Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə2/35
tarix21.04.2022
ölçüsü0,91 Mb.
#85804
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   35
Ekoloji-ekspertiza-və-ekoloji-audit

Ətraf  mühitə

 

t

əsirin  qiymətləndirilməsi

 

–  fiziki,  bioloji  və  sosial-iqtisadi  ətraf  mühit 

baxımından  inkişaf  planının  iqtisadi  potensialının  imkanlarını  müəyyənləşdirməyə,  həmçinin 

ətraf mühitə mənfi təsirin istisna edilməsi və ya onların minimal səviyyəyə endirilməsi yollarını 

seçməyə kömək edən prosesdir. 

Strateji  ekoloji  qiym

ətləndirmə

  -  strateji  s

əviyyədə  nəzərdə  tutulan  fəaliyyətin  ətraf 

mühitə təsirinin qiymətləndirilməsidir. 



Ekoloji  ekspertiza

 

t

əsərrüfat  fəaliyyətinin  ətraf  mühitə  ola  bilən  mənfi  təsirinin  və 



onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılması məqsədilə 

ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji tələblərə uyğunluğunun müəyyən edilməsidir. 

Ekoloji ekspertiza il

ə ƏMTQ-nin əsas fərqi: 

Ekoloji  ekspertiza  t

əsərrüfat,  idarəetmə  və  digər 



q

ərarın  qəbul  edilməsi  mərhələsində 

ekoloji t

ələblərin nəzərə alınması və həyata keçirilməsinin hüquqi vasitəsidir. 

ƏMTQ  –  müvafiq  təsərrüfat 



q

ərarının  hazırlanması  mərhələsində

  ekoloji  t

ələblərin 

n

əzərə  alınması  və  həyata  keçirilməsinin  hüquqi  vasitəsidir.  Konkret  inkisaf  layihəsi  ilə 



əlaqədar  ƏMTQ  üzrə  fəaliyyət  inkişafın  planlaşdırılması  mərhələsindən  və  onun 

realla


şdırılmasının texniki-iqtisadi əsaslandırılmasına hazırlıqdan başlanmalıdır. 

Ekoloji  ekspertiza  v

ə  ƏMTQ  predmetinin  öyrənilməsi  ekoloji  xarakterli  ictimai  əlaqələr 

sferasına  aid  olub  təbiətdən  istifadə  və  ƏMTQ-də  və  idarə  olunmasında  informasiya 

metodlarından  biridir  və  eyni  zamanda  ətraf  mühitin  və  əhalinin  sağlamlığının  dəyişməsinin 

öyrənilmə və proqnoz üsullarıdır. Bu predmet ekoloji elmlərin tətbiqi oblastına aid olub ekoloji 

sosial  praktikada  «ekoloji  ekspertiza»  adlanır  və  bu  barədə  dövlət  qanunvericiliyində  qeyd 

olunur. Bu istiqam

ət nisbətən yeni olduğundan bir sıra yeni terminləri var: 

1.

 

Ekoloji  ekspertiza 

–  dövlət  qanunvericiliyində nəzərdə  tutulan  təsərrüfat  və  ya  digər 

f

əaliyyətin ekoloji tələblərə uyğunluğunun müəyyən olunması və ekoloji ekspertiza obyektinin 



realizasiyaya yol verilm

əsinin təyinidir. Bu barədə Azərbaycan Respublikasının «Ətraf mühitin 

qorunması» haqqında qanunda 

dövlət ekoloji ekspertiza

 

termini vardır. 



2. ƏMTQ – bu termini 3 cür əsaslandırmaq olar: 

a)  optimal  q

ərarların  hazırlanması  zamanı  (və  ya  layihələndirmə  zamanı)  ekoloji 

t

ələblərin  qeyd  olunma  prosedurasıdır.  Ekoloji  ekspertiza  isə  hazır  layihənin  bu  tələblərə 



uyğunluğunun  müəyyən  olunması  və  onun  realizasiyası  haqqında  «yol  verilmənin  təyini» 

q

ərarının verilməsidir. Burada qərarvermə - inzibati ölçüdür. 




 

 

b) 



ƏMTQ – mahiyyətcə ətraf mühitin və insan sağlamlığı üçün layihələşdirilən fəaliyyətin 

t

əsirinin  tədqiqat  prosesi  və  onların  proqnozudur.  Ekoloji  ekspertiza  isə  dövlət  ekoloji 



ekspertiza  qanunvericiliyinin  q

ərarlarına  uyğun  qəbul  olunmuş  təsərrüfat  qərarlarının 

əvvəlcədən nəzarət yoxlamasıdır. 

c) ƏMTQ-nin məqsədi – təbiətin mühafizəsi üçün vacib qərarların qəbul olunmasıdır. 

Ekoloji  ekspertizanın  məqsədi  –  ƏMTQ-də  profilaktik  ölçülər  qəbul  olunub  – 

olunmamasından asılı olmayaraq, arzu olunmayan təsirlərin qarşısını almadır. 

1.  ekoloji 

əsaslandırma  –  ekologiya  və  təbii  sərvətlər  nazirliyinin  mütəxəssisləri 

t

ərəfindən təyin olunur ki, bu da ekosistem və insan üçün nəzərdə tutulan təsərrüfat və digər 



f

əaliyyəti qiymətləndirməyə imkan verən elmi proqnozların cəmidir. 

2. ekoloji audit 

– müəyyən olunmuşdur ki, ekspert tədbirləri nəinki layihə mərhələlərində, 

ekoloji istiqam

ətin müxtəlif mərhələlərində bəzi ölçülər həddini aşır. Ona görə də ekoloji audit 

müxtəlif cür izah olunur.  

a)  ekoloji 

əhəmiyyətli  istənilən  fəaliyyətin  faktiki  nəticələrinə  görə,  uyğun  təlimat  və 

t

əkliflərin analizi, qiymətləndirilməsi və işlənməsidir. 



b) 

audit olunan müəssisənin ekoloji-iqtisadi vəziyyəti haqqında informasiyanın yığılması 

v

ə qiymətləndirilməsini özündə cəmləşdirən sahibkarın fəaliyyətidir.  



Ekoloji ekspertiza v

ə ƏMTQ-nin vəzifələri ümumi halda aşağıdakı kimidir: 

 

H



ərtərəfli obyektiv elmi tədqiqatların təşkili və aparılması; 

 



N

əzərdə  tutulan  ölçülərin  effektivliyi,  tamlığı,  əsaslı  olmağı  nöqteyi  nəzərdən 

obyektl

ərin analizi; 

 

Ekoloji  v



əziyyət  haqqında  informasiya  əsasında  ekoloji  proqnozlaşmanın  təmin 

olunması; 

 

Ekspertiza 



olunmuş 

obyektlərin 

ekoloji 

standartlara 

uyğunluğunun 

qiym


ətləndirilməsi; 

 



Layih

ələrin hazırlanmasında dövlət ekoloji nəzarətin təmin olunması; 

 

Obyektiv,  elmi 



əsaslandırılmış nəticələrin  dövlət  və  digər  orqanlara  qərar  verilməsi 

üçün hazırlanması; 

 

İctimaiyyətin  və  digər  marağı  olan  şəxslərin  başverə  biləcək  ətraf  təbii  mühitə 



arzuolunmaz t

əsirlər və onların fəsadları haqqında məlumatlandırılması; 

 

Bu  mövzuda  baş  verən  sosial-psixoloji  gərginlikləri  aradan  qaldırmaq  və 



konfliktl

ərin qarşısını almaq. 




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə