Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix17.01.2018
ölçüsü0,96 Mb.
#21523
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   32

 

  fizioloji funksiyalarla müəyyən edilir.  

Göbələklərin fizioloji xassələrinin, xüsusilə də, qidalanma-

larına aid nəticələrin, XIX əsrin ikinci yarısından başla-yaraq 

(L.Pasterin və başqalarının işləri) toplanmasına baxmayaraq, 

onların müasir fiziologiyası,  əsas etibarilə, XX əsrin ikinci 

yarısından daha sürətlə inkişafa başlamışdır. Bunun başlıca 

səbəbi, hər  şeydən  əvvəl, biotexnoloji sənayenin inkişafı, 

həmçinin də göbələk xəstəliklərinin daha ətraflı öyrənilməsinə 

olan zərurətdən irəli gəlir. Belə ki, göbələklərdən istifadə 

etməklə, üzvi turşuların biosintezi, vitamin və digər preparat-

ların alınması, bəzi  ərzaq məhsullarının hazırlanması, 

antibiotiklərin istehsalı  və s. üzrə güclü sənaye sahələrinin 

yaradılması üçün əlverişli imkan yarandı. Bütün bu 

problemlərin uğurlu həlli, göbələklərin fiziologiyasının 

dərindən öyrənilməsini tələb edir. Digər tərəfdən, fizioloji, bio-

kimyəvi, genetik və seleksiya sahəsindəki tədqiqatlar

göbələklərdə maddələr mübadiləsini arzu olunan istiqamətə 

yönəltməyə  də imkan verir ki, bunun da sayəsində daha 

məhsuldar növlər yaratmaq mümkün olur.  

Beləliklə, göbələklərin fiziologiyası, elmi biliklərin çox 

geniş sahəsini  əhatə edir. Göbələklərin fiziologiyasında  ən 

mühüm problem bu orqanizmlərdə maddələr mübadiləsinin 

ətraflı öyrənilməsidir. Göbələklərin böyüməsi və inkişafı, qi-

dalanması, çoxalması,  su  rejimi və s. qarşıya qoyulan prob-

lemlərdəndir. Artıq indi göbələklərin fiziologiyasını, digər 

bioloji fənnlər sırasına qaldırmağın vaxtı çatmışdır. 

Beləliklə  də, mikologiyanın morfoloji, ekoloji və fizioloji 

aspektlərinin qarşılıqlı  əlaqə prinsipi təcrübi işlər üçün də 

böyük əhəmiyyət kəsb edir.  

 

 

 



 

 

 



I  FƏSİL 

 

GÖBƏLƏKLƏRİN HÜCEYRƏVİ QURULUŞU   

VƏ YÜKSƏKMOLEKULLU KOMPONENTLƏRİ 

 

 

1.1. Göbələk  hüceyrəsinin quruluşu və funksiyası 

 

Göbələk hüceyrələri çox müxtəlif görkəmdə olmalarına 



baxmayaraq, əsas quruluşları, xüsusilə də, hüceyrə orqanoidləri 

səviyyəsində bir-birlərinə çox oxşardır (şəkil 1). Bu xüsusiyyət, 

nəinki göbələklər, həm də eukariotların  əksəriyyəti üçün də 

səciyyəvidir. Bununla belə, hüceyrələrin təşkilində ayrı-ayrı 

göbələk taksonları arasında müəyyən fərqlər də  aşkar olunur. 

Əksər göbələklərin hüceyrələri qalınlığı adətən 0,2 mkm-ə 

qədər olan və yaxşı görünən qılafa (hüceyrə divarına) malikdir. 

Hüceyrə quruluşunun öyrənilməsinə onun qılafından başlam-

ağın  əsas səbəblərindən biri də, onun ilk «hüceyrə» quruluşu 

kimi hələ 1665-ci ildə R.Huk tərəfindən aşkar edilməsi və 

hazırda  ən çox öyrənilmiş sitoloji obyekt olmasıdır. Qılaf özü 

bir neçə  təbəqədən ibarətdir. Onun xarici (birinci) təbəqəsi 

amorf xassəyə malikdir, daxili təbəqələri isə müəyyən qaydada 

səmtlənmiş və matriksin içərisində yerləşmiş mikrofibrillərdən 

təşkil olunmuşdur. Bəzən göbələk hüceyrəsinin qılafı daha 

mürəkkəb quruluşda olur. Belə ki, neyrosporlarda – (Neuro-

spora), qılaf yaxşı diferensasiya etmiş dörd təbəqədən ibarətdir.  

Onu da qeyd etmək lazımdır ki, hüceyrənin böyümə və ink-

işafı zamanı  qılaf həmişə genişlənir və  dəyişikliyə  uğrayır. 

Qılaf mahiyyətcə ekskretor orqanoid olub, paraplazmaya aiddir

lakin özündə ferment və digər bioloji aktivliyə malik olan 

maddələri də saxlaya bilir. Odur ki, şəraitdən asılı olaraq, qılaf 

yenidən maddələr mübadiləsində iştirak etməyə qabildir. Qonşu  

hüceyrələrin,  həmçinin  də,  hüceyrədaxili turqor təzyiqinin 

(hidrostatik təzyiq) təsiri altında qılaf göbələk hüceyrəsinə 



 

  konkret forma verir və onun quruluşca sabitliyini və 

müstəqilliyini müəyyən edir.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1.    Göbələk hüceyrəsinin quruluş sxemi: 

R – ribosomlar; HA - holci apparatı; LS - lomasomlar; SM – si-

toplazmatik membran; NM - nüvə membranı; N – nüvə; HQ – hü-

ceyrə  qılafı; S – sitoplazma; M – mitoxondrilər; EŞ - endo-

plazmatik şəbəkə. 

 

Göbələk hüceyrəsi qılafının 80 – 90%-ə  qədəri zülal və 



lipidlərlə birləşmiş polisaxaridlərdən ibarətdir. Bundan başqa, 

 

  qılafın tərkibinə polifosfatlar, piqmentlər (məsələn, 



melaninlər) və digər maddələr də daxil olur. Qılafın 

təbəqələrindəki mikrofibrilyar komponentlər kimyəvi tərkibinə 

görə sellüloza və ya xitindən təşkil olunur. Maya göbələklərinin 

çoxunda qılafın mikrofibrilləri sellülozadan fərqli olaraq

qlükan və mannandan ibarət olur. Qılafın amorf matriksi isə 

əsas etibarilə qlükanlardan əmələ gəlir. 

Qılafın polisaxarid tərkibi, göbələklərin iri taksonomik qru-

plarının nümayəndələri üçün səciyyəvidir (cədvəl 1). 

 

 

Cədvəl 1  



Qılafın polisaxarid tərkibi və onun göbələklərdə yayılması 

 

Polisaxaridlər 

(əsas komponentlər) 

Əlavə mühüm  

monomerlər 

Taksonlar 

Sellüloza – qlükan 

Sellüloza – xitin 

Xitin - xitozan 

Fukoza, qlükozamin 

qlükuron turşusu 

Oomisetlər 

Hifoxitriomisetlər 

Mucorales  (Ziqomisetlər) 

Xitin - qlükan  

Qlükan-mannan 

 

Qalaktoza, 



 qalaktozamin fukoza 

Xitridiomisetlər,  

Entomophthorales 

 (Ziqomisetlər),  

Askomisetlər 

Xitin– qlükan 

Xitin - Mannan 

Ksiloza 


Fukoza 

 

Bazidiomisetlər, 



Endomisetlər  

Sporobolomycetaceae 

 

1-ci cədvəldən göründüyü kimi, Oomisetlərdə  qılafın  əsas 



komponentləri – sellüloza-qlükan; Hifoxitriomisetlərdə – 

sellüloza və xitin; ziqomisetlərdə – xitin və xitozan; 

xitridiomitsetlərdə – xitin və qlükan; Bazidiomisetlərdə  və 

digərlərində isə xitin və qlükan olur.  

Həm ali, həm də ibtidai göbələklərin çoxunda qılaf bəzən 

kutinləşir. Qılafda liqnin və suberinin olması faktı hələlik tam 

aydınlaşdırılmamışdır. Maraqlıdır ki, hif əmələ  gətirməyən 

miksomisetlərdə  qılaf yalnız sükunət və reproduktiv 

mərhələlərdə əmələ gəlir. 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə