Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə28/32
tarix17.01.2018
ölçüsü0,96 Mb.
#21523
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   32

 

  gəlməsini kataliz edir; 3) dekstrinaza – dekstrinləri, qlükoza 

və maltozayadək hidroliz edən fermentlər. 

Amilaza, göbələklərin çox növlərində, xüsusilə Asperqillus 

və Penicillium cinslərindən olan növlərdə geniş yayılmışdır. 

Maya göbələklərində bu fermentlər aşkar olunmamışdır. 



Sellülaza 

– sellülozanı, sellobiozalara qədər parçalayır. Sel-

lobiozalar disaxaridlər olub, sonradan qlükozaya çevrilirlər. Bu 

ferment göbələklərdə geniş yayılmışdır. Belə ki, ağacların 

oduncaq hissəsinin çürüməsində bu fermentələrə malik olan 

göbələklər böyük rol oynayır. Bu cür göbələklərə samanda və 

digər bitki qalıqlarında da rast gəlinir. 

Hadromaza 

– sellülozanın liqninlə kompleks birləşməsini 

parçalayır. Bu fermentə çox az rast gəlinir. Lakin göbələklərdə 

daha çox rast gəlinən sellülaza vasiətsilə oduncaqda korroziya 

çürüntüsü əmələ gəlir. 

Sitaza 

– hemisellülozanı parçalayan fermentdir. Pektin 

fermentləri isə, pektinli maddələri parçalayır və  nəticədə son 

məhsullar kimi metil spirti və 



α

 - qalakturon turşusu alınır. Bu 

fermentlər fitopatogen göbələklərin çoxunda rast gəlinir. Onlar, 

hüceyrəarası lövhəni və toxumaları parçalaya bilirlər. Pektin 

fermentləri bir neçə cürdür: 

1) protopektinazalar – pektini, protopektinlərdən ayırmağa 

imkan verirlər; 

2) pektazalar – 



α

 - qalakturon turşusundan metoksil quru-

punu (CH

3

O



-

) qoparır. Reaksiya aşağıdakı kimi gedir: 

(R·OOCCH

3

)



n

 + n H


2

O → n RCOOH + n CH

3

OH 


3) pektinazalar – pektin molekulunu tamamilə  tərkib 

hissələrinə qədər parçalayan fermentlərdir.  



Tannaza 

– bunlar da hidrolitik fermentlər qrupuna aid ol-

una bilərlər. Belə ki, bu ferment tannindən halloy turşusunun 

əmələ gəlməsini kataliz edir. 

tannin + H

2

O → halloy turşusu + digər maddələr 



Tannaza, bir çox göbələklərdə əmələ gəlir, lakin Asperqil-

lus niqer göbələyi bu baxımdan daha aktivdir. Bu ferment adap-

 

  tiv fermentlər qrupuna aiddir. Belə ki, mühitdə tannin və ya 



onun parçalanma məhsulu olan halloy turşusu olduqda əmələ 

gəlir.  


Xitinaza 

– digər hidrolitik fermentlərdən fərqli olaraq, 

tərkibində azot birləşmələri olan xitinin parçalanmasını həyata 

keçirir. Bu ferment xitin polimerini, asetilqlükozoaminə çevirir 

və bazidiomitsetlərin meyvə cismində çoxlu miqdarda olur. 

Göbələklərdə ferment kompleksləri, adətən onların təbiətdə 

yayıldıqları yerlərə uyğun olur. 

Proteolitik fermentlər 

– zülalların və peptidlərin sintezini 

və hidrolizini kataliz edir. Bu fermentlər bütöv zülal moleku-

lunu peptidlərə və aminturşularına qədər hidroliz edirlər. Pepti-

dazalar isə yalnız peptid zəncirinin sonunda yerləşən amin-

turşuları qalıqlarına təsir edir. Bu fermentlər müxtəlif 

göbələklərdə geniş yayılmışdır.  

Oksidləşdirici fermentlər. 

Substratın hüceyrələrdə 

oksidləşməsi iki yolla həyata keçirilir: a) oksigenin birləşməsi; 

b) hidrogenin və ya, həm də elektronların substratdan qoparıl-

ması. Canlı orqanizmlərdə hər iki oksidləşmə yolu eyni vaxtda 

da mümkündür. 



Dehidrazalar. 

Hidrogeni qoparmaqla oksidləşməni aparan 

fermentlər. 

Oksidazalar.

 Oksigeni birləşdirən fermentlər. Bunlardan: 

sitoxromoksidazanı, tirozinazanı, polifenoloksidazanı  və s. 

göstərmək olar. Oksidazaların tərkibinə çox hallarda metallar 

(Fe, Cu, Mo, Zn və s.) da daxil olur.  

Reduktazalar. 

