Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə14/32
tarix17.01.2018
ölçüsü0,96 Mb.
#21523
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   32

 

  genazalar, hüceyrədə bir-birilə aralıq daşıyıcılar vasitəsilə 

əlaqə yaradır, bununla da, hüceyrələrdə anaerob şəraitdə 

oksidləşmə  və reduksiya reaksiyalarının getməsi üçün imkan 

yaranır. 

Aerob dehidrogenazaları (flavin oksidazaları) tənəffüs sub-

stratının hidrogenini (elektronları) bilavasitə oksigenə verirlər. 

Aerob dehidrogenazaların  əksəriyyətinin prostetik qrupları, 

flavinadenindinukleotiddən (FAD), ancaq bəzilərininki isə, 

flavinmononukleotiddən (FMN) ibarətdir. Flavin fermentləri iki 

böyük qrupa bölünür: 1) metalflavoproteidlər; 2) tərkibində 

metal olmayan flavoproteidlər. 

Adətən, flavin fermentləri tənəffüs substratından iki atom  

hidrogen qoparır və  iminbirləşmə əmələ  gətirir. Sonradan su-

yun iştirakı ilə  həmin birləşmə spontan (öz-özünə) olaraq 

müvafiq ketoturşulara və ya aldehidlərə çevrilir. 

Diqqəti cəlb edən  əsas faktorlardan biri də odur ki, aerob 

dehidrogenazaların təsiri altında hidrogen – peroksid (H

2

O

2



əmələ  gəlir ki, bu da sonradan peroksidaza və ya katalaza 

tərəfindən parçalanır. 

Oksigeni fəallaşdıran fermentlər – oksidazalar 

tərkiblərindəki metalın təbiətindən asılı olaraq iki yarımqrupa 

bölünür: 1) dəmir proteidlər; 2) mis proteidlər. 

Terminal (sonuncu) oksidazaların böyük bir qrupu dəmir 

proteidlərdən ibarətdir. Dəmir proteidlər, ikikomponentli 

katalitik birləşmələr olub, prostetik qrupları dəmir – porfirindən 

əmələ gəlir. Dəmir – proteidlərə sitoxromlar, katalaza, peroksi-

daza və s.. aid edilir. Terminal oksidaza fermentləri qrupunda 

misproteidlər olduqca mühüm əhəmiyyətə malikdir. Bu qrupun 

nümayəndələrindən polifenoloksidazaları, askorbinoksidazanı 

və s. göstərmək olar. 



 

3.1.3. Qlikoliz prosesi (karbohidratların çevrilməsinin Em-

den – Meyerhof – Parnas yolu). Anaerob oksidləşmə 

Qlikoliz prosesinin öyrənilməsində, xüsusilə mühüm rol 

 

  oynayan tədqiqatçılardan Emden, Meyerhofun və Parnasın 



xidmətlərini nəzərə alaraq, çox hallarda qlikolizi Emden – 

Meyerhof – Parnas yolu da adlandırırlar. Müəyyən edilmişdir 

ki, qıcqırma zamanı anaerob parçalanmaya, heksozanın sərbəst 

molekulu deyil, onun əvvəlcədən  əmələ  gəlmiş fosfor efiri 

məruz qalır. 

Tənəffüsün anaerob mərhələsinin  əhəmiyyəti ondadır ki, bu-

rada heksoza molekulunun kimyəvi cəhətdən  ətalətliyi aradan 

qaldırılır və o, fəal hala düşür. Fəallaşma prosesi tədricən həyata 

keçirilir və bir sıra ardıcıl mərhələlərdən ibarət olur. Bu mərhələlər 

müvafiq fermentlər tərəfindən kataliz edilir. 

Göbələklərin  əksəriyyətində karbonun metabolizmi ümumi 

sxem üzrə gedir və bu baxımdan digər orqanizmlərdəkinə, hətta 

heyvanlardakına da oxşayır. Bu cür mübadilənin ilk dövrləri 

maya göbələklərində daha ətraflı öyrənilmişdir və bunu aşağı-

dakı ardıcıllıqla ifadə etmək olar.  

1. Bu mərhələdə qlükoza molekulunun reaksiyaya girmək 

qabiliyyətinin artması, onun fosfor efirinin əmələ  gəlməsi ilə 

əlaqədardır. Bu proses, heksokinaza fermenti vasitəsilə kataliz 

olunur. 

                                                           

 

 

 



 

            qlükoza                                              qlükoza-6-fosfat 

 

Bu reaksiyada fosfor turşusu mənbəyini ATP təşkil edir. 



Özünün fosfat qruplarından birini qlükozaya verərək ATP

ADP-yə çevrilir, qlükozadakı fosfor qrupu isə hidroksil qrupu 

ilə 6-cı karbon atomunda efir rabitəsini əmələ gətirir (Robinson 

efiri). 


2. Qlükoza-6-fosfat və ya Robinson efiri, sonradan frukto-

furonaza-6-fosfata çevrilir. 

 



 

 

   



 

 

 



 

        

qlükoza-6-fosfat                                  fruktozo-6-fosfat 

 

3. Heksozanın sonrakı  fəallaşması, fruktozo-6-fosfatın, 



fruktozo-1,6-difosfata çevrilməsi ilə bağlıdır və proses, Mg

2+

 



ionlarının iştirakı ilə fosfofruktokinaza fermenti vasitəsilə 

kataliz olunur.  

 

 

 



 

 

 



       fruktozo-6-fosfat                                      fruktozo-1,6-difosfat 

 

4.  Əmələ  gələn fruktozo-1,6-difosfat aldolaza fermentinin 



köməyilə iki fosfotriozaya: fosfodioksiasetona və 3-

fosfoqliserin aldehidinə parçalanır. 

 

 

 



 

 

       



       

fruktozo-1,6-difosfat                     fosfodioksi-aseton   3-fosfoqliserin  

             

 

 

 

 

 

aldehidi 

 

Beləliklə, hər bir qlükoza molekulunun fəallaşması və onun 



daha tez reaksiyaya girmək qabiliyyətinə malik olan iki üçkar-

bonlu birləşməyə ayrılması prosesi iki ATP molekulunun ol-

ması ilə həyata keçir. 

5. Qlikolitik parçalanmanın sonrakı prosesində yalnız fos-

 

  foqliserin aldehidi iştirak edir. Ona görə ki, hüceyrədə spesifik 



fosfotriozoizomeraza fermentinin təsiri altında fosfodioksiase-

ton tamamilə fosfoqliserin aldehidinə çevrilir. Beləliklə də, qlüko-

zanın hüceyrələrdə tamamilə istifadə olunmasına imkan 

yaranır.  

 

 

 



CH

2

OPO



3

H

2



                                         CH

2

OPO



3

H



 |                       

fosfotriozoizomeraza        

C=O                                                      CHOH 



 |                                                              | 

CH

2



OH                                                 COH 

     

fosfodioksiaseton                                  3-fosfoqliserin  

                                                                         aldehidi 

 

6. Qlikolizin sonrakı  mərhələsi, 3-fosfoqliserin aldehidinin 

1,3-difosfoqliserin turşusuna çevrilməsindən ibarətdir. Bu reak-

siya, qlikolitik oksidləşmə-reduksiya reaksiyası adlanır və bir 

neçə  mərhələdə gedir. Əvvəlcə, 3-fosfoqliserin aldehidi – SH 

qrupu vasitəsilə dehidrogenaza fermentinin zülalındakı polipep-

tid zənciri ilə qarşılıqlı əlaqəyə girir.  

           CH

2

OPO


3

H

2



  

 

 



 

   CH


2

OPO


3

H

2



 

          

|   

 

 



 

 

    | 



     

2  


 CHOH        +   

HS             NAD

+

             



2

 CHOH 


            |                          dehidrogeneza                  |               

           COH                                                             C=O 

     |             

NAD·H


 

     S – 

dehidrogenaza 

    


3-fosfoqliserin aldehidi                             asilmerkaptan kom-

pleksi 

 

Asilmerkaptan kompleksi olan difosfopiridinnukleotid artıq 

oksidləşmiş deyil, reduksiya olunmuş  vəziyyətdədir. Enerji ilə 

zəngin olan C~S rabitəsi davamsız olduğundan fosfor tur-

şusunun iştirakı ilə spontan olaraq parçalanır. 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə