Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə3/32
tarix17.01.2018
ölçüsü0,96 Mb.
#21523
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   32

 

 

Ümumiyyətlə, hüceyrə  qılafı, hüceyrədaxili hidrostatik 



(turqor) təzyiqinə tab gətirməklə hüceyrəni osmotik qüvvələrin 

təsiri ilə dağılmaqdan qoruyur. Hüceyrə  qılafı, bir tərəfdən 

yüksək dərəcədə möhkəmliyə, digər tərəfdən isə böyümə 

qabiliyyətinə (ilk mərhələlərdə) malik olmalıdır. Hər iki şərtin 

ödənilməsi ona görə mümkündür ki, hüceyrə  qılafı, stabil  

elastik  komponent –  mikrofibrillərdən  və  plastik komponent 

– amorf matriksdən təşkil olunmuşdur. Hüceyrənin böyüməsi 

ilə  əlaqədar olaraq, mikrofibrillərin sayı çoxalır ki, bunun da 

nəticəsində hüceyrə plastikliyini və böyümə qabiliyyətini itirir. 

Bu zaman hüceyrə qılafının elastikliyi artır. Beləliklə də, qılaf 

şişmiş (gərilmiş) vəziyyətdə olduğundan, onun suya və onda 

həll olmuş maddələrə qarşı müqaviməti azalır və başqa sözlə, 

qılaf onlar üçün keçirici rol oynayır.  

Hüceyrənin  ən mühüm elementlərindən biri də 

protoplazmadır. Göbələk hüceyrəsinin protoplazması özünün 

quruluşu və funksiyasına görə digər orqanizmlərdəkindən bir o 

qədər də fərqlənmir. 

Aparılan tədqiqatlarla müəyyənləşdirildi ki, protoplazma 

çox mürəkkəb sistemdir. O, müxtəlif zülallardan, nuklein 

turşularından, yağlardan, karbohidratlardan, sudan və bir çox 

kiçikmolekullu üzvü birləşmələrdən və mineral duzlardan təşkil 

olunmuşdur.  

Protoplazmanın kimyəvi tərkibinin, quruluş  və funksi-

yasının öyrənilməsi  əsasında, onun aşağıdakı  əlamətləri 

müəyyən edilmişdir:  

1. Kimyəvi əlamət – sulu-duzlu mühitlə sıx əlaqə şəraitində 

fəaliyyət göstərə bilən spesifik liponukleoproteid kompleksi;  

2. Fiziki əlamət – həm hüceyrənin özünü, həm də onun 

ayrı-ayrı elementlərinin mürəkkəb tərtibatını yaradan polimer 

törəmələrinin spesifik xarakteri; 

3. Bioloji  əlamət – hüceyrə sistemində iki tip proseslərin – 

assimilyasiya və dissimilyasiyanın vəhdəti və fasiləsiz gedişi. 

Beləliklə, müasir təsəvvürlərə görə protoplazma dedikdə 

 

  «molekuldan böyük olan, müxtəlif quruluş elementləri  əmələ 



gətirən və fasiləsiz yeniləşmə istiqamətində duzlu məhlullarla 

sıx  əlaqə  şəraitində  fəaliyyət göstərən olduqca mürəkkəb 

liponukleoproteid kompleksi» başa düşülür. Bu tərifdə göründü-

yü kimi, protoplazmanın kimyəvi, fiziki və bioloji əlamətləri 

birləşdirilmişdir.  

Protoplazmanın quruluş elementlərinin təsnifatı  aşağıda 

sxem formasında göstərilmişdir.  

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



Bu təsnifat qəbul olunmuş  təsnifatdan bir qədər fərqlənir. 

Belə ki, əvvəlki təsnifata görə, hüceyrə nüvəsindən başqa, 

hüceyrənin bütün komponentləri sitoplazma adı altında 

birləşdirilmiş, mitoxondrilər isə sitoplazmanın orqanoidləri 

kimi nəzərdə tutulmuşdur. Lakin bu quruluş elementlərinin də 

nüvə kimi, xüsusi genetik aparatı  və plazması (matriksi) 

olduğundan, onları sitoplazmadan fərqləndirmək mümkün-dür.  

Protoplazmanın quruluş baxımından mürəkkəb təşkilinin 

öyrənilməsi, yalnız onun quruluş elementlərinin funksiyası ilə 

sıx  əlaqə  şəraitində mümkündür. Nəzərə almaq lazımdır ki, 

submikroskopik səviyyədə quruluşla funksiya arasında hədd 

мембранлар: плазмо-

лемма, тонопласт, ендо-

плазматик шябякя вя с. 

щиссяжикляр: 

диктиосомлар, 

ломасомлар вя 

ситоплазма-

тик матрикс 

нцвя, мито-

хондриляр 

ситоплаз-

ма

рибосом-

лар

щцжейря 

протоплазма 

вакуол 

Эюбяляк щцжей-



 

  silinir. 

Göbələk hüceyrəsinin  ən mühüm quruluş elementlərindən 

biri nüvədir. Nüvə aşağıdakı əsas funksiyaları yerinə yetirir: 1) 

genetik informasiyanın saxlanması; 2) informasiyanın 

hüceyrədən hüceyrəyə ötürülməsi; 3) informasion RNT-nin 

sintezi vasitəsilə informasiyanın sitoplazmaya verilməsi. 

Nüvənin  əsas komponenti xromosomlardır. Göbələk hü-

ceyrələrinin nüvəsində onların sayı  həmişə bir neçə olur 

(bakteriya hüceyrələrində isə xromosom yalnız birdir). Nüvədə, 

həmçinin nüvə  şirəsi – nukleoplazma da vardır və adətən bir 

ədəd nüvəciyə rast gəlinir. Nüvə, çox məsaməli və ikiqat 

membranla  əhatə olunmuşdur. Nüvə membranlarında həm 

məsamələrin sayı çox olur, həm də onların diametri kifayət 

qədər böyükdür. Özünün elektron-optiki xüsusiyyətinə görə 

homogen olan nüvə plazması (nukleoplazma və ya kariolimfa), 

sitoplazmatik matriksə oxşayır, lakin ondan sıxlığının 

böyüklüyünə  və daha güclü işıqsındırma qabiliyyətinə görə 

fərqlənir. 

Nüvənin daxilində nüvəcik yerləşir. Nüvəcik, yüksək 

dərəcədə  sıxlığa malik olan törəmədir. Bu da onun tərkibində 

suyun az olduğunu göstərir. Nüvəcik zülalın sintezində  və 

ribosomların əmələ gəlməsində də mühüm rol oynayır.  

Hüceyrə protoplazmasının mühüm quruluş elementlərindən 

biri də mitoxondrilərdir. Mitoxondrilərin də ikiqat membranı 

vardır: xarici və daxili. Daxili membranın quruluşu və 

xassələri, xaricinkindən fərqlənir. Belə ki, daxili membran 

borucuq və ya kristlər şəklində çıxıntılar əmələ gətirir. Özünün 

parametrlərinə görə xarici və daxili membranlar, elementar 

membrana müvafiq gəlir (qalınlığı 7 – 8 nm). Xarici membran 

tək quruluşuna görə yox, funksiyasına,  əsasən də daxili 

membrana oxşamır. Belə ki, xarici membran bir sıra maddələr 

üçün yaxşı keçirici olduğu halda, həmin maddələr daxili 

membrandan ya heç keçmir, ya da fəal mexanizm vasitəsilə 

keçir. Mitoxondrilərdə  tənəffüs dövrəsinin ferment sistemləri, 

 

  oksidləşdirici – fosforlaşma və Krebs tsikli (limonturşusu 



tsikli) komponentləri yerləşmişdir. Mitoxondrilər özlərinə xas 

olan DNT-yə malikdirlər (həlqəvi xromosom şəklində) və 

avtonom olaraq çoxala bilirlər. Oomisetlərdə 

və 


hifoxitriomisetlərdə mitoxondrilərin daxili quruluşu (kristlər) 

boruşəkilli (tubulyar), qalan tip göbələklərdə isə lövhəşəkilli 

(lamellyar) formadadır.  

Göbələk hüceyrəsinin plazması – sitoplazma mürəkkəb 

törəmə olub, sitoplazmatik matriksdən, hissəciklərdən və 

membran quruluşundan ibarətdir. Sitoplazmatik matriks, elek-

tron-optiki homogen sistem olub, sitoplazmanın  əsasını  təşkil 

edir.  İlk baxışda, matriksə zülalların kolloid məhlulları kimi 

baxmaq olar. Qlobulyar züllalar, sitoplazmada gedən mühüm 

metabolik prosesləri kataliz edir (məsələn, qlikolizi) sito-

plazmatik matriks hərəkət etmək qabiliyyətinə malikdir. Belə 

hərəkətə protoplazmanın bütün quruluş komponentləri də  cəlb 

olunur.  

Lakin hərəkət yalnız endoplazmaya xasdır (3 mm/dəq.), si-

toplazmanın  ən kənar nazik təbəqəsi – ektoplazması  hərəkət 

etmir. 


Hüceyrənin plazması və vakuolu arasında membran – tono-

plast yerləşir. Tonoplastla, plazmalemma (xarici membran) 

arasında isə endoplazmatik şəbəkə adlanan törəmə vardır. 

Göbələk hiflərinin böyümə zonasında endoplazmatik şəbəkə 

çoxlu sayda diktiosomlar əmələ gətirir ki, bunların da məcmuu 

Holci aparatı adlanır. Lakin göbələklərin heç də hamısında dik-

tiosomlar yaxşı görünmür. Göbələklərin  əksəriyyətində diktio-

somlar pəncəşəkilli, zigomisetlərdə isə düzgün olmayan həlqə 

formasındadır. Holci aparatı  təxminən 3-12 diskdən – Holci 

çənlərindən (sisternlər)  əmələ  gəlmişdir. Bu çənlər yan 

tərəflərdən çoxlu miqdarda qabarcıqlarla  əhatə olunur. Çənlər 

diktiosomun ancaq sekresiya hasil edən tərəfində yaranır və 

qabarcıqlar  əmələ  gəldikcə, onlar itir. Diktiosomun digər 

tərəfində (regenerativ) yeni çənlər yaranır. Diktiosomların 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə