Azərbaycan respublikasi təHSİl naziRLİYİ QƏRBİ kaspi universiteti



Yüklə 54,96 Kb.
səhifə2/4
tarix31.05.2022
ölçüsü54,96 Kb.
#88454
növüDərs
1   2   3   4
Orta əsrlər tarixi-1

III. FƏNNİN TƏSVİRİ VƏ MƏQSƏDİ:
FƏNNİN TƏSVİRİ: Orta əsrlər tarixi predmeti əsas fənn kimi Tarix, Beynəlxalq münasibətlər, regionşünaslıq, humanitar və b. ixtisaslar üçün nəzərdə tutulur. Kurs nəzəri və seminar dərslərindən ibarətdir. Burada bütün fundamental anlayışların təsviri və onların tətbiqi, Qərbi Avropa ölkələrinin dövrün daxili və xarici siyasəti öz əksini tapır.
FƏNNİN MƏQSƏDİ:. Kursun mənimsənilməsi nəticəsində tələbə bilməlidir:

  • Orta əsrlər tarixi fənninin predmeti, başlıca anlayışları, mənbələri, dövri təsnifatını, tədqiqat metodlarını

  • Orta əsrlər tarixinin təşəkkül və inkişaf mərhələlərini

  • Orta əsrlərdə baş verən tarixi proseslər, bu proseslərin səbəb və nəticələrini

  • Orta əsrlərdə xalqların mədəniyyətlərini və bu mədəniyyətlərin inkişaf xüsusiyyətlərini


FƏNNİN TƏDRİSİNİN NƏTİCƏLƏRİ (HƏDƏFLƏRİ):
Kursun mənimsənilməsi nəticəsində tələbə bacarmalıdır:

  • Orta əsrlər tarixi fənninin predmetini və mənbələrini izah etməyi

  • Orta əsrlərdə xalqların və dövlətlərin yerləşdiyi əraziləri, bölgənin xalqlarının yerdəyişməsini xəritədə göstərməyi, izah etməyi

  • Orta əsrlərdə sosial-iqtisadi və siyasi proseslərin inkişaf dinamikasını müəyyənləşdirməyi

  • Orta əsrlərdə mövcud olmuş dövlətlərin daxili və xarici siyasətlərinin əsas istiqamətlərini izah etməyi

  • Orta əsrlər ölkələrində baş vermiş müxtəlif siyasi, sosial proseslər, hərəkatların baş verməsi səbəblərini, gedişini və nəticələrini izah etməyi

  • Mühazirə, mənbə, elmi ədəbiyyatdan və d. resurslardan istifadə etməklə Orta əsr ölkələrində mövcud olan problemlər üzrə yazılı və şifahi nəticələr irəli sürməyi

  • Mənimsənilmiş bilikləri məntiqi və ardıcıl nümayiş etdirməyi

  • Elmi tədqiqat metodlarına uyğun olaraq mövzuya aid tədqiqat işi yazmağı

  • Müasir dövrlə tarixi hadisələri əlaqələndirməyi, nəticə çıxartmağı.

  • Müqayisəli təhlil, analiz və sintez metodlarını tətbiq etməyi




Yüklə 54,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə