Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti A.Ş.İbrahiMov, Z. A. abdulova, L. N. mehdiyeva mikologiya (dərslik)



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix17.01.2018
ölçüsü0,96 Mb.
#21523
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   32

 

  erqosterin alınmasında istifadə olunur. Göbələklərin böyüməsi 

və inkişafına vitaminlər kimi təsir edə bilən digər maddələr 

nuklein  əsaslarıdır. Nuklein əsaslarına: quanin, hipoksantin və 

s., purin və pirimidin əsasları daxildir. Foli turşusu da, 

göbələklərdə böyümə və inkişafı sürətləndirməklə yanaşı, həm 

də, nuklein əsasları kimi, özlərinə quruluş baxımından oxşar 

olan aminopterin və ametopterin antimetabolitlərin təsirini ney-

trallaşdıra bilirlər. 

 

3.3.3. Metabolizmin ferment sistemləri. 

Digər 

orqanizmlərdə olduğu kimi, göbələklərdə  də qidalanma və 



maddələr mübadiləsi fermentlərsiz həyata keçirilə bilməz. 

Məlumdur ki, fermentlər, metabolik proseslərdə spesifik üzvi 

katalizatorlardır. Göbələklər heterotrof qidalanma 

xüsusiyyətinə malik olduqlarından onlarda çox güclü ferment 

sistemləri vardır. Bu fermentlərin bəziləri xarici mühitə ifraz 

olunur ki, bunlara ekzofermentlər deyilir. Göbələk hüceyrəsinin 

daxilində qalan fermentlər isə endofermentlər adlanır. Bunlar 

arasında fərq ondadır ki, ekzofermentlər hüceyrə membranın-

dan asanlıqla xarici mühitə çıxdıqları halda, endofermentlər isə 

membrandan keçə bilmirlər. Lakin ferment sistemlərinin endo-

və ekzofermentlərə bölünməsi yalnız  şərti xarakter daşıyır. 

Odur ki, hüceyrə quruluşu ilə əlaqədar olan hər hansı ferment 

həm endoferment, həm də ekzoferment kimi fəaliyyət göstərə 

bilər. Endofermentlərin, ekzofermentələrə çevrilməsi həm fer-

ment molekulunun böyüklüyündən, həm də hüceyrə membran-

ının keçiricilik dərəcəsindən asılıdır. Ekzofermentlərə, məsələn, 

amilaza aiddir. Bu ferment nişastanı maltozaya qədər, digər 

ferment maltaza isə, maltozanı iki molekul qlükozaya qədər 

parçalayır. Bu tipli fermentlər, mühitin komponentlərini 

göbələklərin qidalanmasından ötrü bir növ hazırlayırlar. 

Mitsellərdə  də maddələrin  əmələ  gəlməsi hüceyrənin quruluş 

elementləri ilə  əlaqədar olan fermentlərin köməyilə  həyata 

keçirilir. Hüceyrənin tərkib hissələrindən müəyyən maddələrin 

 

  sintezi və ya onların parçalanması eyni fermentlər tərəfindən 



də ola bilər. Sintetik proseslərin reallaşması üçün fermentin 

konsentrasiyası kifayət qədər olmalıdır. Beləliklə, yağın sintez-

ini, qliserin və yağ turşularından, saxarozanı isə, qlükoza və 

fruktoza vasitəsilə almaq mümkündür. Təbii halda fermentlərin 

bu cür yüksək konsentrasiyası, onların hüceyrə quruluşlarında 

adsorbsiya olunmaları sayəsində  əldə edilir. Göbələk 

fermentləri də, digər orqanizmlərdəki kimi zülali maddələrdən 

ibarətdir. Mürəkkəb zülallarda – proteidlərdə spesifik zülalla 

yanaşı, həm də spesifik qeyri-zülal komponenti də iştirak edir. 

Zülal komponenti – apoferment, qeyri-zülal komponenti isə – 

koferment adlanır. Koferment kimi, vitaminlər, nukleotidlər, 

lipidlər və s. maddələr iştirak edir. Bir sıra fermentlərin 

kofermentində mikroelementlər də olur. Fermentin hər iki kom-

ponenti, öz aralarında adətən ekvivalent nisbətdə meydana çıxır. 

Fermentlərin bəziləri təmiz kristallik halda alınmışdır.  İlk dəfə 

kristallik halda alınan ferment ureaza olmuşdur. Məlumdur ki, 

bu ferment sidik cövhərini CO

2

 və NH



3

-ə qədər parçalayır. 

Sadə, birkomponentli fermentlərə – proteinlərə: pepsin və 

tripsini də aid edirlər. Hər iki ferment yalnız zülaldan ibarətdir. 

Ümumiyyətlə, apofermentlərin tərkibi adi aminturşularından 

təşkil olunur ki, bu da zülallar üçün xarakterikdir və proteolitik 

fermentlərin təsiri altında dərhal parçalanır.  Əgər koferment 

digər apofermentlə birləşirsə, onda yeni ferment molekulu 

əmələ gələr. 

Fermentləri, quruluşlarına görə  təsnifat baxımından aşa-

ğıdakı qruplara bölürlər: 

1) Katalitik aktivliyi, tərkibində dissosiasiya olunan və ya 

olunmayan metal ionunun olması ilə əlaqədar fermentlər; 

2) Prostetik qrupu alçaqmolekulu birləşmələrdən ibarət olan 

fermentlər; 

3) Birkomponentli – yalnız zülaldan ibarət olan fermentlər; 

4) Prostetik qrupu alçaqmolekullu olub, metalla kompleks 

halında birləşən fermentlər; 




 

 

5) Prostetik qrupu alçaqmolekullu olan, lakin metalla kom-



pleks halında birləşməyən fermentlər. 

Əgər fiziki baxımdan fermentlər, endo-və ekzofermentlərə 

bölünürsə, kimyəvi təsnifata görə onlar funksiyalarına görə 

qruplara bölünür. Təsir xarakterinə görə fermentlərin  əsas 

sinifləri barəsində  əvvəldə (tənəffüs bölməsində) ümumi və 

qısa məlumat verilmişdir. Bu barədə  aşağıda bir qədər  ətraflı 

məlumat verilməsi məqsədəuyğundur. 

1) 


Hidrolitik fermentlər - hidrolazalar

a) Proteazalar və peptidazalar (zülalları  və peptidləri par-

çalayanlar); b) Karbohidrazalar (karbohidratları  və digər 

azotsuz birləşmələri parçalayanlar); c) Lipazalar (yağları 

parçalayanlar); ç) Fosfotazalar (fosfor turşuları efirlərini 

parçalayanlar). 

2) Oksidaza və reduktazalar: 

a) Oksidazalar və dehidrazalar (oksidləşdirici fermentlər); 

b) hidrogenazalar və ya reduktazalar (reduksiyaedici 

fermentlər); c) Desmolazalar (substratda molekuldaxili də-

yişikliklər yaradır). 

Xüsusi təyinatlı fermentlərdən isə bunları göstərmək olar: 

1) Karboksilazalar (CO

2

-ni qoparan fermentlər); 



2) Dezaminazalar (aminturşularından NH

- qrupunu 



qoparan fermentlər); 

3) Ureazalar (sidik cövhərini ammoniyak (NH

3

) və karbon 



qazına – CO

2

 parçalayan fermentlər). 



Fermentlərin hər biri həm təsir etdiyi substrata, həm də 

həyata keçirdikləri reaksiyalara görə spesifikdir. Fermentlərin 

təsnifatında bəzən onların təsir etdikləri şərait də nəzərə alınır, 

lakin bu halda fermentlərin miqdarı  təxminən sonsuzluq kimi 

nəzərdə tutulur. Fermentlər, konstitutiv və adaptiv olmaqla da 

bir-birlərindən fərqlənir. Birincilər, qidalanma şəraitindən asılı 

olmayaraq göbələk mitsellərində  həmişə olurlar, yəni onların 

hüceyrədaxilində sintezi tənzim olunmur. İkincilər – adartiv 

fermentlər isə, mühitin müəyyən təsirləri zamanı  əmələ  gəlir, 

 

  məsələn, orqanizm üçün adi hesab olunan qida mənbəyi ol-



madıqda və ya həmin fermentlər üçün spesifik olan substratlar 

olmayan hallarda bu tipli fermentlər sintez olunmurlar.  



Hidrolazalar, 

ya reaksiyanın komponenti, ya da onun son 

məhsulu kimi su olan reaksiyaları kataliz edir. Onlardan çoxu 

ekzoferment kimi qidalı substratın hazırlanmasında çox böyük 

rol oynayırlar. Hidrolazalardan: esterazaları, karbohidrazaları, 

pektinazaları, proteinazaları  və peptidazaları göstərmək olar. 

Esterazalar, turşu və spirt əmələ  gəlməklə efirli rabitələri 

parçalayır. Bunlara: lipazalar və fosfotazalar aiddir. Lipazalar, 

estrazalardan olub, yağları parçalayan fenrmentlərdir. Bu 

fermentlər, göbələklərdə ehtiyat halında toplanan yağların 

hidrolizində, həmçinin sintezində  də böyük rol oynayırlar. 

Göbələklərdə yağların istifadə olunmasının ilk mərhələsi, 

onların efir rabitələrinin lipaza vasitəsilə parçalanmasıdır. 

Fosfotazalar

 – fosforlu turşuların efirlərini hidroliz edirlər. 

Onlar göbələklərdə  və ümumiyyətlə, karbon mübadiləsində 

mühüm əhəmiyyət kəsb edirlər. 



Fosforilazalar – 

karbon mübadiləsinin ayrı-ayrı 

mərhələlərində fosfor turşusu efirlərinin  əmələ  gəlməsini 

aktivləşdirən fermentlərə deyilir. Fosforilazaların kofermenti, 

göründüyü kimi riboflavindən ibarətdir. 

Karbohidrazalar 

– göbələklərdə maddələr mübadiləsində 

mühüm rol oynayan fermentlərdəndir. Bu qrup fermentlər, kar-

bohidratların və ya polisaxaridlərin hidrolizini kataliz edirlər. 

Onlar arasında elə fermentlər var ki, bunlar disaxaridləri 

parçalayır, məsələn, saxaraza (saxarozanı qlükoza və frukto-

zaya), maltaza (maltozanı iki molekul qlükozaya), laktaza (lak-

tozanı qlükoza və qalaktozaya) parçalayırlar. 

Göbələklərdə mürəkkəb polisaxaridləri parçalayan 

fermentlərə aşağıdakılar daxildir: 



Amilaza 

– nişastanı parçalayan kompleks fermentlər. Ami-

lazalar özləri də üç qrupa bölünür: 1) 

α

 – amilaza – nişastanı 

dekstrinlərədək parçalayır; 2) 

β

 -amilaza – maltozaların  əmələ 




Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə