Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti Azərbaycan tarixi FƏNNİNDƏn m ü h a z I r ə L ə R


Hərbi, iqtisadi və mənəvi səfərbərlik. Arxa cəbhə



Yüklə 453,92 Kb.
səhifə35/40
tarix27.12.2023
ölçüsü453,92 Kb.
#163957
1   ...   32   33   34   35   36   37   38   39   40
Hərbi, iqtisadi və mənəvi səfərbərlik. Arxa cəbhə.
Müharibənin ilk günündən Azərbaycan xalqı SSRİ-nin başqa xalqları ilə birlikdə faşist işğalçılarına qarşı mübarizəyə qalxdı. 1941-ci ildə azərbaycanlılardan ibarət 402-ci və 223-cü, 1942-ci ildə 416-cı və 271-ci milli atıcı diviziyaları yaradıldı. Krımın müdafiəsində şəxsi heyətinin çoxunu itirmiş 77-ci Azərbaycan diviziyası 1942-ci ildə yenidən komplektləşdirildi. Müharibə illərində Azərbaycandan cəbhəyə 640 min nəfər, o cümlədən 10 min qadın getmişdi. Kənd əməkçiləri isə ölkəyə yüz min tonlarla kənd təsərrüfatı məhsulları verdilər. Hərbi əhəmiyyətli texniki bitkilərin əkinləri genişləndirildi. 1941-ci il iyunun 28-dən Azərbaycanda bütün işlər müharibənin tələblərinə uyğun qurulmağa başlandı. Fəhlə və qulluqçular üçün iş günü 11 saata qaldırıldı. Məzuniyyətlər ləğv edildi. İşi özbaşına tərk etməyə görə 5-8 il həbs cəzası verilirdi. Ərzaq və sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq edildi.
Müharibənin ilk günlərindən minlərlə Azərbaycan vətəndaşı cəbhələrdə faşizmə qarşı mərdliklə vuruşurdu. 1941-ci ildə Brest qalasının qəhrəman müdafiəçiləri arasında 44 nəfər azərbaycanlı var idi. 1941-ci ildə kiçik leytenant israfil Məmmədov Novqorod yaxınlığında Pustinka kəndi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adma layiq görülən ilk azərbaycanlı oldu. Moskva yaxınlığındakı döyüşlərdə fərqləndiyinə görə tank bölməsinin komandiri Həzi Aslanov “Qırmızı ulduz” medalı ilə təltif olundu. Borodino çölündəki vuruşmada pulemyotçu İdris Vəliyev düşmənin 50- dən çox əsgərini məhv etdi. Təyyarəçi Hüseynbala Əliyev Leninqrad göylərində qəhrəmanlıq göstərərək düşmənin 6 təyyarəsini vurub saldı. Mehdi Hüseynzadə 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə xeyli düşmən qırmış və ələ keçməmək üçün son gülləsini özünə vurmuşdu. Ona ölümündən xeyli sonra - 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı verildi. Əli Babayev İtaliyadakı partizan hərəkatında iştirak etmiş, Haribaldi adına batalyonun komandiri olmuş, döyüşlərdəki igidliyinə görə İtaliyanın “Hərbi şücaətinə görə” gümüş medalı ilə təltif olunmuşdu. Vilayət Hüseynov Mussolinini həbs edən partizanlar arasında olmuşdu. Əkbər Ağayev isə Bu- henvald ölüm düşərgəsində yaradılan təşkilatın rəhbərlərindən biri olmuş və ələ keçdikdən sonra güllələnmişdi. 1942-ci ilin mayında faşistlər Kerç və Xarkovu ələ keçirdi və Volqaya tərəf irəlilədi, iyulun 25-də Krasnodar və Maykop tutuldu. Vəziyyət ağır idi. Faşistlər “Edelveys” planı üzrə Qafqaza hücuma hazırlaşırdılar. 1942-ci il sentyabrın 9-da Azərbaycan SSR-də hərbi vəziyyət elan olundu. Bakı müdafiə rayonu yaradıldı. Düşmən 1942-ci ildə 71 dəfə, 1943-cü ildə isə 3 dəfə Bakının səmasına soxulmağa cəhd göstərdi. Faşistlərin Bakı üzərində 96 hərbi təyyarəsi məhv edildi.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə