Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə31/32
tarix17.01.2018
ölçüsü0,96 Mb.
#21523
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   32

 

  əmələgəlmə prosesidir». Lakin bu tərif də yuxarıdakılardan 

əsaslı şəkildə fərqlinmir. Ona görə ki, orqanizmdə əmələgəlmə 

ilə yanaşı, həm də quruluş elementlərinin dağılması prosesi də 

gedir.Bu proseslər arasında nisbətin subhüceyrə və molekulyar 

səviyyələrdə miqdarı  cəhətdən nəzərə alınması çox çətindir. 

Beləliklə  də, böyüməyə verilən təriflərin çoxluğu və 

müxtəlifliyi, bu hadisənin özünün çoxcəhətli mahiyyəti ilə 

əlaqədardır. Ümumiyyətlə, böyümə, bir-birilə qarşılıqlı əlaqədə 

olan fizioloji proseslərin məcmuu sayəsində yaranan inteqral 

funksiyadır.  

 

5.2. Böyümənin əsas qanunauyğunluqları və fazaları 



 

Təbii  şəraitdə  hər hansı göbələyin inkişafı,  əvvəlcə onun 

mitsellərinin vegetativ böyüməsi, sonra isə bu və ya digər çox-

alma orqanının (sporəmələgəlmənin)  əmələ  gəlməsi ilə baş 

verir. Bu zaman böyümə prosesi zəifləyir və bəzi hallarda hətta 

tamamilə dayanır. Bu iki prosesin ətraflı öyrənilməsi göstərdi 

ki, bitkilərdə olduğu kimi, göbələklərdə  də vegetativ böyümə 

ilə generativ orqanların yaranması arasında antaqonistik 

münasibətlər mövcuddur. Beləliklə  də, göbələklərin vegetativ 

və ya generativ orqanlarının böyüməsi prosesini izlədikdə 

«böyümənin böyük dövrə» malik olduğunu aşkar etmək müm-

kündür. Bu təsəvvürə görə, orqanizmin ayrıca orqan, yaxud 

onun sahəsinin böyüməsi  əvvəlcə yavaş, sonradan isə sürətlə 

gedərək maksimum qiymətə çatır, bundan sonra tədricən yava-

şıyır. Beləliklə  də, orqanizmin, yaxud ayrıca hüceyrənin 

uzunluğunun, həcminin, çəkisinin və s. artımı S - şəkilli əyri ilə 

xarakterizə olunur. Böyümənin siqmoidal gedişində  əyrinin 

yüksələn hissəsi eksponensial asılılığa tabe olur (şəkil 4) və 

aşağıdakı düsturla ifadə olunur. 

G = G


t



 

burada: G

o

 - ölçmənin  əvvəlindəki qiyməti, t - ölçmənin ba-



şlandığı vaxt; G – t zamanı ərzində ölçülən kəmiyyətin qiyməti; 

 

  f – sabitdir. Böyümənin eksponensial (loqarifmik) xarakterini 



birhüceyrəli orqanizmlərdə (askomitsetlər, maya göbələkləri, 

kif göbələkləri, xitridiomisetlər) daha aydın  şəkildə görmək 

mümkündür. Digər orqanizmlərdə olduğu kimi, göbələklərdə 

də böyümə – embrional, uzanma və diferensasiya fazalarından 

ibarətdir. Embrional böyümə özündə protoplazmanın artması və 

hüceyrələrin bölünməsini birləşdirir. Protoplazmanın artması 

nəticəsində yenicə bölünmüş embrional hüceyrə, yetkin em-

brional hüceyrənin ölçülərinə qədər böyüyür. Bu zaman bütün 

plazmatik quruluş (məsələn, mitoxondrilər və s.), subquruluşlar 

(məsələn, elementar membranlar) və maddələr (DNT, RNT, 

züllallar, lipidlər və s.) miqdarı  cəhətdən iki dəfə artır, başqa 

sözlə, ana hüceyrədəki miqdarına çatır. Beləliklə  də, proto-

plazmanın artması, bizə yaxşı  məlum olan proseslərdən 

ibarətdir: DNT-nin replikasiyası  və DNT→RNT→zülal (fer-

ment) →məhsul, reaksiyalarının ardıcıllığı. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Diaqram. 

Birhüceyrəli orqanizm kulturasında böyümənin 

loqarifmik xarakteri. 1-laq-faza; 2-böyümənin 

sürətlənmə fazası; 3-loqarifmik faza; 4-böyümə-

nin zəifləmə fazası; 5-stasional faza. 

 

Bu reaksiyalar özlərində transkripsiya, trasnlyasiya və digər 




 

  fermentativ reaksiyaları da birləşdirir. Məhsul adı altında 

bütün plazmatik quruluş və maddələr başa düşülür. 

Embrional hüceyrələr üçün protoplazma və hüceyrə 

nüvəsinin ölçülərinin müəyyən nisbətdə olması  səciyyəvidir. 

Protoplazmanın böyüməsi (artması) qurtardıqdan sonra 

hüceyrə, yenidən bölünmə fazasına keçməklə ya embrional 

halda qalır, ya da o, uzanma fazasına keçir və beləliklə də, sabit 

toxumanın (yalançı toxumanın) hüceyrəsinə çevrilir. Proto-

plazmanın böyüməsi, bununla yanaşı həm də RNT-nin sintezi, 

mitozun profazasında tamamilə dayanır. Bu zaman maddələr 

mübadiləsinin intensviliyi xeli azalır.  İki mitoz bölünmə aras-

ındakı dövrdə (interfazada) induksiyaolunan fermentin – timid-

inkinazanın iştirakı ilə DNT-nin replikasiyası (ikiləşməsi) baş 

verir. Görünür timidinkinaza üçün məsul olan gen müvəqqəti 

tənzim olunmaq xassəsinə malikdir. Həmin xüsusiyyət DNT-

polimerazaya da xasdır. 

Hüceyrələrin bölünməsi, hər  şeydən  əvvəl, hormonlarla, 

xüsusilə hibberelinlər və s. əlaqədardır. 

Böyümənin ikinci fazası uzanmadır. Uzanma fazasında, 

əvvəlki ölçüləri 5-10 mkm olan hüceyrə, öz ölçülərini 10-50 

dəfə, bəzən daha da çox artıra bilir. Hüceyrənin uzanması 

zamanı  həcmin artması,  əsas etibarilə vakuolların  əmələ 

gəlməsi nəticəsində suyun udulması ilə əlaqədardır. Uzanma ilə 

gedən böyümədə protoplazmanın artmasından fərqli olaraq, çox 

hallarda zülaların ümumi miqdarı artmır. Hüceyrə  qılafının 

kütləcə xeyli artması (onun tərkibinə daxil olan maddələrin 

sintezi ilə əlaqədar olaraq) çox vaxt hüceyrənin bütün səthi üzrə 

bərabər şəkildə paylanır. 

Hüceyrənin uzanma fazasında turqor təzyiqinin azalması 

sayəsində hüceyrənin sorucu qüvvəsi artır və  nəticədə su 

hüceyrə daxilinə dolur. Hüceyrəyə dolmuş su onu uzununa dar-

tır və böyük mərkəzi vakuolu əmələ gətirir. Buradan aydın olur 

ki, uzanmaya səbəb olan ilk proses osmosdur. Suyun udul-

masından fərqli olaraq, hüceyrə  qılafının sinrtezi və osmotik 

 

  təzyiqin tənzimlənməsi (osmotənzimlənmə) müəyyən 



miqdarda enerji tələb edir. 

Böyümənin üçüncü fazası – diferensasiya embrional hü-

ceyrənin ixtisaslaşmış hüceyrəyə çevrilməsinə deyilir. Bu faza 

böyümə ilə yanaşı  həm də hüceyrənin inkişafı proseslərini də 

özündə birləşdirir. 

 

5.3. İnkişaf 

 

İnkişaf orqanizmin komponentlərinin keyfiyyət 



dəyişilmələridir. Bu zaman mövcud forma və funksiyalar 

başqasına çevrilir. Böyümə  və inkişafı bir-birindən kəskin 

fərqləndirmək olmaz. Hər hansı inkişaf prosesi böyümə ilə 

əlaqədardır. Embrional hüceyrənin bu və ya digər yolla ix-

tisaslaşması determinasiya adlanır. Beləliklə  də, hər bir 

hüceyrənin diferensasiyasındakı determinasiya (onun inkişafını 

müəyyən edən yol), ümumiyyətlə, inkişafın fizioloji əsasını 

təşkil edir. 

Determinasiya və diferensasiya bir-birilə əmrin alınması və 

onun icrası kimi əlaqədardır. Determinasiya hüceyrədə mövcud 

olan genetik potensialın yalnız müəyyən hissəisnə aid olur. Ge-

netik informasiyanın xeyli hissəsinə (hüceyrənin  əsas funksiy-

larına) determinasiya toxunmur (məsələn, qlikoliz, zülalların 

sintezi, sellülozanın sintezi və s.).  

Determinasiyaya  ən cavan hüceyrələr məruz qalır, onlarda 

artıq uzanma fazasında diferensasiya başlayır. 

Göbələklərdə vegetativ (böyüyən) sahələrlə, generativ 

orqanların olduğu sahələr fizioloji bərabərsizliyə malikdir ki, 

buna da qütblük (polyarlıq) deyilir. Qütblük hadisəsi proto-

plazmanın hərəkəti nəticəsində pozulmur. Bu, zülalların 

hərəkətsiz ektoplazmanın kənar tərəflərində birtərəfli qaydada 

paylanması ilə əlaqədardır. Hüceyrənin qütblüyü, onun nizamlı 

qaydada diferensasiyasının ilk şərtidir. 

Göbələklərin  əksəriyyətində vegetativ hissə mitselilərdən 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə