COOH COOH COOH
fosfoenolpiroüzüm enolpiroüzüm piroüzüm
turşusu turşusu turşusu (piruvat)
Hazırda sübut edilmişdir ki, qlikolizin ümumi sürəti, fosfofruk-
tokinazanın kataliz etdiyi reaksiyalarla məhdudlaşa bilir.
Qlikolizin əhəmiyyətini onun energetik effektivliyi baxı-
mından qiymətləndirmək düzgün hesab edilmir. Bu prosesdə,
tənəffüs substratında kəskin biokimyəvi dəyişikliklər baş verir
və prosesin sonunda kimyəvi cəhətdən fəal və labil
(mütəhərrik) metabolit-piroüzüm turşusu əmələ gəlir.
3.1.4. Qlikolizin son məhsullarının çevrilmə yolları.
Qıcqırma (anaerob tənəffüs)
Qlikolizin son məhsulu olan piroüzüm turşusunun sonrakı
çevrilməsi oksigenin iştirakı olmadan gedərsə (anaerob şəraitdə)
bu proses qıcqırma adlanır. Qıcqırmanın müxtəlif növləri vardır.
Həmin növlərin ilk mərhələsi – piroüzüm turşusunun əmələ
gəlməsinə qədərki mərhələ, qlikolizdəki kimidir. Qıcqırma
növləri arasındakı fərq, piroüzüm turşusu əmələ gələndən sonra
yaranır. Müxtəlif növ qıcqırmaların adları, həmin növlərdə ən
çox əmələ gələn məhsulun adı ilə adlanır.
Spirt qıcqırması.
Karbohidratların anaerob şəraitdə
çevrilməsindən alınan məhsullardan biri də spirtdir. Spirt qıc-
qırmasının xarakterik cəhəti odur ki, bu prosesi aparan
orqanizmlər (məsələn, maya göbələkləri), anaerob şəraitdə ak-
tivliyini saxlayan, piroüzüm turşusunun dekarboksilaza fer-
mentinə malik olurlar. Bu fermentin təsiri ilə piroüzüm tur-
şusundan CO
2
qoparılır və nəticədə sirkə aldehidi alınır. Sirkə
aldehidi isə, reduksiya olunmuş NAD-dakı hidrogenin aksep-
toru rolunu oynayır.
CH
3
CH
3
|
dekarboksilaza
|
CO
- CO
2
|
COOH sirkə aldehidi
piroüzüm turşusu (asetoaldehid)
CH
3
CH
3
|
alkoqoldehidrogenaza
|
+ NAD·H+H
+
CH
2
OH + NAD
+
sirkə aldehidi etil spirti (etanol)
Spirt qıcqırmasının ümumi reaksiyasını aşağıdakı kimi
yazmaq olar:
C
6
H
12
O
6
+2H
3
PO
4
+2ADP
→ 2C
2
H
5
OH+2CO
2
+2ATP
∆G
0
=-56kkal/mol.
Maya göbələkləri (Saccharomyces cerevisiae – pivə mayası,
Saccharomyces ellipsoideus – şərab mayası) həmçinin də bak-
teriyalar (Pseudomas lindneri), spirt sənayesində və şərabçılıqda
mühüm rol oynayır. Mono və disaxaridlərdən fərqli olaraq
nişasta (polisaxarid) qıcqırmır. Buna görə də, pivə və
şərabçılıqda, adətən, arpa cücərtilərindən hazırlanmış səmənidən
istifadə edilir. Səmənidəki amilazanın təsiri ilə nişasta
maltozayadək hidroliz edilir. Sonradan isə maltoza qlükozaya
çevrilib, maya hüceyrələri tərəfindən qıcqırma prosesinə sərf ol-
unur. Spirt qıcqırmasının əlavə məhsulları kimi: qliserin, sirkə,
limon və kəhrəba turşuları, aseton və s. alınır.
Spirt qıcqırmasının dəyişilmiş forması (normal spirt qıc-
qırmasından fərqli olaraq). Neyberq qıcqırmasının ikinci for-
ması adlanır.
CH
2
OPO
3
H
2
CH
2
OH
|
+HOH
|
CH
2
OPO
3
H
2
CHOH
-H
3
PO
4
CHOH
| | |
C
6
H
12
O
6
→
2
CHOH CH
2
OH CH
2
OH
|
qliserin
COH CH
2
OPO
3
H
2
CH
3
| |
CHOH + CO
2
|
-H
3
PO
4