Göbələklərdə  zəif öyrənilmişdir. Bunlardan 

tərkibində – SH, olan fermentləri göstərmək olar. Göbələklərdə 

kükürdün  əhəmiyyətini nəzərə almaqla bu qrup fermentlərin 

öyrənilməsi vacibdir. Reduktazalara nitratreduktaza da aid edilir. 

Bu ferment göbələklərin çoxunda rast gəlinir.  



Karboksilaza 

- fermentinin tərkibinə spesifik zülal, 

maqnezium ionu (Mg

2+

_ və tiaminpirofosfat daxildir. Bu ferment 



piroüzüm turşusunun asetaldehidə çevrilməsini kataliz edir. 


 

 

CH



3

 · CO ·COOH 







za



karboksila

CO

2



 + CH

3

COH 



 

Beləliklə  də, bu ferment spirt qıcqırmasında da iştirak 

edir. 

Fermentlər, temperatura münasibətlərinə görə davamsız 



(termolabil) və davamlı (termostabil) olmaqla iki qrupa 

bölünür. Orqanizmlərin böyüməsi, adətən çox alçaq tempera-

turlarda ləngiyir və ya tamamilə dayanır. Amilaza fermentinin 

təsiri üçün optimal temperatur 60

0

C-dir ki, bu da göbələk 



hüceyrələrinin dözə bildiyi temperaturdan yüksəkdir. 

Fermentlərin təsiri, temperaturun artması ilə əlaqədar, müəyyən 

hüdud daxilində sürətlənir. Daha yüksək temperaturlarda fer-

ment dağılmağa (denaturalaşır) başlayır və onun katalitik aktiv-

liyi kəskin azalır. 

Mühitin pH-ı, turşular və  qələvilər də fermentləri 

parçalayırlar. Fermentlərin çoxunda pH-ın optimal qiyməti 

pH=4-8-dır. Bir-birinə oxşayan fermentlər, çox hallarda pH-ın 

optimal qiymətlərinə görə  fərqlənirlər. Məsələn, pepsin üçün 

pH=2,5, tripsin üçün isə pH=8. Fermentlərin aktivliyini 

sürətləndirən və ya ləngidən kimyəvi birləşmələrin təsiri, 

fermentlərin kimyəvi təbiəti ilə  əlaqədardır. Bir çox 

fermentlərin aktivliyi, yalnız ikivalentli metal (Mg

2+

, Zn



2+

Fe



2+

, Cu


2+

, Mn


2+

) duzlarının iştirakı olduqda meydana çıxır. 

Hər  şeydən  əvvəl, bu həmin metalların fermentlərin tərkibinə 

daxil olmaları ilə əlaqədardır.  

 

 

 



IV FƏSİL 

 

GÖBƏLƏKLƏRDƏ SU REJİMİ 

 

 

4.1. Suyun göbələk orqanizmində əhəmiyyəti 

 

Su, miqdarına görə hüceyrənin əsas kimyəvi komponenti 

sayılır. O, biokimyəvi reaksiyaların əksəriyyəti üçün mühit, bir 

sıra reaksiyalarda isə substrat funksiyasını yerinə yetirir. Suyun 

miqdarı  ən az olan hallarda, maddələr mübadiləsi son dərəcə 

zəifləyir. Hüceyrələrdə suyun miqdarı, onun tipindən və 

göbələyin olduğu fizioloji şəraitdən asılı olaraq dəyişilə bilir. 

Su, onda həll olan maddələrin bir hüceyrədən digərinə 

keçməsi üçün mühit yaratmaqla, orqanizmdə temperaturu da 

tənzim edir. Bundan başqa, su hüceyrədə fizioloji, biokimyəvi 

proseslərin getməs üçün həlledici kimi də  iştirak edir. Suyun 

sıxılması az olduğundan o, göbələk orqanizminin quruluşunun 

saxlanılmasında da mühüm rol oynayır. Bununla yanaşı, su 

yüksək dərəcədə istilik tutumuna və istilik keçiriciliyinə  də 

malikdir. 

Göbələk hüceyrələrində su, oksigen və hidrogen mənbəyi 

rolunu da oynayır və  həm də energetik reaksiyalarda, o 

cümlədən, ATP-in əmələ  gəlməsində  də  iştirak edir (ADP+P 

⎯ →




O



H

2

ATP). 



Digər mayelərdən fərqli olaraq (civədən başqa), suyun 

səthi gərilmə  əmsalı çox böyükdür (20

0

C-də bu əmsal 73 



dina/sm-ə qədərdir). 

Maye fazada su molekulları arasında  əmələ  gələn ilişmə 

qüvvəsi kogeziya, maye faza ilə  bərk faza arasındakı ilişmə 

qüvvəsi isə aidgeziya adlanır. Hər iki hadisə, suyun göbələklərə 

daxil olması və onların hərəkətində əhəmiyyət kəsb edir. 

Suyun digər mühüm fiziki xassəsi onun qeyri-adi 

dərəcədə yüksək dielektrik keçiriciliyidir. Suyun belə xassəsi, 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə