Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   44
PEDAQOGIKA-2

Sistematiklik v
ə ardıcıllıq prinsipi. 
T
əlimdə sistematiklik və ardıcıllıq prinsipi uşaqlara 
veril
ən biliyin sistemli və ardıcıl olmasını tələb edir. O, təlim materialının mənimsənilməsində 
ardıcıllığı, sistemi nizama salır. Məşğələ prosesində təlimin məzmunun məntiqi əsasda 
qurulmasını tələb edir. Təlimdə ardıcıllıq və sistemlilik uşaq bağçasının proqramlarında nəzərə 
alınmışdır. Tərbiyəci məşğələyə aid mövzunu proqramdam götürülür (əmək, təbiətdəki fəsil 
d
əyişikliyi, bitkilərə qulaq və s.) Müxtəlif məşğələlrdə mövzunun açılışı, işin aparılma metodikası, 
yeni bilikl
ərlə keçmiş biliyin arasında əlaqəni yaratmaq tərbiyəçinin vəzifəsidir. 
T
əkrarlar uşaqlarda bilik, bacarıq və vərdişləri möhkəmləndirir, yenilərini yaradır. 
T
əlim prosesində uşaqlar yeni-yeni biliklər qazanır. Təlim prosesində uşaqlar yeni-yeni biliklər 
qazanır. Əvvəlcə uşaqlar əyani müşahidə edirlər. Sonra onun şəklini görürlər.onun haqqında şer 
öyrənirlər,daha sonra applikasiyada onun fiqurunu düzəldirlər.
Bu cür təkrar nəticəsində obyekt yeni əhəmiyyət kəsb edir, uşaqlar möhkəm.zəngin bilik 
qazanır.ümumiləşdirmələr apararaq sistemli biliyə malik olurlar. 
Müvafiqlik prinsipi.
Müvafiqlik prinsipi tələb edir ki, təlim materialının həcmi. Məzmunu 
uşaqların inkişaf səviyyəsinə uyğun olsun. Vaxtilə Y.A.Komenski bu prinsipin bir neçə 
qaydasını göstərmişdir ki, indi də onlar öz əhəmiyyətini itirməyib.mürəkkəbə.yaxından uzağa, 
asandan çətinə, məlumdan məchula bunlar müvafiqlik prinsipinin qaydalarıdır. 
Şüurluluq və fəallıq prinsipi.
Akademik İ.U.Lerner biliyin möhkəmləndirilməsində şüurluluq və 
f
əallığı əsas götürmüşdür. Bilik o zaman möhkəm olur ki, o, şüurlu mənimsənilir.
Bunun ücün tərbiyəçi həmişə optimal şərait yaratmalıdır. Uşaqları düşündürən məzmunlu 
t
ələblər qoymalıdır.


Uşaq verilən tapşırığı yerinə yetirərkən səhv etmişsə tərbiyəçi ona kömək edir. Bunun asan 
olduğunu görən uşaq “ necə olub ki, mən bunu tapa bilməmişəm” deyir, səhvini başa düşür. 
Burada t
ərbiyəçinin vəzifəsi uşağın təfəkkürünü inkişaf etdirməkdir. Tərbiyəçi uşağın şüurlu 
f
əallığını artırmaq ücün təlim zamanı onların müstəqilliyini təmin etməlidir. Uşaqları biliklərini 
t
əkminləşdirməyə, yeni-yeni bilik əldə etmələrinə çalışdırmalıdır. Uşaqlara ətraf aləm, fakt və 
hadis
ələr haqqında dolğun biliklər verməklə onlara biliyi şüurlu mənimsətmək olur.
U
şaq biliyi şüurlu mənimsədikdə, bu onun hafizəsində əbədi qalır. Çünki uşaqlıqda öyrənilmiş 
bilik daşa həkk olunmuş yazı kimidir. Bu prosesdə uşaqların hissləri də böyük rol oynayır. Bu 
hissl
ər uşaqlarda yeniliyi qavramağa kömək edir, onlarda yüksək emosiyalar yaradır. 
T
əlimin şüurlu mənimsənilməsinin bir sıra səbəbləri var:
a) 
T
əlimin məzmununun uşaqlar tərəfindən aydın başa düşülmısi; 
b) 
Uşaqları “mən özüm” kimi fəallığa aşılanması; 
c) 
Çətinliyi aradan qaldırmaq, fəaliyyət priyomları. Biliyi şüurlu mənimsədən vasitələrin 
olması. 
T
ərbiyəçi tapşırığı yerinə yetirən uşağa: “ Sən bunu necə etdin, səhvini necə tapdın?” kimi 
suallar verm
əklə onların diqqətini ozünün fəaliyyətinə yönəldir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə