Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti FƏnn sillabusu təsdiq edirəm: dos. E.Ə. Hüseynova



Yüklə 91,86 Kb.
səhifə10/20
tarix12.03.2023
ölçüsü91,86 Kb.
#102352
1   ...   6   7   8   9   10   11   12   13   ...   20
Syllabus- Rovshan Hatamov Amerika tarixi

XVIII əsr Amerika inqilabı


Qısa icmalı:
Amerika inqilabının xronologiyası, əsas mərhələləri. Koloniyalarda metropoliya əleyhinə çıxışların artması. XVIII əsrin 60–70-ci illərində koloniyalar ilə metropoliya arasında ziddiyyətlərin güclənməsi. Şimali Amerikada ingilis koloniyaları Yeddi illik müharibədən sonra. Kvebek aktı. Patriotlar və loyalistlər. İnqilabın iqtisadi, siyasi və ideoloji əsasları. Filadelfiyada birinci Kontinental konqres (1774-cü ilin sentyabr–oktyabrı) və onun qərarları.
İngilis koloniyalarının istiqlaliyyət uğrunda müharibəsinin başlanması. İkinci Kontinental konqres. İstiqlaliyyətin elan olunması (1776). “İstiqlaliyyət bəyannaməsi”nin əsas müddəaları. Koloniya cəmiyyətində təbəqələşmənin daha da güclənməsi – patriotlar, loyalistlər, bitərəflər. Vətəndaş müharibəsi. Burjuaziya ilə plantatorların ittifaqının formalaşması. 1776–1781-ci illərdə hərbi əməliyyatlar.
ABŞ-ın ilk konstitusiya aktının – “Konfederasiyanın maddələri və Əbədi ittifaq”ın qəbul edilməsi. Müharibə dövründə ABŞ diplomatıyasının fəaliyyəti. ABŞ–Fransa müqavilələrinin imzalanması. Fransanın, İspaniyanın və Hollandiyanın Böyük Britaniyaya qarşı müharibəyə qoşulmaları. Rusiyanın “Silahlı bitərəfliyi” və onun rolu. İstiqlaliyyət uğrunda müharibənin başa çatması. Paris sülh müqaviləsi (1783). İstiqlaliyyət uğrunda müharibənin yekunları.
ABŞ-ın tarixinin ən mürəkkəb dövrlərindən biri – Konfederasiya dövrü. İstiqlaliyyət müharibəsindən sonra Kontinental konqresin fəaliyyəti. Mərkəzi hakimiyyətin zəifliyi. Sosial-iqtisadi problemlər. Xalq kütlələrinin inqilabın natamamlığından narazılığının artması. D.Şeys üsyanı (1786).
ABŞ-ın inkişafı yolları məsələsi ətrafında mübarizə. İdeya-siyasi ənənələrin təşəkkülü: liberal-demokratik (B.Franklin, T.Cefferson, T.Peyn) və mötədil-mühafizəkar (A.Hamilton, C.Medison, C.Adams və başqaları). ABŞ-da ictimai-siyasi quruluşun yenidən qurulması uğrunda hərəkat. Filadelfiyada Konstitusiya konventi. 1787-ci il Konstitusiyasının qəbul edilməsi və onun ştatlar tərəfindən ratifikasiyası ətrafında mübarizə. Konstitusiyanın əsas müddəaları. Vətəndaşların şəxsi hüquq və azadlıqlarına zəmanət olaraq “Hüquqlar haqqında bill”in (1791) qəbul edilməsi.
XVIII əsr Amerika inqilabının yekunları.




Yüklə 91,86 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə