Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   44
PEDAQOGIKA-2

Elmilik prinsipi. 
Prinsip
ə təlim metodlarının tətbiqi qanunauyğunlqlarından irləli gələn bir 
sıra tələblər verilir. Bu prinsipin mahiyyətini uşaqlara həqiqi biliklərin verilməsi, həyat 
h
əqiqətlərinin düzgün əks olunması təşkil edir. Eyni zamanda uşaqların gələcək məktəb 
t
əliminə hazırlanmağın təməlini qoyur. Uşaqları məktəb intizamına hazırlayır. Təlim öz elmiliyini 
itirm
ədən həyat təqiqətlərini əks etdirir. Məktəbəqədər yaşlı uşaqları emprik biliklərə 
m
əhdudlaşdırmaq olmaz. Emprik bilik hər hansı bir əşyanın zahiri görünüşü ilə uşaqları tanış 
edir. 
Emprik biliyin 
əsasında qabiliyyət formalaşır. Təhlil, tərkip, mücərrədləşdirmə, ümumiləşdirmə, 
əqli nəticə cixarma prosesi gedir. Bu qabiliyyətlər uşaqlara gələcəkdə nəzəri biliklər qazanmağa 
imkan verir. N
əzəri təlim tələb edir ki, elmilik prinsipinin qaydalarına əməl olunsun. Tərbiyəçi 
uşaqlara əşyaların görünməyən tərəfini tapmaqda, hadisənin mahiyyətini qavramaqda kömək 
etm
əli, onu maraqlandırmalı müsbət münasibətdə olması üçün şərait yaratmalıdır. Obyektin tam 
qavranılması üçün uşaq əşyanın mövcud əlamətlərini, xarakterik xüsusiyyətini onların 
arasındakı sadə əlaqələri görə bilməlidir. Özü müstəqil təhlil-tərkib apara bilməli, dərk olunmuş 
obyektin adını düzgün öyrənməli, onun hissələrini, bəzi keyfiyyətlərini bildirən elmi terminləri 
öyrənməlidir. Tərbiyəçi uşaqların qarşısında öyrənilən obyektin mənzərəsini açır, onun lazımi 
t
ərəflərini öyrənməyə istiqamətləndirir. Məşğələlər vasitəsilə onlar həyati hadisələri haqqında 
yeni m
əlumatlar alır, nitqləri inkişaf edir. 


Əyanilik prinsipi. 
Əyanilik məktəbəqədər yaşlı uşaqların təlimində mühüm yer tutur. 
Uşaqların təfəkkürü zənginləşir, əyani-obrazlı asan qavrayırlar. Görkəmli pedaqoq 
Y.A.Komenski 
əyaniliyi müəllimlər üçün “Qızıl qayda” adlandırmışdı. O, deyirdi ki, duyğularda 
olmayan şey ağılda da yoxdur. 
Y.
A.Komenski bir q
ədər də irəli gedərək deyirdi ki, “Görünəni gözə, eşidiləni qulağa, dadbilməni 
dadbilm
ə üzvünə, iybilməni iybilmə üzvünə vermək”- əgər bir əşyanın tam qavranılmasında bir 
neçə hiss üzvlərinin iştirakı lazımdırsa, onların hamısı dərhal o obyektə yönəldilməlidir. 
Y.
A.Komenski deyirdi ki, “ uşaq təbiəti əyanilik tələb edir”. 
Bu prinsip müasir məktəbəqədər pedaqogikada yüksək qiymətləndirilir. Əyanilik məktəbəqədər 
yaşlı uşaqların təfəkkürünün əsas inkişafedici vasitəsidir. 
Əşyanın reallığı və obrazlığının düzgün təşkili uşağın fikri reallığını artırır. Əyanilik kecmişi yada 
salır, yadda saxlamanı möhkəmləndirir. Təlim əyani etmək- o deməkrir ki, uşaq obrazı görür, 
ətrafındakıları qavrayır, beləliklə, tafəkkür praktik fəaliyyətlə əlaqələndirilir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə