və bu bakteriyala-

rın bitkinin inkişafına təsiri və onların torpaqda və rizosferada azot və 

fosforlu birləşmələrin mənimsənilməsinə təsirini müəyyən etmək olmuşdur.  

 

Tədqiqatın obyekti və metodları 

Tədqiqat obyekti olaraq Şamaxı rayonunun qara və karbonatlı qara 

torpaqları  və onlardan ayrılmış sellüloza bakteriyaları olmuşdur. Rizosfera 

effektini aşkar etmək üçün buğda, arpa, qarğıdalı və noxud bitkiləri istifadə  

edilmişdir. 

Tədqiqatın məqsədi bitkilərlə onların rizosferasında yayılmış sellüloza 

bakteriyalarının qarşılıqlı münasibətinin və torpaqda azotlu və fosforlu bir-

ləşmələrin mənimsənilməsinə onların təsirinin tədqiqi olmuşdur. Təcrübə 

üçün noxud, qarğıdalı, buğda və arpa bitkiləri götürülmüşdür. Təcrübələr 

xüsusi vegetasiya qablarında (həcmi 6 kq torpaq tutan) yerinə yetirilmişdir 

(qabların bir qismi pasterizə olunub: (1 saat ərzində 2 atm.). Qablarda tor-

paq sellüloza bakteriyalarının kulturası ilə yoluxdurulmuşdur (Şorangium 

sellulosum ochraceus). 

Miksobakteriyanın kulturası Petri kasasında filtr kağızı üzərində aqarlı 

mühitdə becərilmiş, bakteriyaların tam örtük əmələ gəldikdən sonra ondan 4 

sm

2



  kəsik hazırlayıb həvəngdə steril su əlavə etməklə  əzib,  əmələ  gəlmiş 

biokütlə 100 ml-lik kolbaya köçürülərək, suspenziya hazırlanmış, ondan 

təcrübə torpaqlarına  əlavə edib qarışdırılmış  və 23 % rütubəti saxlamaq 

üçün su əlavə edilmiş və bu rütubət bütün təcrübə boyu saxlanılmışdır. Hər 

vegetasiya qabına 5 toxum əkilmiş, sonra onlardan 3-ü saxlanılmış, ikisi 

kənarlaşdırılıb, bitkilərin biokütləsi tərəzidə çəkilmişdir.  

 

Tədqiqatın nəticələrinin analizi 

Tədqiqatın nəticələri 1,2 saylı cədvəllərdə verilmişdir. Cədvəldən ay-

dın olur ki, noxud bitkisinin rizosferasında sellüloza bakteriyalarının inkişa-

fı nisbətən yüksəkdir. İstər steril torpaq və istərsə də steril olmayan variant-

larda rizosferada onların intensiv inkişafı müşahidə olunur. Steril olmayan 

torpağın 1 qramında (rizosferadan kənar) bakteriyaların miqdarı toxum əkil-

miş variantlarda yüksəkdir.  Əgər bir qram steril olmayan torpaqda kökdən 

kənarda 48 min bakteriya aşkar olunubsa, bitkinin rizosferasından götürül-

müş torpağın bir qramında 164 min bakteriya aşkar edilmişdir. Ələlxüsus bit-

kinin rizosferasında bakteriyaların sayı nəzərəçarpacaq dərəcədə yüksəkdir.  

İki saylı cədvəldə qarğıdalı bitkisinin rizosferasında sellüloza  bakteri-

yalarının miqdarının noxud bitkisinin rizosfera nəticələri ilə müqayisə et-

dikdə qarğıdalı bitkisinin rizosferasında sellüloza bakteriyalarının inkişafı 

çox aşağıdır və  vegetasiya dövrünün sonuna kimi aşağı düşməkdə davam 

etmişdir. 



 

 

68



Cədvəl 1 

Sellüloza bakteriyaları və mikroskopik göbələklər bitkilərin 

rizosferada, karbonatlı  və adi qara torpaqda  

(vegetasiya dövründə orta hesabla)  koloniyaların sayı 

Bakteriyalar Göbələklər 

Torpaq Rizosfera Torpaq  Rizosfera 

 

Bitkilər 

Karbonatlı qara

torpaq 

Qara 

torpaq

Karbonatlı

qara torpaq

Qara 

torpaq

Karbonatlı qara

torpaq 

Qara 

torpaq

Karbonatlı qara 

torpaq 

Qara  

torpaq 

1  2 3 



5 6 7 8 9 

1. Arpa 


129 

 –    


132 

– 

158 



– 

135 


– 

2. Buğda  150 162 

122 

135 144 134 126 134 



3. 

Noxud  111 174 

119 

201 105 143 110 128 



4.Qarğıdalı 

151 222 


130 

214 119 132 113 122 

 

Cədvəl 2 



Torpaqda bitkilərin sellüloza miksobakteriyalarının inkişafına və 

bitkilərin rizosferasında təsiri (boz qonur torpaqlarda  

(karbonatlı qara torpaqda) vegetasiya dövrü ərzində 

Miksobakteriyalar: 

Şorangium sellulosum 

viridis 

Miksobakteriyalar: 

Şorangium sellulosum 

ochraceus, Sor. cellulosum  

ochraceus, Sor. sellulosum 

virescens və Sor.compositum 

virecseus və Sor.compositum 

nigrum 

 

 

 

 

Bitkilər 

Torpaq   Rizosfera 

Artım Torpaq 

 

Rizosfera 

Aşağı 

düşmür 

1. Buğda-sort.cah. 3 7 

+4 

107 


48 

59 



2. Arpa 

93 



+87 

122 


18 

- 104 


3. Noxud 

36 


53 

+17 


73 

54 


- 19 

4. Qarğıdalı  

33 

53 


+20 

112 


71 

 - 35 


5. Günəbaxan 6 

25 


+19 

120 


98 

22 



6. Buğda 24 

48 


+24 

121 


69 

52 



 

Sellüloza bakteriyaları ilə paxlalı  və  dənli bitkilərin qarşılıqlı müna-

sibətinin belə formasını onunla izah etmək olar ki, onların nisbətən aktiv 

inkişafı noxud bitkisinin rizosferasında nəzərə çarpır, burada kökyumrusu 

bakteriyalarının atmosfer azotunu mənimsəməsi nəticəsində rizosfera azotlu 

birləşmələrlə  zənginləşir, amma qarğıdalı  və digər dənli bitkilərə torpağa 

azotlu birləşmələr verilsə belə sellüloza bakteriyalarının yüksək inkişafı 

nəzərə çarpmır. 

Sellüloza bakteriyalarının inkişafı ləngiyir, saman verilmiş variantlar-

da qarğıdalı bitkisində dənin rizosferasında, bitkinin yarpaq və gövdəsində 

azotun miqdarı azalır. Analizin nəticələri göstərir ki, buna səbəb sellüloza 

bakteriyalarının inkişafları üçün torpağın azotlu birləşmələri mənimsəməsi 

səbəb olmuşdur (cədvəl 2). Yuxarıda qeyd etdiyimiz kimi yalnız sonrakı 

mərhələlərdə sellüloza bakteriyalarının çürüməsi nəticəsində torpaq azotlu 

birləşmələrlə zənginləşir, bu özünü bitkinin böyümə, inkişafı və məhsuldar-



 

 

69



lığının artmasında, torpağın azotlu birləşmələrlə  zənginləşməsində özünü 

göstərir. 



 

Nəticələr 

1.  Tədqiq olunmuş torpaq tiplərində sellüloza parçalayan bakteriya, mik-

roskopik göbələklər geniş yayılmışlar və sellülozanın çürüməsində aktiv 

iştirak edirlər. 

2.  Sellülozaparçalayan bakteriyalar bitkilərin rizosferasında zəif inkişaf 

edir və onun parçalanmasında da zəif iştirak edirlər. Yalnız təcrübənin 

ikinci ilində sellülozaparçalayan mikroorqanizmlər öldükdən sonra çü-

rümə  nəticəsində torpaq qida maddələri ilə  zənginləşir və bitkinin in-

kişafı və məhsuldarlığı artır. 

3.  Sellülozanın rizosferada parçalanmasını bakteriyalarla yanaşı mikrosko-

pik göbələklər də  həyata keçirirlər. Bunlardan Dematium, Stachibotrys, 

Penicillum, Truchoderma, Chaetomium-u və s. cinsləri göstərmək olar. 

 

ƏDƏBİYYAT 

1. Красильников М.А. Микроорганизмы и высшие растения М.: Наука, 1954, 175 с. 

2. Мишустин Е.М. Микрофлора  почв северной и средней части СССР. М.: Наука, 1984, 

300с. 

3. Красильников М.А. Лучистые грибы. М.: Наука, 1970, 560 с. 



4. Гасымзаде М.А. Мик рофлора серо-бурой почвы Абшерона. Автореф. дисс. на соис-

кание канд. биол.наук, Баку, 1970, 21 с. 

5.  Ибрагимов  А.Ш.  Влияние  микроэлементов  на  микроорганизмы  при  прикорневой 

зоне хлопчатника. Автореф. на соискание канд. биол.наук, Баку, 1971, 21 с. 

6. Мавзолеева Л.Г., Кряков А.А. Голдобина Е.В. Влияние гербицидов на активность разло-

жения  клетчатки  целлюлозоразрушающими  микроорганизмами  в  почвах / Сб.тр.  Ку-

банский Государственный Университет, Краснодар, 2001, в. 390, с. 139-143 

7.  Узбек  И.Х.  Целлюлозоразрушающие  микроорганизмы  как  компонент  биологичес-

кого почвообразования / Автореф. дисс. канд. биол. наук, М., 2006, 16 с. 

8. Санданова И.Б. Микробиологическая деструкция растительного опади стенных эко-

систем юго-восточного Забайкалья / Aвт.канд.дисс., 2005, 18 с. 

9. Хвостов М.В. Влияние соломы возделываемых культур на динамику целлюлоза раз-

рушающей активности почвы. Ульяновск, 2002, ч.1, с.319-320. 

10.  Думова  В.А.,  Круглов  Ю.В.Ассоциация  бактерий  утилизирующих  целлюлозу // 

Микробиология. 2009, т. 78, № 2, с.268-274.  

11.  Широких  А.А.  Влияние  предпосевного  протравливания  семян  на  структуру  ком-

плексов актиномицетов в ризосфере  озимой ржи // Агрохимия. № 9, 2005, с.51-55.  

 



 

 

70



ВЗАИМООТНОШЕНИЯ ЦЕЛЛЮЛОЗОРАЗРУШАЮЩИХ  

БАКТЕРИЙ С РАСТЕНИЯМИ 

 

С.А.ГУЛИЕВА 

 

РЕЗЮМЕ 

 

В  статье  даны  результаты  о  распространении  целлюлозных  бактерий  и  мик-

роскопических грибов в ризосфере 4-х видов растений. Выявлено, что миксобактерии  

в  ризосфере  пшеницы,  ячменя,  кукурузы,  гороха  слабо  развиваются,  и  в  первый  год 

опыта не стимулируют рост и развитие растений, исключение составляет растение го-

рох,  в  ризосфере  которого  обнаружены  положительный  эффект  благодаря  развитию 

клубеньковых  бактерий.  На  втором  году  опыта  заметно  улучшается  рост  и  развитие 

всех  исследованных  растений  и  опыты  показывают, что  причиной тому  являются  вы-

мирание и разложение целлюлозных бактерий, обогащения почвы азотными и фосфор-

ными соединениями. 



Ключевые слова: ризосфера, целлюлоза, ризосферный эффект, вегетация. 

 

 



RELATIONSHIP OF CELLULOLYTIC BACTERIA WITH PLANTS 

 

S.A.GULIYEVA 

 

SUMMARY 

 

The article deals with the results of the distribution of cellulosic bacteria and micro-



macroscopic fungi in the rhizosphere of 4 kinds of plants. It was revealed that mixobacteries 

in the rhizosphere of wheat, barley and maize poorly developed and in the first year of 

experiment do not stimulate plant growth and development, pea plants the rhisosphere of 

which undergoes positive effects due to the development of root nodule bacteria are excepted. 

In the second year of experiment the growth and development of all the investigated plants 

markedly improved and the experiments show that the reason for this is the extinction and the 

decomposition of cellulose bacteria, the enrichment of soil nitrogen and phosphorus com-

pounds. 


Key words: rhisoshere, cellulose, rhisospheric effect, vegetation. 

 

Redaksiyaya daxil oldu: 15.05.2011-ci il. 



Çapa imzalandı: 27.07.2011-ci il. 

 

 



 

Kataloq: Xeberler%20Jurnali -> Tebiet%20%202011%20%202
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Sosial-siyasi elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №3 Humanitar elmlər seriyası
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elml
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi
Xeberler%20Jurnali -> Baki universitetiNİn xəBƏRLƏRİ №4 Sosial-siyasi elmlər seriyası
Tebiet%20%202011%20%202 -> Microsoft Word geologiya-cografiya-2-2011. doc
Tebiet%20%202011%20%202 -> Microsoft Word geologiya-cografiya-2-2011. doc

Yüklə 48,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə