Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   44
PEDAQOGIKA-2

 
 
 
 


Mövzu: 20. Təlim və tərbiyə işlərinin uşaq bağcasında planlaşdırılması və həyata 
kecirilm
əsi. 
PLAN:
1. Uşaq bağçasında təlim-tərbiyə işlərini planlaşdırmanın funksiyası və
planlaşdırmaya verilən tələblə 
2. T
əlim-tərbiyə işlərinin planlaşdırılmasının məzmunu 
3. T
əlim-tərbiyə işlərinin planlaşdırılması formaları 
4. Böyük qrup uşaqları ilə tərbiyə işlərinin planlaşdırılmasının xüsusiyyətləri 
5. T
ərbiyə işlərinə aid hesabat. 
1. Uşaq bağçasında tərbiyə və təlim işlərinin planlaşdırılması vacib bir məsələdir və bunun 
h
əyata keçirilməsi müdirin, metodistin, tərbiyəçinin fəaliyyətindən çox asılıdır. Planlaşdırma 
uşaq bağçasında tərbiyə və təlim işlərini pedaqoji, elmi və metodiki cəhətdən düzgün, mövcud 
şəraitə uyğun olaraq müntəzəm və ardıcıl həyata keçirilməsi nəzərdə tutulan nəzəri və əməli 
işlərə deyilir. Planlaşdırmada “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” əsas 
s
ənəd kimi nəzərə alınır.
Plan t
ərbiyə işlərinin vəzifəsini, fəaliyyətinin əsas növlərini, onların həyata keçirilməsi yollarını, 
müəyyən vaxt çərçivəsində icrasını əhatə edir. Onda tərbiyə və təlimin yerinə yetirilməsi üçün 
müxtəlif metod və vasitə tərzlərin qarşılıqlı əlaqəsi, uşaqların müxtəlif fəaliyyətinin 
uzlaşdırılması, tərbiyəçilərin təşkilatçılıq bacarığı, fəaliyyətdə onların müstəqilliyini, kollektiv, 
qrup v
ə fərdi şəkildə həyata keçirilən iş növlərini əhatə edir.
Planlaşdırmanın 2-ci funksiyası müəyyən zaman daxilində pedaqoji fəaliyyətin həyata 
keçirilməsidir. Uşaqlarla aparılan işin məzmununu, forma və metodlarını tədricən çətinləşdirmək, 
pedaqoji prosesin quruluşunda dəyişiklik yaratmaq da planlaşdırmada mühüm yer tutur. Bu 
funksiyanın icrasını planlaşdırarkən pedaqoji prosesə təşkilatşılıq və planauyğun xarakter 
verm
ək, tərbiyəçinin fəaliyyətində məqsədyönlülüyü və səmərəliliyi gücləndirməklə uşaqların 
formalaşmasında hərtərəgliliyi təmin etməkdir. 
Uşaq bağçasının tərbiyə və təlim işlərini planlaşdırılmasının səmərəliliyi aşağıdakı tələblərə 
əməl olunmasından asılıdır: 
1. 
Planlaşdırma uşaqlarla aparılan işin ideya istiqamətini müəyyənləşdirməlidir. Təlim-
t
ərbiyə işləri uşaqların yaşına və anlaq səviyyəsinə uyğun olaraq müstəqil Azərbaycan 


dövlətinin daxili və xarici siyasətinin məzmununu özündə əks etdirməlidir. Uşaq həyatının 
mahiyy
əti, məzmunu, uşaqla aparılan tərbiyə işlərinin metod və tərzləri onların hərtərəfli 
inkişafına xidmət etməlidir. Planda birinci növbədə uşaqların əxlaqi cəhətdən formalaşdırılması 
n
əzərdə tutulmalı, onun fəallığı, müstəqilliyi təmin edilməli, uşaqların mədəni davranış 
qaydalarına yiyələnməsi həyata keçirilməlidir.
2. 
Planlaşdırma pedaqoji prosesin təşkilini tam əhatə etməlidir. Planda kollektiv işlə 
f
ərdi işin uzlaşdırılmasında səmərəlilik nəzərə alınmalıdır.
3. 
T
ərbiyə işlərinin planlaşdırılması zamanı pedaqoji tələblərə ciddi diqqət 
yetirilm
əlidir. Planlaşdırma zamanı tərbiyə və təlim işlərinin məzmunu, uşaq fəaliyyətinin təşkili 
formaları, onlara rəhbərlik, pedaqoji prosesin tədricən çətinləşdirilməsi diqqət mərkəzində 
saxlanılmalıdır.
4. 
Planda bağça rəhbərliyinin fəaliyyəti tam və real əhatə olunmalıdır. Plan uşaq 
maraqlarının nəzərə alınması baxımından da real olmalıdır.
2. M
əktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsinin planlaşdırılması “Məktəbəqədər 
müəssisələrdə tərbiyə və təlim proqramı” nda öz məzmununu tapır. Burada görülən işlərin 
m
əzmunu, işin təşkili, uşaqlara mədəni-gigiyenik vərdişlərin aşılanması, asudə vaxtın təşkili, ailə 
il
ə işin növləri və xarakteri öz ifadəsini tapır.
T
əlim işlərinin planında həyata keçiriləcək işlərin məzmunu onun bölmələrində ətraf 
mühitlə tanışlıq və nitq inkişafı, sadə riyazi təsəvvürlərin inkişaf etdirilməsi, rəsm, yapma, 
quraşdırma, musiqi tərbiyəsi, fiziki mədəniyyət öz ifadəsini tapır. Məşğələlərin 
planlaşdırılmasında uşaq bağçasının konkret şəraiti və qruplar üzrə uşaqların yaş və fərdi 
xüsusiyyətləri nəzərə alınır. Planda biliyin məzmununu təkrarla möhkəmləndirmə və tədricən 
çətinləşdirmə nəzərdə tutulur. Bütün mövzular üzrə əlaqələndirmədə uşaqların marağına fikir 
verilm
əlidir. Onlar uşaqların zehni inkişafına kömək etməlidir. Tərbiyəçi ayrı-ayrı uşaqlarla və ya 
qrupla m
əşğələdən kənar işlərdə didaktik oyunlardan, didaktik materiallardan istifadə etməlidir. 
Davranış və mədəni-gigiyenik vərdişlər tərbiyəsinin planlaşdırılması bütün fəaliyyət prosesində 
n
əzərdə tutulur. Buna baxmayaraq ayrı-ayrı əxlaqi keyfiyyətlər üzrə vərdişlərin formalaşdırlması 

ətraf adamlarla nəzakətli və mədəni davranmaq, mədəni-gigiyenik vərdişlərə yiyələnmək, 
özünəxidmət vərdişləri və s. gün ərzində uşaqların fəaliyyətdə olması diqqət mərkəzində 
olmalıdır. 
Uşaqların oyunlarına rəhbərliyi planlaşdırarkən tərbiyəçi oyunları, onların məzmununu, 
h
əyata keçirilməsi yollarını mükəmməl bilməlidir. Oyun zamanı uşaq kollektivinin təşkili və 
t
ərbiyəsinə də ciddi diqqət yetirilməlidir. Bu məqsədlə o, qabaqcadan müəyyən etməlidir ki, 
keçiriləcək oyunda kollektiv nə qədər müstəqil olacaq, oyundan necə istifadə ediləcək, oyun 


prosesind
ə uşaqlar əxlaqi və fiziki cəhətdən nəyə yiyələnəcəklər və s. Tərbiyəçi oyun 
prosesind
ə uşaqların müstəqilliyinin inkişafı və qorunmasına ciddi diqqət yetirməlidir. 
Əmək fəaliyyətinin planlaşdırılması onun həyata keçirilməsinin təşkili ilə sıx bağlıdır. Bütün 
qruplarda 
əməyin təşkilində tapşırıqlardan geniş istifadə olunur. İş planında tərbiyəçinin yeni 
tapşırığın məzmununu qeyd etməsi məqsədəmüvafiqdir. Bu zaman tapşırığı icra edən uşağın 
adı konkret müəyyən olunmalıdır. Tərbiyəçi planda o uşaqları qeyd edir ki, onlar tərbiyəçinin 
bilavasit
ə nəzarəti altında olurlar.
T
ərbiyənin mühüm vasitələrindən biri olan bayram şənliklərinin keçirilməsi dürüst 
planlaşdırılmalıdır. Gündəlik planda tərbiyəçi bayramla əlaqədar keçirəcəyi tədbirlər, məşğələlər 
haqqında qeydlər edir, bayramın əhəmiyyətini göstərir.
Valideynl
ərlə iş planında isə valideynlərlə işin növləri, keçirilmə vaxtı və qısa məzmunu əks 
etdirilir, valideyn yığıncaqlarının keçirilməsi, məsləhətlər, uşaqların evinə gediş, məşğələlərdə 
valideynl
ərin iştirakı və s. nəzərdə tutulur.
3. Uşaq bağçasında təlim-tərbiyə işləri üç formada planlaşdırılır: 
a) uşaq bağçasının illik planı; 
b) perspektiv plan
c) t
ərbiyəçinin təqvim planı. 
İllik plan uşaq bağçasının bir ildə görəcəyi işləri əhatə edir. Orada müdriyyətin işi və təsərrüfat 
m
əsələləri, kadrlarla iş, uşaqlarla həyata keçirilən tərbiyə və təlim işlərinə aid metodiki tədbirlərə 
xüsusi əhəmiyyət verilir. Başlıca yeri uşaqlarla həyata keçirilən tərbiyə və təlim işləri təşkil edir. 
Keçən ilin bu sahədə həyata keçirilən tədbirləri təhlil olunur, müsbət və nöqsanlı cəhətlər 
göstərilir, bundan çıxış edərək qarşıdakı ildə həyata keçiriləcək tədbirlər həm ümumbağça, həm 
d
ə qruplar üzrə nəzərdə tutulur. İllik planda tərbiyəçilərin metodik işlərinin məzmunu, pedaqoji 
şuranın tematikası, məsləhətlər, valideynlərlə işin məzmunu və s. öz əksini tapır. İllik planın 
t
ərtibində müdirin rəhbərliyi altında tərbiyəçilər, metodist və tibb işçiləri iştirak edir, ümumi iclas 
planı təsdiq edirlər.
Perspektiv 
planlaşdırmanın məqsədi uşaqlarla aparılan tərbiyə təlim işlərinin sistemini 
müəyyən etmək və tərbiyə prosesində inkişafın məqsədyönlü və səmərəliliyini, istiqamətini 
düzgün təyin etməkdən ibarət olur. Perspektiv planda “Məktəbəqədər müəssisələrdə tərbiyə və 
t
əlim proqramı” nın qarşıya qoyduğu məsələlər əhatə olunur. Bu məqsədlə proqramda 
aşağıdakılar nəzərdə tutulur: a) uşaqların davranışına aid əsas məsələlər daxil edilir; b) təlimə 
aid bölmələr ardıcıllıqla sadalanır və qarşıya qoyulan məqsəd qeyd olunur; c) oyun və əməyin 
h
əyata keçirilməsi metodikası, məqsəd və vəzifələri, o cümlədən, yeni oyuncaq və digər 
avadanlıq və s. qeyd olunur.


Uşaq bağçasında kiçik qruplar üzrə perspektiv planın olması zəruri deyil. Böyük qruplarda 
perspektiv planın olması vacibdir. Çünki bu plan əsasında tərbiyəçi öz iş təcrübəsinin ümumi 
n
əticəsini müəyyənləşdirir. 
M
əktəbəqədər yaşlı uşaqların böyük qrupunda təqvim planı 10-12 gün müddətində 
“Məktəbəqədər müəssisələrin tərbiyə və təlim proqramı” nın tələbləri və bağçanın illik iş planı 
əsasında tərtib olunur. Təqvim planı üzrə məşğələləri planlaşdırarkən tərbiyəçi proqramın 
qarşıya qouduğu vəzifələri nəzərə almalıdır. Məşğələ təlim prosesi üçün aparıcı formadır, buna 
görə də o bütün yaş qruplarında təşkil olunur. Kiçik qruplarda səhər və axşam, orta və böyük 
qruplarda ancaq axşamlar belə məşğələlər aparıla bilər. İki məşğələ keçirilən qrupda təlim səhər 
fasil
əsindən sonra aparılır. Onun uzlaşdırılması üzərində diqqətlə düşünmək lazımdır. Ciddi əqli 
g
ərginlik tələb edən məşğələ ( nitq inkişafı və riyaziyyat üzrə) birinci planlaşdırılıb keçirilməli və 
h
ərəkət məşğələləri ilə ( bədən tərbiyəsi, musiqi məşğələsi və s.) uzlaşdırılmalıdır.
Plan m
əşğələnin gedişi zamanı onun strukturunu əks etdirməlidir. Çoxlu məşğələ böyük 
hazırlıq işi aparmağı tələb edir. Bu da planda öz ifadəsini tapmalıdır. Məşğələnin keçirilməsində 
hansı üsul və vasitələrdən istifadə ediləcəyi qeyd olunmalı, eləcə də məşğələ üçün hansı əlavə 
materiallar g
ətiriləcəyi müəyyənləşdirilir. Mürəkkəb məşğələ üçün icmal tərtib etmək lazımdır.
4. Böyük qrup uşaqları ilə işin əsas təşkili forması perspektiv planlaşdırmadır. O birinci və 
ikinci ild
ə əsası qoyulan fiziki, psixi-fizioloji inkişaf üzərində qurulur. Perspektiv plana tibbi-
pedaqoji yığıncaqda baxılır. Belı yığıncaqda həkim, tərbiyəçi, metodist-tərbiyəçi və müdir iştirak 
edir. Yığıncaqda hər bir uşağın sağlamlığı müzakirə olunur. Bu zaman inkişafı ləngimiş uşaqlara 
xüsusi fikir verilməlidri. Hər qrup üçün perspektiv plan aşağıdakı bölmələr üzrə işlənilir: 1. fiziki 
t
ərbiyə və uşaqların sağlamlığının möhkəmləndirilməsi; 2. uşaqların psixi-fisioloji inkişafının 
m
əzmunu; 3.uşaqların müstəqil fəaliyyətinin ümumi məsələləri üzrə valideynlərlə iş.
Erk
ən yaş dövründə uşaqlarla işin planlaşdırılmasında əsas diqqət uşaqların sağlamlığının 
möhkəmləndirilməsi və fiziki tərbiyəyə yönəlir. Bu plana müvafiq olaraq iş aşağıdakı qaydada 
qurulur: a) uşaq üçün rejimin tərtibi; b) müəyyən edilmiş vaxt üçün uşaqlara gigiyena xidmətinin 
müəyyən edilməsi; c) möhkəmləndirici masajın qəbul edilməsi; e) hərəkətlərin normal inkişafını 
t
əmin etmək. Həyatın birinci ilində uşağın psixi-fizioloji inkişafını təmin etmək və gümrahlıq 
yaratmaq üçün təmrinlərin plana daxil edilməsi yüksək əhəmiyyət kəsb edir. Bununla yanaşı, 
uşaqlara hansı oyuncaqların verilməsi və onların harada yerləşdirilməsi göstərilir. Birinci ilin 
sonunda döşəmə üstündə fəal oyun hərəkəti üçün şərait yaradılır. Gün ərzində 3-4 qısa 
m
əşğələ planlaşdırılır ki, onun hər biri 10 dəqiqədən artıq vaxt aparmamalıdır. Axşam 
fasil
əsində oyun və əyləncəli tədbirlər həyata keçirilir. Uşağa əvvəlcə bir oyuncaq verilir, sonra o 
başqa oyuncaqla əvəz olunur.


Erk
ən yaşlı uşaqların ikinci ilində perspektiv plan üzrə aşağıdakı vəzifələr həyata keçirilir: a) 
fiziki t
ərbiyə, uşaqların sağlamlığının təmin edilməsi, psixi-fizioloji inkişafın normal həyata 
keçirilməsi; b) fiziki inkişafı təmin edən hərəkətlərə diqqətin artırılması. bu məqsədlə hərəkətlərin 
inkişaf etdirilməsinə aid xüsusi məşğələ təşkil olunur, möhkəmləndirici tədbirlər keçirilir və 
müstəqillik vərdişləri aşılanır.
Uşaqların ümumi psixi-fizioloji inkişafı ilə əlaqədar perspektiv planda nəzərdə tutulan işlərin 
istiqam
əti daha dəqiq formada konkretləşdirilir:a) ətraf mühitlə tanışlıq imkanının 
genişləndirilməsi və nitqin inkişafı; b) əşyalarla davranış imkanının genişləndirilməsi; c) uşağın 
müstəqil oyun fəaliyyətinin inkişafı; e) yaşıdları və böyüklərlə ünsiyyətə girmək qabiliyyətinin 
formalaşdırılması.
Perspektiv plan üzrə tərbiyəçi həftəlik plan təırtib edir, bu zaman uşaqların yaş qrupu nəzərə 
alınır.
5. Hesabat növbəti planlaşdırmaya kömək edir. O, tərbiyəçiyə imkan verir ki, uşaqlara təsir 
göstərmək üçün əlverişli təsir vasitələri seçsin, təsirli metodlar tətbiq etsin. Tərbiyəçi birinci 
növbədə təqvim planı üzrə gördüyü işləri hesaba alır. Müvəffəqiyyət və çatışmamazlıqların 
s
əbəbləri aydınlaşdırılır. Uşaqların irəliləyişinə, bilik və bacarıqların möhkəmlənməsinə diqqət 
yetirilir. T
ərbiyəçi qrupda hər bir uşağın, eləcə də bütövlükdə qrupun fəaliyyətini qiymətləndirir. 
Hesabatda ayrı-ayrı uşağın inkişafı onun məşğələ zamanı, oyunda, gündəlik fəaliyyətdə 
davranışı öz əksini tapır. Bu zaman uşağın fəallığına, onun xarakterinin istiqamətinə xüsusi 
əhəmiyyət verilir. Bunlar tərbiyəçiyə imkan verir ki, hesabatı düzgün aparsın, onu səmərəli həll 
ed
ə bilsin. Uşağım fəaliyyətində buraxılan səhvlər hərtərəfli öyrənilib təhlil olunmalıdır. Uşaqların 
inkişafının maksimum düzgün müəyyən edilib qiymətləndirilməsi gələcək tərbiyə işlərinin də 
düzgün planlaşdırılmasına kömək edir.
İlkin yaş dövründə başlıca iş fiziki və psixi cəhətdən sağlamlığa yönəldilir. Hər bir uşaq üçün 
gündəlik doldurulur. Gündəlikdə hər gün müntəzəm olaraq uşağın sağlamlıq vəziyyəti - bədənin 
h
ərarəti, qan dövranı, nəfəsalma prosesi qeyd olunur.
İllik hesabatda qrupun xüsusiyyətlərinə uyğun olaraq təlim tərbiyə işlərinə aid uşaqların bilik, 
bacarıq və vərdişləri, proqrama uyğun götürülmüş işlərin uşaqların inkişafına göstərdiyi təsiri 
haqqında qeydlər edilir. Hesabatda uşaqların inkişafı, müstəqilliyinin səviyyəsi, mədəni 
v
ərdişlərə yiyələnmə səviyyəsi, fəallığı da qeyd olunmalıdır. Bağçanın illik hesabatında 
t
ərbiyəçilərin işindən də qeydlər edilir. 



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə