Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə22/32
tarix17.01.2018
ölçüsü0,96 Mb.
#21523
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

 

 

Ağac cinslərində parazitlik edən və oduncağı çürüdən 



göbələklər arasında, fenollu maddələri oksidləşdirən fermentlər 

– polifenoloksidaza və lakkaza geniş yayılmışdır. Buradan da 

belə  nəticəyə  gəlmək olar ki, göbələk sporlarında terminal 

oksidləşmənin polifenol-polifenoloksidaza sistemi vasitəsilə 

alternativ yolu da mövcud ola bilər. Bununla yanaşı, Fusarium 

lini, Verticillum alboatrum və s. göbələklər fenolları və askor-

bin turşusunu oksidləşdirə bilmirlər. Bəzi göbələklərdə isə, fla-

vin oksidazaları – qlükozoksidaza və 

l

– aminturşuları, 



həmçinin də, d – aminturşularının oksidazaları aşkar edilmişdir. 

Buğdanın gövdəsində pas xəstəliyi  əmələ  gətirən göbələklərin 

sporlarında tənəffüsün aktivliyini təmin edən sistemlər sianidə 

qarşı (ingibitora) həssas deyildir. Belə ki, Botrytis cinerea

sianidin iştirakı ilə müxtəlif aminturşularını oksidləşdirə bilir. 

Bir sıra ibtidai göbələklərin oksidləşmə sistemində per-

oksidaza da iştirak edir. Belə ki, ağacçürüdən basidiomukot-

ların 100-dən çox öyrənilmiş növlərinin 12%-də peroksidaz ak-

tivliyinin olması müəyyən edilmişdir. 

Göbələklərin patogenliyi ilə onların peroksidaz aktivliyi aras-

ında müsbət korrelyasiyanın olması da aşkar olunmuşdur. 

Beləliklə  də, göbələklərin yüksək dərəcədə plastikliyi və 

uyğunlaşma qabiliyyəti, onların ferment sistemləri (oksidləşmə-

reduksiya) və metabolizmin xarakteri ilə əlaqədardır.  



 

 

3.2. Göbələklərdə azotlu maddələrin metabolizmi 

 

Mövcud olan bəzi məlumatlara görə göbələk mitsellərində 

aminturşularının sintezi, karbon mənbəyi kimi istifadə olunan 

şəkərlərdə üçüncü və dördüncü karbon atomları assimmetrik 

olduqda daha yaxşı həyata keçirilir. Göbələklərdə ilk sintez olu-

nan aminturşuları ilə, sonradan sintez olunan aminturşuları bir-

birindən fərqlənir. Belə ki, ikincilər, birincilərin əsasında əmələ 

gəlir. Staynberq, adları  çəkilən 7 aminturşusunun Asperqillus 

 

  niqer tərəfindən daha yaxşı  mənimsənildiyini göstərmişdir. 



Bunlara: alanin, arginin, asparagin turşusu, qlütamin turşusu, 

qlisin, prolin və oksiprolini aid edirlər. Bu aminturşuları ilkin 

sintez olunan aminturşuları hesab olunurlar. Dikarbon üzvi turşu-

ları, ammoniuma nisbətən bəzi aminturşularının 

mənimsənilməsinə daha yaxşı  təsir edirlər. Aminturşularının 

sintezi, Krebs tsiklindəki turşuların, o cümlədən, 



α

-ketoqlütar 

turşusunun, aminləşərək, qlütamin turşusuna çevrilməsi kimi 

həyata keçirilir. 

 

                COOH                                                COOH   



                 |                                                            |                            

                CH

2

                               



 

                      CH

2

     


                 |                                                            |  

 

                CH



2

    +NH


3

  +  2H


+

                          CH

2

  + H


2

                 |                                                            | 



                CO                                                       CHNH

2

 



                 |  

                  

                                          | 

  

  



              COOH                                                 COOH  

        α-ketoqlütar turşusu                         qlütamin turşusu     

 

Qeyd etmək lazımdır ki, həm qlikolitik parçalanmada, həm 



də Krebs tsiklinin gedişində əmələ gələn ketoturşular xüsusi yer 

tutur. Həmin turşular aminləşərək müvafiq aminturşularına 

çevrilir və amidlərin, ümumiyyətlə, zülalların metabolizmində 

son dərəcə böyük rol oynayır. Aşağıdakı 7-ci cədvəldə amin-

turşularının Krebs tsiklindəki ayrı-ayrı  mərhələlərlə  əlaqəsi 

göstərilmişdir.  

Zülalların parçalanma məhsulları – aminturşuları da Krebs 

tsiklinə müəyyən mərhələlərdə daxil olur. Məsələn, asetil – 

K

0

A, 



α

-ketoqlütar, oksalat-sirkə  və ya fumar turşuları 

səviyyələrini göstərmək olar. 

Göbələklərdə aminturşularının sintezini, penisillinin əmələ 

gəlməsində  aşkar etmək olar. Penicillum göbələyinin 

mitsellərinin inkişafının ilk dövrlərində aminturşularının bir 




 

  qismi zülalların tərkibinə daxil olmur və əksinə, xarici mühitə 

ifraz olunur. Bu zaman mühitdə, məhz qlütamin turşusu aşkar 

edilir.  İkinci dolayı sübut, qlütamin turşusunun Penicillum 

chrysoqenium göbələyində oksidləşərək 

α

-ketoqlütar turşusuna 

çevrilməsidir. Göbələklər tərəfindən aminturşularından istifadə 

olunması, görünür, dezaminləşmə yolu ilə baş verir ki, bu da 

aşağıdakı kimi ifadə oluna bilər.  

 

Cədvəl 7 

Bir sıra aminturşularının  

Krebs tsiklinin mərhələləri ilə əlaqəsi 

Amin turşusu 

Krebs tsiklinin müvafiq  

mərhələsi 



Asparagin turşusu - -  - - - - - - -  

oksalat-sirkə turşusu 











n



fenilalani

tirozin

triptofan

sistein

serin

ley

qli

sin


sin

- - - - - - - - - - - - -  

  

 

 



 

 

asetil – K



0







histidin

prolin

ornitin

inin

arg


- - - - - - - - - - - - - - - -  

 

 



α

-ketoqlütar turşusu 





n

fenilalani

tirozin

- - - - - - - - - - - - -  

 

fumar turşusu 



 

1) Oksiturşuların  əmələ  gəlməsilə gedən hidrolitik 

dezaminləşmə 

R-CHNH


2

-COOH+H


2

O → R-CHOH-COOH+NH

3

 

2) Hidroliz və dekarboksilləşmə (spirtlərin alınması ilə) 



vasitəsilə gedən dezaminləşmə 

 

 



R-CHNH

2

-COOH+H



2

O → R-CH


2

OH+CO


2

+NH


3

 

Buna aid misal kimi, spirt qıcqırması zamanı əlavə məhsul 



olaraq izo-allil spirtinin əmələ gəlməsini göstərmək olar.  

 

CH



                                                        CH

3

 

    CH-CH



2

-CHNH


2

-COOH+H


2

O→         CH-CH

2

-CH


2

-OH+CO


2

+NH


3

 

CH



3

  

 



 

 

   CH



3

 

leysin                                          izo-allil spirti 

 

3) 


α

 – ketoturşuların alınması ilə gedən oksidləşdirici 

dezaminləşmə 

R - CHNH


- COOH + 

½

O

2



   →   R -CO - COOH + NH

3

 



Burada, aminturşusundan, 

α

 – ketoturşu alınır.  

Başqa bir misalda: 

 CH


                                                     CH

3

 

       CH-CH



2

-CHNH


2

-COOH+


½

O

2



  

   →


 CH-CH

2

-CO-COOH+NH



3

 

CH



3

  

 



 

 

      CH





                    leysin                                 α – ketoizokapron turşusu 

Hidroliz zamanı spirtlərin aminləşməsi və  həm də 

dekarboksilləşmənin getməsi nəticəsində artıq başqa amintur-

şusu alınır. Bu aminturşusunda karbon atomlarının sayı az olur. 



α

 – ketoturşuların reduksiya olunması yolu ilə oksiturşular alına 

bilər.  

      R - CO - COOH + 2H

+

   →    R - CHOH - COOH 



 

Bu proseslərin çox böyük əhəmiyyəti vardır. Belə ki, belə 

yollarla orqanizmlər tərəfindən aminturşularının sintezi həyata 

keçirilə bilir. Aminturşularının sintezi, göründüyü kimi, 

oksidləşdirici dezaminləşmənin əksinə olan qaydada baş verir. 

R - CO - COOH + NH

3

 + H


 R - CHNH



2

 - COOH + H

2



 



İkinci aminturşuların (ilk aminturşuları yox) sintezi, 

yenidənaminləşmə (təkraraminləşmə) reaksiyaları vasitəislə 

həyata keçirilir. 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə