Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə20/32
tarix17.01.2018
ölçüsü0,96 Mb.
#21523
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   32

 

  oksidləşmə sürətilə əlaqədardır. Qlikoliz prosesi zəifləyən və 

ya pozulan hallarda, heksozomonofosfat tsikli fəallaşır, yaxud 

əksinə, heksozomonofosfat yolunun zəifləməsi, qlükozanın 

qlikolitik oksidləşməsini sürələndirir. 

 

 



 

 

 



 

 

 



C

6

-heksozofosfat,  

 

 C

5

-pentozofosfat

 

 



Heksozaların oksidləşməsinə görə, qlikolizlə heksozomon-

ofosfat tsikli, alternativ yollar olmalarına baxmayaraq, onların 

ümumi xüsusiyyətləri də vardır. Məsələn, qeyri-üzvi fosfat və 

ADP çatışmadıqda  hər  iki  prosesin sürəti  xeyli  azalır, başqa 

sözlə  hər iki sistem Krebtri effektinə malik olur (qlükozanın 

sistemə daxil edilməsi zamanı, ADP və qeyri-üzvi fosfat çatış-

madıqda tənəffüsün pozulması). 

Heterotraf orqanizmlərdə, o cümlədən, göbələklərdə hek-

sozomonofosfat oksidləşmə yolu, hüceyrədə pentozların (ri-

bozo-5-fosfat)  əmələ  gəlməsinin yeganə  mənbəyidir. 

Məlumdur ki, bu pentozlar nuklein turşularının və müxtəlif 

nukleotidlərin sintezi üçün lazımdır (məsələn, piridin və flavin 

nukleotidləri, adenil sistemi və s.). Beləliklə də, heksozomono-

fosfat tsikli hüceyrədə  həm plastik, həm də energetik 

mübadilədə çox böyük əhəmiyyətə malikdir. 

Hüceyrədə bioloji oksidləşmənin alternativ yollarından biri 

də qlükozanın, 6-fosfoqlükonat vasitəsilə Etner-Dudorov tsikli 

ilə oksidləşməsidir. Bu oksidləşmə yolu, bir çox 

mikroorqanizmlərdə qlikolitik və heksozomonofosfat yolları 

iştirak etmədikdə, xüsusilə mühüm rol oynayır. Məsələn, Til-

letia caries göbələyində qlükozanın oksidləşməsinin yeganə 

yolu Etner-Dudorov tsiklidir. Bu prosesi qısa şəkildə aşağıdakı 

 

  kimi yazmaq olar. 



            O                               O                          O                      O 

            ||                                ||                           ||                        ||                                             

           COH                         COH                    COH                  CH                                         

            |              

NADP  

       |                            |                         |                       



        HCOH                

          CO  

                      CO        +       HCOH 

            |                                 |                            |                         | 

      HOCH                          CH

2

                     CH



3

                   CH

2

OPO


3

H

2    



   

            |                                 |               piroüzüm turşusu       fosfoqliserin  



        HCOH                       HCOH                                               aldehidi 

            |                                 |                 - CO

2

                     



        HCOH                       HCOH 

            |                                  | 

           CH

2

OPO



3

H

2                  



CH

2

OPO



3

H

2                                  



O 

     6-fosfoqlükonat           2-ketodioksi                          || 

 fosfoqlükonat                        CH 

      

     CH

      | 



 HCOH 

      | 


  HCOH 

      | 


                                                                                  

         

CH

2

OPO



3

H



Dezoksiriboza 

Mövcud olan məlumatlara görə, göbələklərin tənəffüs pro-

sesində qlikolitik yol, digər alternativ yollara nisbətən üstünlük 

təşkil edir. Qlükozanın oksidləşməsinin heksozomonofosfat 

yolu da göbələklərdə qlikolitik yoldan geri qalır (cədvəl 4).  

Cədvəl 4  

Göbələklərdə qlükozanın oksidləşməsinin  

alternativ yollarının nisbəti 

Göbələk Qlikoliti

k % 

Heksozom


omofosfat

Etner-


Dudoro

Ədəbiyyat  



mənbəyi 

Asperqillus niqer..... 

78 

— 

— 



Shu et al. 1954 

Caldariomyces fumaqo 

— 

35 


65 

Ramachandran a 

Gottlieb, 1953 

Claviceps purpurea 

90-96 

10-4 


— 

Mc Donald et al. 

1960 

Fusarium 



lini 

83 17 — 


Heath et al, 1956 


 

 

Melampsora 



lini 

62 38 — 


Williams et al, 1968

Penicillium chrysoqenium 

56-70 

46-30 


— 

Lewis et al, 1954 

Penicillium diqitatum 

77-83 


23-17 

— 

Wanq et al, 1958 



Rhizopus oryzae 

100 


— 

— 

Gibbs a Gastel, 



1953 

Tilletia caries (mitselləri) 66 34 — 

Newburq a  

Cheldelin, 1958 

Tilletia caries (sporları) — 

— 

100 



Newburq a  

Cheldelin, 1958 

Tilletia contraversa 

 (sporları) 

33 67 — 

Newburq a  

Cheldelin, 1959 

Ustilago 

maydis 

— 100 — 


Mc. Kinsey, 1964 

Verticillium 

alboatrum  48 52 — 

Brandt a Wanq, 

1960 

 

Göbələklərdə tənəffüs prosesində qlükozanın çevrilməsinin 



bu və ya digər yolu ştammın fərdi xüsusiyyətlərindən də 

asılıdır. Məsələn, avirulent ştamm olan Fusarium oxysporum – 

da  əsas oksidləşmə yolu heksozomonofosfat olduğu halda, bu 

göbələyin virulent  ştammında isə, həm qlikolitik, həm də 

heksozomonofosfat yolu eyni dərəcədə  iştirak edir. 

Karbohidratların oksidləşməsinin müxtəlif yollarının nisbəti, 

göbələklərin həyat tsikli ərzində  də  dəyişilə bilər. Məsələn, 

Asperqillus niqer göbələyinin inkişafının ilk mərhələlərində 

(ikigünlük) qlükozanın oksidləşməsinin heksozomonofosfat 

yolu üstünlük təşkil edirsə, həmin göbələyin sporəmələgəlmə 

dövründə isə üstünlük qlikolitik yola keçir. Bəzi göbələklərin 

mitsellərində qlioksalat tsiklinə aid fermentlər – izositratliaza 

və malatsintetaza aşkar edilmişdir. 

Qlikoliz nəticəsində  əmələ  gələn piroüzüm turşusu 

(piruvat), Krebs tsikli vasitəsilə çevrilməyə  məruz qalır, lakin 

bu cür oksidləşmə yolu göbələklərin heç də hamısında üstünlük 

təşkil etmir. Krebs tsiklinə  məxsus oksidləşmə (aerob 

oksidləşmənin  əsas yolu) müxtəlif  şöbələrə aid göbələklərdə 

müəyyən olunmuşdur (cədvəl 5). 

 

 



 

Cədvəl 5 

Krebs tsikli aşkar olunan göbələklərin əsas nümayəndələri 

Şöbələr Göbələklər 

Oomycota 

Phytophthora infestans, Pythium və s. 

Ascomycota 

Claviceps purpurea, Gibberella zeae,  

Monilinia fructicola və s. 

Basidiomycota 

Merillius, Polyporus palustris, Uromyces ap-

pendiculatus, Ustilaqo maydis və s. 

Deuteromycota 

Asperqillus niqer, Asperqillus oruzae,  

Caldariomyces fumaqo, Fusarium  

oxysporum, Penicilllum diqitatum və s. 

 

3.1.7. Tənəffüsün elektronnəqliyyat dövrəsi və oksidləşdirici 

 

          fosforlaşma 

Oksidləşən substratdan elektronların oksigenə daşınması, 

mitoxondrilərdə yerləşən tənəffüs dövrəsi komponentləri va-

sitəsilə  həyata keçirilir. Substratın oksidləşməsini, oksigenin 

reduksiyası ilə  əlaqələndirən, hidrogenin (elektronların) – 

2H

+

+2e



-

, daşınma reaksiyaları  tənəffüsün elektronnəqliyyat 

dövrəsi adlanır. 

Tənəffüsün elektronnəqliyyat və ya qısaca, tənəffüs dövrəsi, 

mahiyyəti etibarilə, oksidləşmə – reduksiya reaksiyalarının ardı-

cıllığından ibarətdir. Elektronların redoks sistemlər (oksidləşmə-

reduksiya) arasında hərəkət istiqaməti, həmin sistemlərdəki re-

doks potensialın (E

0

) qiyməti ilə müəyyən edilir. 



Elektronlar, spontan olaraq daha çox mənfi redoks poten-

siallı sistemdən, müsbət potensiala malik sistemə daşına bilər. 

Beləliklə də, ən çox müsbət potensiallı sistem, istənilən mənfi 

potensiallı sistemi oksidləşdirməyə qabildir. Güclü mənfi po-

tensialı olan sistem sanki «elektron təzyiqi», müsbət potensialı 

olan sistem isə «elektron sorulması» yaradır. Bu proseslər 

mitoxondrilərdə  həyata keçirilir. Mitoxondrilər, tədqiq olunan 

göbələklərin hamısında aşkar edilmişdir və özlərinin  əsas 

xassələrinə görə ali bitkilərin və heyvanların 

mitoxondrilərindən o qədər də fərqlənmirlər.  




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə