Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə8/32
tarix17.01.2018
ölçüsü0,96 Mb.
#21523
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

 

  məhlulunda tezliklə  məhv olur. Lakin bunu mühitə digər 

duzları da əlavə etməklə aradan qaldırmaq mümkündür. 

İonların təsirinin qarşılıqlı surətdə  zəifləməsi onlarda an-

taqonizm hadisəsinə əsaslanır. 

 

2.1.2. Qida elementlərinin göbələklərdə fizioloji-biokimyəvi rolu  

Göbələk hüceyrəsi tərəfindən mənimsənilən kimyəvi ele-

mentlər, mühüm funksiyaların – tənəffüsün, böyümənin, inkiş-

afın, çoxalmanın və s. gedişində çox böyük rol oynayırlar. 

Biokimyəvi tədqiqatlar göstərdi ki, qida elementləri ilk 

növbədə, müxtəlif üzvi birləşmələrin tərkibinə daxil olur. 

Tərkibində mineral elementlər olan üzvi birləşmələr isə yeni 

xassələr kəsb edir, onların reaksiyaya girmək qabiliyyəti xeyli 

artır. Bu baxımdan, katalitik aktivliyə malik olan zülallar – 

fermentlər xüsusilə diqqəti cəlb edir. Tədqiqatlar göstərir ki

elektrolitlərin hüceyrəyə təsiri, onların protoplazmaya ion təsiri 

ilə əlaqədardır. Mineral elementlər, protoplazma kolloidlərinin 

hidrofilliyini dəyişir. Digər tərəfdən, mineral elementlər (metal-

lar) üzvi birləşmələrlə tsiklik quruluşlu komlekslər – xelatlar 

əmələ gətirir.  

Beləliklə  də, mineral elementlər bir sıra funksional 

sistemlərin quruluş komponenti olmaqla yanaşı, həm də fer-

ment sistemlərinin də ya tərkib hissəsinə daxil olur, ya onların 

kofaktoru rolunda iştirak edir. 

Göbələklərin böyümə  və inkişafı üçün zəruri olan 

elementləri plastik (hüceyrənin quruluşuna daxil olanlar), funk-

sional (maddələr mübadiləsində iştirak edənlər) və enerji daşıy-

ıcıları (P, S və s.) kimi mühüm qruplara bölürlər. Lakin qeyd 

etmək lazımdır ki, bu cür bölgü yalnız  şərti xarakter daşıyır. 

Belə ki, bir element iki və ya üç rolda çıxış edə bilər. 

Makroelementlərdən karbon, oksigen, azot və hidrogendən 

(orqanogen elementlər) sonra, göbələklərin böyümə və inkişafı 

üçün daha mühüm elementlər kükürd və fosfordur. 

Kükürd (S)  hüceyrələrin quruluşunda çox mühüm rol oy-

 

  nayır. O, zülalların tərkibinə kükürdlü aminturşuları şəklində 



daxil olur. Tərkibində kükürd olan aminturşularına: sisteini, 

sistini və metionini göstərmək olar. Bundan əlavə kükürd sulf-

hidril qruplu (-SH) birləşmələrin də  tərkibində  iştirak edir və 

onlar reduksiya zamanı hidrogen mənbəyi rolunu yerinə yetirir. 

Buna misal kimi, canlı orqanizmlərdə sisteinin sistinə 

çevrilməsi prosesini göstərmək olar. Bu halda sərbəst hidrogen 

alınır. 

   


    

       H


2

C – SH                               H

2

C   –   S    –   S   –  CH



             |                                               |                               | 

    2  HC – NH

2         

⎯ →


2



H

        


H C– NH

2

 



            

H

2



N -CH 

            |                                                |                               | 

           COOH                                    COOH                    COOH

 

         sistein                                                       sistin 



 

Kükürdlü birləşmələrin digər funksiyası, proteolitik 

fermentlərin aktivliyini stimullaşdıra bilməsidir. Ola bilsin ki, 

bu fermentlərin fəallaşması, HS – qruplu (sulfhidril) 

birləşmələrin hüceyrələrin bölünməsi prosesində  iştirak 

etmələri ilə də əlaqədardır. Sulfhidril birləşmələrə ən çox cavan 

– funksional cəhətdən aktiv hüceyrələrdə rast gəlinir. 

Orqanizmdəki zülalların köhnəlməsi (qocalması), onlarda HS – 

qruplarının disulfid (-s-s) körpücüklərinə çevrilməsilə izah ol-

unur. Göbələklərdə kükürd, yalnız reduksiya olunmuş haldadır, 

yəni hidrogen sulfidin törəməsi kimi əmələ  gəlir (H-S-H). 

Lakin bu elementin göbələklərdəki  əsas mənbəyini onun 

oksidləşmiş birləşmələri təşkil edir. Hüceyrədə olan və SO

2

4



 – 

ionu saxlayan sulfatlar, SO

2

3

 – ionu olan sulfitlər, sonradan 



göbələklərdə reduksiya olunurlar. 

S

H

SO

SO

e

e

2

6



2

3

2



2

4



⎯ →



⎯ →



+



+

 



Göbələklər üçün kükürdün qidalı mühitdəki miqdarı 0,01 və ya 

0,001% hüdudundadır. 



Fosfor (P) – ortofosfat turşusu  şəklində zülalların – nuk-


 

  leoproteidlərin tərkibinə daxil olur. Məlumdur ki, bu 

birləşmələr, canlı orqanizmlərdə irsi əlamətlərin nəslə  və ya 

hüceyrə daxilinə ötürülməsində iştirak edirlər. Bu halda sintez 

olunan zülallar, hər bir hüceyrənin ayrılmaz hissəsini təşkil 

edir. Fosforun digər mühüm rolu, onun şəkər mübadiləsində, 

daha doğrusu, tənəffüs və  qıcqırma zamanı fosforlaşma 

proseslərində 

iştirak etməsidir. Göbələklərdə fosfor, 

makroerqik birləşmələr formasında da rast gəlinir.  

Məlumdur ki, bu cür birləşmələr çox böyük miqdarda 

potensial enerji mənbəyi hesab olunurlar. Bunlara misal: piro – 

və metafosfatı (tri, tetra və heksamer metafosfatlar) göstərmək 

olar.  


    

    OH        OH                                             O 

     |             |                                                  || 

         O = O – O – P = O                                          P 

                 |            |                                                 ⁄    \ 

    O          O                  və ya                 O       O 

     |            |                                              |          | 

         O = P – O – P = O                              O = P –O– P = O 

     |            |                                              |          | 

    OH       OH                                         OH    OH 

 

Fosfor göbələklər tərəfindən yalnız fosfor turşusu və üzvi 



fosfatlar, ya da, fosfat efirləri şəklində mənimsənilir. 

Kalium (K) – göbələk hüceyrələrində  şəkər mübadiləsində 

iştirak edir. Bu element çatışmadıqda mübadilə prosesləri ok-

salat (quzuqulağı) turşusunun  əmələ  gəlməsi istiqamətinə 

yönəlir. Göbələk orqanizmində kalium çatışmadıqda onun 

mitselləri zülalların sintezinin pozulması sayəsində çox güclü 

şəkildə ammoniyak ayırmağa başlayır. Kalium, müəyyən 

dərəcədə natrium və berilliumla əvəz oluna bilər, lakin tam əvəz 

oluna bilmir. Belə ki, kaliumun əvəzinə natrium və ya berillium 

olduqda göbələklərin böyüməsi xeyli zəifləyir. Göbələklərin nor-

 

  mal böyüməsi üçün kaliumun miqdarı 40 – 150 mq/l olmalıdır 



(qidalı mühitdə).  

Maqnezium (Mg) – hüceyrədə  oksidləşmə proseslərinin 

getməsi üçün olduqca zəruri elementdir. Maqnezium, göbələk 

mitsellərində davamlı üzvi birləşmələr  əmələ  gətirmir. 

Göbələklərin böyüməsi üçün maqneziumun optimal konsentra-

siyası (qatılığı), fosforun optimal konsentrasiyası ilə  aşağıdakı 

kimi əlaqədardır: 

1- maqnezium ionuna (Mg

2+



≈ 36 fosfat ionu. 

Çox güman ki, bu maqneziumun tənəffüs və  qıcqırmada 

iştirak edən bir sıra fermentləri aktivləşdirməsilə  əlaqədardır. 

Digər tərəfdən, məlumdur ki, maqnezium pektin fermentlərinin 

aktivliyini zəiflədir. Bu cür zəiflətmə pH=4-5-də daha effek-

tivdir. Lakin pH=8-9 olduqda maqnezium pektinesterazaları 

aktivləşdirir. Maraqlıdır ki, maqnezium bəzi zəhərləri, məsələn, 

bor turşusunu neytrallaşdıra bilir. Bu güman olunur ki, ionlar 

arasındakı antaqonizmlə əlaqədardır. 

Kalsium (Ca) – göbələk külündə onun miqdarı bir neçə 

faizə, bəzi göbələklərdə isə, hətta 50%-ə çatır. Bu elementin 

göbələk mitsellərindəki miqdarı oksalat duzları formasında, 

xüsusilə daha çoxdur. Kalsium üzvi turşuların neytrallaşdırıcısı 

rolunu yerinə yetirir. Məlumdur ki, göbələklərin çoxu bu cür 

turşuları intensiv şəkildə  əmələ  gətirirlər.  Əvvəllər belə hesab 

edirdilər ki, göbələklərin kalsiuma ehtiyacı yoxdur, lakin sonra-

lar müəyyən edildi ki, kalsium olmadıqda göbələk mitsellərinin 

böyümə  və inkişafı  kəskin azalır. Hələlik kalsiumun 

göbələklərdə metabolizmə 

təsiri mexanizmi tam 

öyrənilməmişdir. Ola bilsin ki, o, hüceyrənin seçici (selektiv) 

adsorbsiyasına təsir etməklə, protoplazmanın keçiriciliyini 

azaldır.  



Mikroelementlər – o elementlərdir ki, orqanizmə onlar çox 

az miqdarda lazımdır. Bu elementlərin göbələklərdəki miqdarı 

0,3-0,02 mq/l-ə çatır.  Əvvəllər belə güman olunurdu ki

mikroelementlər də müxtəlif zəhərlər kimi aşağı dozalarda 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə