Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/44
tarix29.11.2023
ölçüsü5,01 Kb.
#143397
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   44
PEDAQOGIKA-2

 
 
 
 
 
 
 
 
 


Mövzu 17. Məktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsi. 
 
PLAN: 
1. Ekoloji t
ərbiyənin mahiyyəti 
2. Ekoloji t
ərbiyənin vəzifələri 
3. Ekoloji t
ərbiyənin prinsipləri 
4. T
əlim prosesində ekoloji tərbiyənin imkanları 
1
.Müasir mərhələdə yetişməkdə olan gənc nəslin ekoloji tərbiyəsi bəşəriyyətin qarşısında 
duran qlobal problemdir. Ekologiya il
ə bağlı əksər sənədlərdə ətraf mühitin qorunmasının 
əhəmiyyəti və ekoloji tərbiyə məsələlərini məktəbəqədər dövrdən başlayaraqhəyata 
keçirilməsinin vacibliyi öz əksini tapmışdır. Uşaqlarda təbiəti qorumaq, onun sərvətlərindən 
s
əmərəli istifadə etmək işində məsuliyyət hissi aşılanmasa, onlar bunu aydın dərk etməsələr 
ətraf mühitin qorunmasında fəal rol oynaya bilməzlər. 
Respublikamızda sənaye və kənd təsərrüfatının inkişafı ilə əlaqədar lazımi ekoloji qaydalara 
əməl edilmədiyindən sənaye tullantıları havanı, torpağı, çayları, gölləri və Xəzər dənizini 
çirkləndirir, canlı aləmə ciddi ziyan vurur, insanların həyat şəraitini pisləşdirir. Odur ki, təbiətdən 
s
əmərəli istifadə və onun müdafiəsi zamanı təbii prosesləri idarə edən qanunların nəzərə 
alınması vacibdir. 
Ekologiya dedikd
ə canlı təbiət və onun ayrı-ayrı tərkib hissələri ilə xarici aləmin qarşılıqlı 
münasibətləri, yaxud bu münasibətləri öyrənən elm nəzərdə tutulur. Tarix boyu müşahidələr 
göstərmişdir ki, təbiət nə qədər zəngin olarsa, maddi nemətlər də bir o qədər bol olar, nə qədər 
gözəl olarsa, o qədər də insan zövqünü oxşayar. Lakin insanlar bəzən istər-istəməz təbiətə 
q
əsd edir və bəlasını da özləri çəkirlər. Məhz buna görə də bu gün bir sıra şəhərlərdə insanın 
t
əbiətə qayğısız münasibəti gərgin vəziyyət yaratmışdır.
Bu gün ekologiyanın qorunması məsələlərinin dövlət tərəfindən başlıca problem kimi cəmiyyət 
qarşısında qoyulması gənc nəslin tərbiyəsində öz müsbət təsirini göstərir. Təbiətə, onun 
s
ərvətlərinə məhəbbət və qayğı uşaqlarda bilavasitə kiçik yaşlarından təşəkkül tapmağa 
başlayır. Buna görə də məktəblərdə və uşaq bağçalarında ətraf mühitə, təbii sərvətlərə, təbiətin 
gözəlliyinə məhəbbət ruhunda tərbiyə işi aparmaq, bitki və heyvanat aləminin əhəmiyyətini 
uşaqlara izah etmək, təbiətə qayğı hissini bacarıqla aşılamaq diqqət mərkəzində olmalıdır. 


Uşaqlar məktəbəqədər dövrdən başa düşməlidir ki, təbiətin mühafizəsi onun sərvətlərinin 
qorunması və artırılması qayğısına qalmaq deməkdir. Onlar bilməlidirlər ki, torpaq, hava, su, 
meşə, bitki və heyvanlar aləmi, habelə bütün faydalı qazıntılar təbiətin sərvətidir.
2
. Uşaq bağçasında ekoloji tərbiyə bir sıra konkret vəzifələri həllinə xidmət edir. Bu 
v
əzifələr aşağıdakılardan ibarətdir: 
1. Ekoloji t
ərbiyə uşaqlarda təbiətə, ətraf mühitə məhəbbət və rəğbət hissi yaratmalı, onları yaş 
v
ə anlaq səviyyələrinə uyğun onun mühafizəsində durmağa hazırlamalıdır. Məktəbəqədər yaşlı 
uşaqlar doğma yurdun təbii gözəlliklərindən zövq almağı öyrənməklə yanaşı, yaşadıqları 
ərazidə təbii gözəlliklərin qorunmasında, havanın, suyun təmiz saxlanmasında güclərinə 
müvafiq işlər görmək qabiliyyətinə malik olmalıdırlar; 
2. Ekoloji t
ərbiyə uşaqlarda ekoloji baxışların və mühakimənin yaradılmasına kömək 
göstərməlidir. Məktəbəqədər yaşlı uşaqlar ekoloji tərbiyənin mahiyyətinibəsit formada olsa da, 
d
ərk etməli, təbiəti sevməli, təbii sərvətləri qorumalı, onun yaxşılaşması və artırılmasında 
güclərinə müvafiq fəaliyyət göstərməlidirlər. Yalnız müşahidə etməyi deyil, onun haqqında 
mühakimə yürütməyi, ətraf mühiti nə üçün qorumağın vacibliyini sadə şəkildə də olsa, izah 
etm
əyi bacarmalıdır. 
3. Ekoloji t
ərbiyə bağça yaşlı uşaqları ekologiyanın müxtəlif sahələri üzrə müvafiq bilik, bacarıq 
v
ə vərdişlərlə silahlandırmalıdır. Ətraf mühiti dərindən dərk etmək üçün onun haqqında insanda 
elmi t
əsəvvürlə yanaşı, bilik də olmalıdır. Belə bilik uşaqlara bəsit formada olsa da aşılanmalıdır. 
Bel
ə olmasa, təbiətin qorunmasında onların düzgün mövqeyini təyin etmək çətin olar. Belə ki bu 
yaşlı uşaqlar oyun və yataq otağında havanın təmiz saxlanmasının əhəmiyyətini dərk 
etm
əlidirlər. Onlar otaqda və bağçanın torpaq sahəsində gül becərməyi, ağaclara, saxlanılan 
quşlara və heyvanlara qulluq etməyi bacarmalı, gələcəkdə təbiətə qeyri-insani münasibət 
hallarına qarşı mübarizəyə hazırlanmalıdırlar.
Yuxarıda göstərilən vəzifələr ayrı-ayrılıqda deyil, bir-biri ilə qarşılıqlı əlaqədə həyata 
keçirilməlidir. Həmin vəzifələr nə qədər müvəffəqiyyətlə həyata keçirilsə, uşaqlar bir o qədər 
ətraf mühitin təmiz saxlanmasında, qorunmasında fəal iştirak edər və onlarda təbiətə məhəbbət 
hissi daha da d
ərinləşər.
3.
M
əktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsini lazımi səviyyədə qurmaq üçün bir sıra 
mühüm tələblərə-prinsiplərə əməl edilməlidir: 
1) Ekoloji t
ərbiyəyə uşaq şəxsiyyətinin hərtərəfli inkişafının tərkib hissəsi kimi baxılmalıdır. 
Ekoloji t
ərbiyə estetik, əmək və vətənpərvərlik tərbiyəsi ilə bağlıdır.Ona görə uşaqları təbiətdə 
olan gözəlliyi qavramaq və qorumaq, doğma torpağın təbii sərvətlərini mühafizə etmək, onların 
qayğısına qalmaq və s. belə bacarıq və vərdişlərə yiyələndirmək lazımdır; 


2) Ekoloji t
ərbiyədə təbii sərvətlərin mahiyyətini anlamaq üçün məktəbəqədər yaşlı uşaqların 
yaş və fərdi xüsisiyyətləri nəzərə alınmalıdır. Məsələn, bu yaşlı uşaqlara təbii ehtiyatların 
tükənməsi, havanın, suyun, torpağın, bəzi bitki və heyvan növlərinin qeyri-insani fəaliyyət 
n
əticəsində məhv edilməsini anlatmaq üçün istər məşğələ, istərsə də məşğələdənkənar 
t
ərbiyəvi tədbirlər vasitəsilə sadə şəkildə çatdırılmalıdır; 
3) Ekoloji t
ərbiyə işində sistematiklik və ardıcıllıq gözlənilməlidir. Ekoloji tərbiyə sahəsində 
bacarıq və vərdişləri uşaqlara yavaş-yavaş, bir-biri ilə əlaqəli və müntəzəm surətdə aşılamaq 
lazımdır. Məsələn, təbiətin mühafizəsinə qid bir söhbətlə kifayətlənmək olmaz. Eləcə də, uşağı 
bir d
əfə təbiətin qoynuna çıxarmaqla təbiəti, onun gözəlliyini uşaqlara sevdirmək mümkün deyil. 
Bu müntəzəm, planlı və məqsədyönlü həyata keçirilməlidir.
4) Ekoloji t
ərbiyə hərtərəfli aparılmalıdır. Uşaqlarda təbiətə sadə formada olsa da, münasibət 
formalaşdırılmalıdır. Bu, uşağın əxlaqına, vətənpərvərlik hissinə təsir edir.
Əgər uşaq bağçasında tərbiyəçi, ailədə valideynlər, məktəbdə isə müəllim tərbiyə işini lazımi 
s
əviyyədə qurarlarsa, onda uşaq və yeniyetmələr ekologiya və təbiətin mühafizəsi kimi mühüm 
problemin h
əyata keçirilməsində fəal iştirak edərlər. Müəllim və tərbiyəçi istər dərs prosesində, 
ist
ərsə də məşğələlərdə öz fəaliyyətinidövrün, zamanın tələblərinə uyğun, eyni zamanda, 
uşaqların yaş və anlaq səviyyələrinə müvafiq qursalar, təbii ki, istədiklərinə nail ola bilərlər.
4.
T
əlim prosesi elə təşkil olunmalıdır ki, bu şəraitdə ekoloji tərbiyə də səmərəli həyata 
keçirilsin. Təbiətlə rəftarın əsasını qayğıkeşlik, həssaslıq, xeyirxahlıq kimi əxlaqi hisslər təşkil 
edir. Buna görə də təlim prosesində bu keyfiyyətlərin tərbiyəsinə mühüm diqqət yetirlməlidir. 
M
əşğələlər zamanı ayrı-ayrı mövzular öyrədilərkən başlıca vəzifə uşaqların təbiəti mühafizə 
t
ərbiyəsi olmalıdır. Bunun üçün birinci növbədə ekoloji tərbiyə üçün xüsusi əhəmiyyəti olan 
mövzular seçilməlidir. Gecə-gündüzü, havanın dəyişməsini, küləyin əsməsini, yağışın, qarın 
yağmasını, günəşli və dumanlı havanın dəyişməsini uşaqlara öyrətmək ekoloji tərbiyə ilə sıx 
bağlıdır.
Uşaqların təbiətin qoynunda istirahəti, müşahidəsi və ya əməyi, bəzi ziyanverici həşəratlara 
qarşı mübarizəsi, ac quşları yedizdirməsi, onların xidmətində durması ekoloji tərbiyə 
baxımından çox əhəmiyyətlidir.“Uşaq bağçası tərbiyəçisinin kitabı” adlı proqramda qeyd edilir ki, 
uşaqları doğma təbiətlə tanış etmək, bu zaman onların dünyagörüşünü genişləndirmək və bu 
əsasda onlarda müstəqilliyi, yaradıcılığı, təbiətsevərliyi inkişaf etdirmək tərbiyəçinin əsas 
v
əzifələrindəndir.
Ekoloji t
ərbiyə ilə bağlı təbiət mövzusunda şer və hekayələrdən istifadə də güclü təsir 
qüvvəsinə malikdir. Məsələn, N.Gəncəvinin “İlin fəsilləri” adlı şeri fəsillərin dəyişməsi haqqında 


uşaqlara müəyyən biliklər verir. Uşaqlar yaz, yay, payız və qış fəsillərində təbiətdə baş verən 
d
əyişikliklər haqqında məlumatlar əldə edirlər.
M
əktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsində təlim xarakterli ekskursiyalar da mühüm rol 
oynayır. Ekskursiyanın üstün cəhəti burasındadır ki, uşaqlarçayın, meşənin, gölün təmiz 
saxlanması, çirkab suların çaya, gölə axıdılmasının zərərini anlayır, eləcə də, təbiətdəki gözəlliyi 
əyani olaraq görür, bu sahədə düzgün mühakimə yürüdürlər. Qabaqcıl tərbiyəçilər uşaqları 
proqram t
ələblərinə müvafiq olaraq ekskursiyaya aparmaq üçün gözəl və mənzərəli yerlər 
seçirlər. Yaşıl çəmənlik, gül-çiçəkli park, meyvəli bağ haqqında təsəvvürlər onların ekoloji 
t
ərbiyəsini möhkəmləndirir.
Uşaqların təbiət, təbii sərvətlər, onlardan istifadə, insan və təbiət, onların qarşılıqlı əlaqəsi 
bar
ədə ekoloji biliklərin sistem şəklində mənimsəmələrində valideynlər, məktəb müəllimləri və 
uşaq bağçası tərbiyəçiləri müəyyən işlər görməlidirlər.


.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə