Azərbaycan respublikasi təHSİl naziRLİYİ MİNGƏÇEVİr döVLƏt universiteti Azərbaycan tarixi FƏNNİNDƏn m ü h a z I r ə L ə R



Yüklə 453,92 Kb.
səhifə33/40
tarix27.12.2023
ölçüsü453,92 Kb.
#163957
1   ...   29   30   31   32   33   34   35   36   ...   40
3. Azərbaycan SSRİ-nin tərkibində.
Cümhuriyyətin süqutundan sonra Azərbaycan tarixinin sovet dövrü başlandı. 1920-ci il aprelin 28-də bolşeviklər “müstəqil” Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığını elan etdilər. XI Qırmızı ordu hissələri 1920-ci il aprelin 28-30-da Gəncə, Lənkəran, Şamaxı, Salyan, Şuşa və Ağdamda hakimiyyəti ələ keçirdilər. 1920-ci il mayın 1-də Qırmızı ordu Gəncəyə daxil oldu. Qazax, Göyçay, Şəki, Zaqatala və Balakən də ələ keçirildi. Mayın ortalarında isə Qırmızı ordu Qarabağ bölgəsini nəzarət altına aldı. Sovet Rusiyasının hərbi donanması mayın 1-də Bakı limanına daxil oldu, mayın 3-də isə Lənkərana və Astaraya desant çıxardı. Türk qoşunlarının Naxçıvanda olması, Rusiyanın Türkiyə ilə mehriban münasibətlər qurmaq istəməsi Naxçıvanın bir qədər gec sovetləşdirilməsinə səbəb oldu. XI Qırmızı ordu Naxçıvanı yalnız iyulun 28-də sovetləşdirə bildi.
1920-cı ilin iyununda İnqilab Komitəsi dövlət və ictimai təşkilatların fəaliyyətinə nəzarət edən Fəhlə-Kəndli Müfəttişliyi (FKM) təsis etdi.
Azərbaycan Müvəqqəti İnqilab Komitəsi - Azərbaycan İnqilab Komitəsi - (1920-a il 28 aprel - 1921-ci il 19 may) 1920-ci il Aprel işğalı nəticəsində Şimali Azərbaycanda yaradılmış ali dövlət hakimiyyət orqanı. Bu orqan 1920-ci il aprelin 28-də Azərbaycan K(b)PMK tərəfindən elan olunmuşdu. İnqilab Komitəsinin sədri Nəriman Nərimanov idi. Nəriman Nərimanov İnqilab Komitəsinin tərkibinə qiyabi olaraq daxil edilmişdi.
Azərbaycanda bütün hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə verildi. Müvəqqəti İnqilab Komitəsi yeni hökuməti, yəni Azərbaycan Xalq Komissarları Sovetini təşkil etdi. Sovetin sədri N.Nərimanov oldu. H.Sultanov, Ə.H.Qarayev, Q.Musabəyov, M.D.Hüseynov, Ç.İldırım, D.Bünyadzadə, Ç.Və- zirov hökumətin tərkibinə daxil oldu. Əslində isə respublikanı Azərbaycan K(b)P idarə edirdi. Partiya rəhbərliyinin tərkibi isə, əsasən, rus və ermənilər- dən ibarət idi. İnqilab Komitəsi ilk günlərdə polisi ləğv edərək qırmızı fəhlə- kəndli milisi yaratdı. 1920-ci il 3 may tarixli dekretlə yerlərdə qəza, mahal və kənd inqilab komitələri yaradıldı. Mayın 12-də Xalq Məhkəməsi haqqında fərman verildi. Əksinqilaba və təxribatçılığa qarşı mübarizə məqsədilə Fövqəladə Komissiya və Ali inqilabi Tribunal təsis edildi.
İnqilab Komitəsinin 1920-ci il 12 may tarixli dekreti ilə silki və mülki rütbələr (zadəgan, kəndli, bəy, xan, knyaz) ləğv olundu. 1920-ci il 15 may tarixli dekretlə Xalq Maarif Komissarlığı vicdan azadlığını bəyan etdi: dövlət və pullu məktəblərdə şəriət dərslərinin keçilməsi, hər cür dini ayinlərin icra olunması qadağan edildi, din dövlətdən və məktəbdən ayrıldı. İnqilab Komitəsinin 1920-ci il 5 may tarixli dekretinə görə, bütün xan, bəy və vəqf torpaqları müsadirə edilərək ödənişsiz olaraq kəndlilərin istifadəsinə verilirdi. Beləliklə, mülkədar torpaq sahibliyi ləğv olundu. 15 may tarixli dekretlə Azərbaycan ərazisindəki meşələr, sular və yeraltı sərvətlər milliləşdirilə- rək dövlət mülkiyyətinə verildi. Torpağın milliləşdirilməsi nəticəsində Azərbaycan kəndində kənd təsərrüfatı artelləri, kommunalar və sovxozlar meydana gəldi.
Azərbaycanı işğal edən Sovet Rusiyası öz imperiya niyyətlərini həyata keçirərək Azərbaycan xalqının iradəsi əleyhinə hərəkət etməyə başladı. Azərbaycan xalqına vurulan ən ağır zərbə onun tarixi torpaqlarının zorla qoparılaraq qonşu respublikalara, ilk növbədə isə Ermənistana “bağışlanması” oldu. Aprel çevrilişindən dərhal sonra daşnak Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəinki azalmadı, əksinə daha da gücləndi. Bolşevik rəhbərliyi nəinki Ermənistanın bu iddialarına qarşı çıxdı, əksinə Azərbaycan torpaqlarının Ermənistana verilməsi üçün əlverişli şərait yaratmağa başladılar. Daşnak Ermənistanının əsas iddia irəli sürdüyü ərazilər Zəngəzur, Naxçıvan və Qarabağın dağlıq əraziləri idi. 1920-ci ilin aprelində Azərbaycanda daxili siyasi vəziyyətin kəskinləşməsindən istifadə edən daşnak Ermənistanı Azərbaycanın əzəli torpaqları olan Zəngəzur və Qarabağın dağlıq hissəsinə qoşun yeritmişdi. Aprelin 30-da Azərbaycanın sovet rəhbərliyi Ermənistana öz qoşunlarını Zəngəzur və Qarabağdan geri çəkmək haqqında nota verdi. Lakin bu notaya əhəmiyyət verməyən Ermənistan öz təcavüzkar hərəkətlərini davam etdirirdi. Belə olduqda XI Qızıl Ordu hissələri 1920-ci ilin iyulunda Zəngəzur və Naxçıvan istiqamətində hərəkətə başladı. 17 iyulda Zəngəzur ərazisi erməni daşnaklarından təmizləndi və Zəngəzurda sovet hakimiyyəti quruldu. Avqustun 10-da daşnak Ermənistanı ilə sülh müqaviləsi imzalayan Sovet Rusiyası Naxçıvanın Ermənistana verilməsini, Zəngəzur və Qarabağın dağlıq hissəsinin isə mübahisəli ərazi elan edilməsini tanıdı. Lakin N.Nərimanov başda olmaqla Azərbaycan rəhbərliyi Sovet Rusiyasının bu addımına kəskin etirazlarını bildirdilər. N.Nərimanovun qətiyyətli mövqeyi və Türkiyə nümayəndə heyətinin Azərbaycanın haqlı tələblərini müdafiə etməsi nəticəsində Sovet Rusiyası öz qərarından geri çəkilmək məcburiyyətində qaldı. Lakin 1920-ci il avqustun sonlarına doğru sovet rəhbərliyi Zəngəzurun parçalanması və faktiki olaraq Yuxarı Zəngəzurun Azərbaycandan qoparılması üçün bir sıra addımlar atdı1920-ci ildə noyabrın 28-də daşnak Ermənistanını ələ keçirən sovet qoşunları Ermənistanda sovet hakimiyyətinin qurulduğunu elan etdilər. Bu hadisə Azərbaycanın əzəli torpaqlarının Ermənistan SSR-ə birləşdirilməsində mühüm rol oynadı. Ermənistanda sovet hakimiyyətinin qurulmasından 3 gün sonra 1920-ci il dekabrın 1-də Zəngəzurun bütövlükdə Sovet Ermənistanına birləşdirilməsi haqqında qərar qəbul olundu. Ermənistan SSR yalnız 1921-ci ilin ortalarına döğru Zəngəzuru qəti şəkildə öz ərazisinə qata bildi.
1920-ci ilin yayından Azərbaycanda tətbiq edilən “hərbi kommunizm” siyasəti özünü doğrultmadı. Sovet Rusiyasının özündə də bu siyasətdən xeyli narazılıq var idi. Petroqradda və Moskvada olduğu kimi, Azərbaycanda da bir sıra müəssisələrdə tətillər başladıı. Buna əsas səbəb ərzaq qıtlığı və gündəlik çörək normasının azaldılması idi. Fəhlə tətilləri ilə yanaşı bir sıra qəzalarda da kəndli həyəcanları başladı. Buna görə də sovet rəhbərliyi 1921-ci il 10 martda RK(b)P-nin X Qrultayında “Yeni iqtisadi siyasətə” keçməyi qərara aldı. Azərbaycanda YİS-ə 1921-ci ilin 17 mayında ərzaq sapalağının ləğv edilməsi ilə keçildi. YİS-in mahiyyəti ondan ibarət idi ki, hakim mövqelər dövlətin əlində olmaq şərti ilə ərzaq vergisi tətbiq olunur, azad ticarətə imkan verilir, kooperasiya, bank və sənaye şəbəkələri yaradılmasına, muzdlu əmək tətbiq edilməsinə, icarəyə imkan yaradılırdı. Azərbaycan qəzalarında da yeni sənaye sahələrinin yaradılmasına diqqət artırılırdı. 1925-ci ildə Gəncədə mahud fabriki, 1927-ci ildə Nuxada baramaçan fabrik, 1926/27-ci ildə Yevlaxda və Ucarda pambıqtəmizləmə zavodları, Lənkəranda (1927) və Ordubadda (1928) konserv zavodları tikilib istifadəyə verildi. 1930-cu illərin or- talarınadək Azərbaycanda partiya rəhbərliyinə tez-tez bir-birini əvəz edən digər millətlərin nümayəndələri (S.M.Kirov, L.Mirzoyan, N.Giqalo, V.Polons- ki, R.Ruben) təyin olunurdular. 1934-cü ilin yanvarından Azərbaycan Kommunist Partiyasına Mir Cəfər Bağırov başçılıq etməyə başladı və 1953-cü ilədək partiya rəhbərliyində sabitlik bərqərar oldu. Beləliklə, kommunist partiyasının diktatorluğu şəraitində Azərbaycanda da inzibati-amirlik sistemi formalaşdı. Repressiya illərində Azərbaycan xalqının minlərlə övladına "xalq düşməni" damğası vurulmuş, görkəmli elm, sənət, mədəniyyət xadimləri, ziyalılar fiziki və mənəvi repressiyaya məruz qalmışlar.
Azərbaycanda Sovet hakimiyyəti qurulduğu ilk illərdən başlayan siyasi repressiyalar nəticəsində heç bir əsas olmadan minlərlə, on minlərlə insan ailələri ilə birlikdə yurd-yuvalarından Orta Asiyaya, Qazaxıstana, Sibirə sürgün edilmişdir.
Xüsusən, 1937-1938-ci illərin repressiyaları Azərbaycanın milli kadr potensialına böyük zərbə vurmuşdur. Cəza orqanlarında işləyən Sumbatov-Topuridze, Qriqoryan, Markaryan və başqaları kimi türk düşməni olan ermənilərin vasitəsilə on minlərlə azərbaycanlı məhv edildi və ya sürgünə göndərildi. Repressiya illərində Azərbaycanın 51 rayonundan 31- nin Xalq Daxili İşlər Komissarlığı rayon şöbələrinin rəisi erməni idi. 1937-ci ildə R.Axundov, Ə.Qarayev, S.M.Əfəndiyev, Q.Musabəyov, Q.Vəzirov, D.Bün- yadzadə kimi partiya xadimləri güllələndilər. Güllələnənlər xalqa “xəyanətdə”, “əks-inqilabi” və “casusluq” fəaliyyətində günahlandırılırdılar. Elə həmin il Şamaxıda başda H.Sultanov olmaqla bir qrup kommunist və bitərəf mühakimə o/untfu. Təkcə 1937-ci ildə Azərbaycanda 29 min “xalq düşməni” güllələndi. 1937-1939-cu illərdə Azərbaycanın minlərlə ziyalısı, o cümlədən H.Cavid, M.Müşfiq, Əli Nəzmi, Əhməd Cavad, T.Şahbazi, S.Mümtaz, S.Hüseyn, B.Talıblı, Ə.Razi və b. xarici dövlətlərə casusluqda və “pantürkizm”də günahlandırılaraq repressiya qurbanları oldular.
Siyasi mühacirət 1920-1930-cu illər tariximizdə mühüm yer tutur. Siyasi mühacirlər o şəxslər idilər ki, onlar Azərbaycandan 1920-ci ilin aprel işğalından sonra, kollektivləşmə illərində və 1937-1940-cı illərdə çıxıb getmişdilər. Həmin insanlar Türkiyə, İran, Fransa, Polşa, Almaniya və digər Avropa ölkələrində məskunlaşmışdılar. Azərbaycan Cümhuriyyətinin liderləri (F.Xoyski, Mustafa Vəkilov, Şəfi bəy Rüstəmbəyli, Nağı Şeyxzamanlı) qonşu Gürcüstana getmişdilər. F.Xoyskini və H.Ağayevi Tiflisdə ermənilər öldürdülər.

Yüklə 453,92 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə