Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə25/32
tarix17.01.2018
ölçüsü0,96 Mb.
#21523
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   32

 

  antibiotiklərin yayılması bilavasitə vitaminlər və fermentlərlə 

əlaqədardır. Belə ki, antibiotiklər, ferment sistemlərini spesifik 

şəkildə  fəaliyyətdən dayandıra bilirlər. «Antibiotik» termini 

dedikdə, digər mikroorqanizmlərə görə    antaqonist    aktivliyə 

malik olan mikrob metabolizminin məhsulları başa düşülür. 

Lakin bu termini geniş  mənada  şərh etdikdə o zaman 

antibiotiklər, həm də, ali bitkilər və heyvanlar üçün də toksiki 

aktivliyə malik olan maddələrdir. Çox hallarda antibiotiklər, 

müəyyən qrup mikroorqanizmlərə qarşı spesifik təsirə 

malikdirlər. Antibiotiklərin yalnız mikroorqanizmlərə görə spe-

sifik təsir mexanizmi, makroorqanizmlərə, o cümlədən, hey-

vanlara olan təsir mexanizmindən fərqli ola bilər. Belə  təsir 

mexanizminin üç tipi məlumdur: 1) mikro- və 

makroorqanizmlərin hüceyrə quruluşunun tərkibinə daxil olan 

maddələr (məsələn, penisillin), 2) hüceyrənin öz quruluşu və 

onun quruluş vahidlərinin keçiriciliyinə  təsir elən maddələr 

(məsələn, streptomitsin). Göbələk, aktinomitset və bakteriya 

antibiotiklərini, onların mənşəyinə görə aşağıdakı əsas qruplara 

bölmək olar: a) sirkə turşusu fraqmentlərindən təşkil olunmuş, 

yalnız karbonlu skeleti olanlar, b) şəkərlərin törəmələri, 3) 

aminturşularının törəmələri. 

Antibiotik maddələrin kombinativ formaları da vardır ki, bu 

formalar yuxarıdakı iki və ya üç yolla əmələ  gələn maddələri 

birləşdirir. Göbələklər arasında  ən çox yayılan maddə birinci 

yolla  əmələ  gələnlərdir ki, bu zaman, həm də benzol halqası 

olan aromatik birləşmələr də yaranır. Sirkə turşusunun C

2

 - 



fraqmentlərindən  əmələ  gələn göbələk antibiotiklərini üç əsas 

yarımqrupa bölmək olar: 

a) aromatik və digər tsiklik birləşmələr; 

b) sırf alifatik, çox vaxt doymamış birləşmələr; 

c) tərkibində aromatik qrupu, uzun yan zənciri alifatik qru-

pla kombinə olunmuş birləşmələr. 

Göbələk antibiotiklərinin cürbəcürlüyünə  və quruluşca 

mürəkkəbliyinə baxmayaraq, onların  əmələgəlmə yolları nis-

 

  bətən çox deyildir və bu yollar orqanizmlərin maddələr 



mübadiləsinin ümumi sxemi ilə 

əlaqədardır: 1) 

monosaxaridlərin transformasiyası – çevrilməsi, prosesində; 2) 

asetatın metabolizmi prosesində – anaerob olan qlikolizdə, 

Krebs tsikli və ya yağ mübadiləsinin kəsişdiyi sərhəddə; 3) 

aminturşuları və peptidlərin mübadilə tsikillərində. 

Göbələklərdə ilk dəfə  kəşf olunan və indiyədək  ən geniş 

yayılmış, tibbi preparat kimi istifadə olunan antibiotik penisil-

lindir. Penisillin toksiki deyildir və bütün xəstəliklərə (koklar, o 

cümlədən, qram-mənfilər-honokokk və meninqokokklar) qarşı 

effektivdir. O, həmçinin kokkların  əmələ  gətirdiyi irinləməyə, 

streptokokkların yaratdığı sepsisə, anginaya, pnevmoniyaya 

qarşı da çox geniş tətbiq olunur. Penisillinin molekul quruluşu 

aşağıdakı kimidir.  

 

 

 



 

 

 



       

 

 



burada: R – radikal olub, molekulun dəyişilə bilən hissəsidir.

 

Penisillinlə yanaşı, kimyəvi baxımdan bir-birinə yaxın olan və 



tibbdə  tətbiqinə görə perspektivli hesab olunan aralıq 

məhsullardan sinnematin və sefalosporini də göstərmək olar. 

                                                                       S 

                                                                     ⁄    \ 

HOOC - CH · (CH

2

)



· CO - NH - CH - CH     C(CH

3

)

2



 

               |                                        |      |          |  

              NH

2

                                 CO-N  —  C — COOH 



                                                                         

                                                                     OH 



Bu maddənin analoqu olan sinnematin antibiotikdir. Onun 


 

  tərkibi hələlik dəqiq məlum deyildir. Hazırda sinnematinin 

qarın yatalığı  xəstəliyinin müalicəsində effektivliyi praktiki 

olaraq təsdiq olunmuşdur.  

Son illərdə tibbdə və kənd təsərrüfatında kifayət qədər geniş 

tətbiq olunan antibiotiklərdən biri də fumaqillindir. Tərkibində 

dörd ikiqat rabitəsi olan bu maddə, polienlərə (çoxlu sayda ikiqat 

rabitəsi olan maddələr) daxildir. Onun tərkibi tam aydınlaşdırıl-

mamışdır. Fumaqillin ağ  rəngli maddə olub, ərimə temperaturu 

190


0

C-dir. Fumaqillin stafilokokklu bakteriofaq və amöblərə 

təsir etdiyindən odur ki, ondan amöblü dizenteriya ilə mübarizə 

məqsədilə istifadə edirlər. 

Qrizeofulvin – bu göbələk  əleyhinə olan antibiotikdir. Bu 

maddə, xitin təbəqəsinə malik olan göbələklərdə burulma 

xarakterli böyüməni qeyri-normal şəkildə əmələ gətirir. Qrizeo-

fulvin, ali bitkilərin kökləri tərəfindən yaxşı sorulur və 

təxminən üç həftə müddətində bitkinin orqanlarında kisəli, ba-

zidial və natamam göbələklərin törətdiyi xəstəliklərin qarşısını 

alır. Bu, preparatın tətbiqindəki məhdudiyyətlər, onun suda pis 

həll olması  və antibiotik çıxımının azlığı ilə  əlaqədardır. 

Qrizeofulvinin ziyansızlığı aydınlaşdırıldıqdan sonra, insanları 

bir sıra çətin sağalan xəstəliklərdən müalicə etmək mümkün 

olmuşdur. Göbələk mənşəli digər antibiotiklər barəsində aşağı-

dakıları qeyd etmək olar. 

Kampestrin – şampinion göbələklərinin meyvə cismindən 

alınmışdır. Bu preparat, bağırsaq-yatalaq qruplu bakteriyalara 

təsir edir. 

Sitrinin – dərinin və digər orqanların irinli xəstəliklərinin 

müalicəsində tətbiq edilir. 

Asperqillin – Asperqillus niqer göbələyindən alınan antibi-

otikdir və o, müxtəlif irinli xəstəlikləri müalicə edərkən istifadə 

olunur. 


Xelenin – antivirus təsirinə malikdir və neyrotrop virusların 

törətdiyi xəstəlikləri müalicə etməkdə tətbiq edilir. 

Trixotesin – göbələk  əleyhinə  tətbiq olunan antibiotikdir. 

 

  Bu preparatın quruluşu aşağıdakı kimidir.  



 

 

 



 

 

                                                                



Trixotesin 

 

 



 

 

 



Penisillin turşusu da, göbələklərdən alınan 

antibiotiklərdəndir. Bu maddə, bitkiçilikdə istifadə olunur. 

Antibiotikləri tətbiq edərkən, bitkilərin olduğu rayonun yerli 

şəraiti də nəzərə alınmalıdır. 

 

3.3.2.2. Göbələk toksinləri və piqmentləri. 

Göbələk 


toksinləri (zəhərləri), təsir spesifikliyinə  və göbələk 

orqanizmində  əmələgəlmə  şəraitinə görə antibiotiklərə yaxın-

dırlar. Bunlar arasında fərq ondan ibarətdir ki, antibiotiklərin 

təsiri, əsasən mikroorqanizmlərə qarşıdırsa, toksinlərin təsiri isə 

heyvanlara və ali bitkilərədir. Bununla belə, bir çox toksinlər, 

məsələn, bitkilərdə soluxma yarada bilən mikomarazmin və 

fuzarium turşusu və yaxud da adamlarda angina xəstəliyi 

törədən toksinlər geniş  təsir spektrinə malikdir. Beləliklə  də, 

toksinlər və antibiotiklər arasındakı  fərq yalnız  şərtidir. 

Göbələk toksinlərinin öyrənilməsinin çox böyük praktiki 

əhəmiyyəti vardır. Belə ki, bu toksinlər, geniş yayılmış miko-

toksikozlara səbəb olur ki, bunlar da heyvanların və insanların 

xəstələnməsinin səbəbkarıdır. 

Göbələklərdə metabolizmin məhsullarından biri də 

piqmentlərdir. Onlardan çoxu antraxinon və naftoxinonlara aid 

olub, bəzən antibiotik xassəsinə  də malik olurlar. Bir sıra 

göbələklərin hüceyrələrinin qılafında tünd rəngli piqment – 



Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə