Mövzu:21. Uşaq bağcasında tərbiyə işinin təşkili və məktəbəqədər tərbiyə müəssəsinə
r
əhbərlik.
PLAN:
1. M
əktəbəqədər tərbiyə müəssisələrinin təşkli qaydaları
2. M
əktəbəqədər müəssisənin maliyyələşdirilməsi
3. M
əktəbəqədər tərbiyə müəssisəsinə uşaqların qəbulu və pedaqoji kollektivin
t
ərkibi
4. Uşaq bağçası tərbiyəçisinin pedaqoji ustalığı
5. M
əktəbəqədər tərbiyə müəssisəsi üçün kadr hazırlığı
1. M
əktəbəqədər tərbiyə müəssisələrinin əsasnaməsinə müvafiq olaraq dövlət orqanları,
müəssisə, idarə və təşkilatlar, mülkiyyət formasından asılı olmayaraq yerli, xarici birliklər və
t
əşkilatlar, ayrı-ayrı vətəndaşlar tərbiyə ocağı aça bilərlər.
M
əktəbəqədər tərbiyə ocağının açılması haqqında qaydalar “Məktəbəqədər tərbiyə
müəssisəsinə aid əsasnamə”də, Təhsil və Səhiyyə Nazirliklərinin təlimatı, məktub və
q
ərarlarında öz əksini tapmışdır. “Məktəbəqədər tərbiyə müəssisəsinə aid əsasnamə”də qeyd
olunur ki, m
əktəbəqədər tərbiyə müəssiəsi xüsusi tikilmiş və ya müvafiq şəraiti olan binalar
olduqda
açılır. Binada uşaq kontingenti, müxtəlif yaşlı uşaqların xüsusi rejim əsasında yaşayıb
t
ərbiyə alması, sanitar-gigiyena qaydalarına uyğunluğu nəzərə alınır.
Binanın tikintisi qurtardıqdan sonra dövlət komissiyası qəbul edir. Yeni müəssisəyə rayon,
şəhər təhsil şöbəsi tərəfindən nömrə və ya ad verilir. Müdir işlərin yerinə yetirilmə vəziyyətini
yoxlayır, qrupların, xüsusən kiçik qrupların otaqlarda yerləşdirilməsini nəzərdən keçirir.
M
əktəbəqədər tərbiyə müəssisəsinin istismara verilməsi ilə əlaqədar onun təchizi və
f
əaliyyəti üçün büdcədən pul vəsaiti ayrılır. Bundan sonra müdir zəruri avadanlıq və əyani
v
əsaitlərin alınması üçün siyahı tərtib edir. Avadanlıq, xüsusən mebel gigiyenik və pedaqoji
t
ələblərə uyğun olmaqla uşaqların normal inkişafını təmin etməlidir.
M
əktəbəqədər müəssisənin iş rejimi bağçanın pedaqoji və rayon təhsil şuralarında qəbul
edildikd
ən sonra müvafiq təhsil idarəsi və ya müəssisənin tabe olduğu idarə, təşkilat və
müəssisə tərəfindən təsdiq edilir.
M
əktəbəqədər müəssisə və ya onun ayrı-ayrı qrupları həftədə 5,6,7günlük, bir və ya iki
istirah
ər günü, eləcə də dəyişkən qrafik ilə işçilərə istirahət günü verməklə işləyə bilər.
H
ər bir məktəbəqədər tərbiyə müəssisəsinə torpaq sahəsi verilir ki, uşaqlar hər fəsildə açıq
v
ə təmiz havada ola bilsinlər. Bina, torpaq sahəsi və avadanlıq uşaqların normal təlim-tərbiyəsi,
istirah
əti və yaşamasını təmin etməlidir.
2. Respublikamızda məktəbəqədər tərbiyə müəssisələrinin əksəriyyəti dövlətin ixtiyarındadır.
Lakin özəl xarakterli uşaq bağçaları da mövcuddur. Dövlətin ixtiyarında olan məktəbəqədər
t
ərbiyə müəssisəsi dövlət büdcəsi hesabına maliyyələşdirilir. Məktəbəqədər tərbiyə müəssisəsi
üçün dövlət büdcəsindən müvafiq miqdarda vəsait ayrılır. Maliyyə vəsaitinin xərclənməsində
valideynl
ər də fəal iştirak edə bilirlər. Valideynlərin bağçaya ödədikləri pul ata-ananın əmək
haqqından asılı olur. Çoxuşaqlı ailələr, imkansız ailələr, Qarabağ müharibəsi əlilləri dövlət
t
ərəfindən müəyyən güzəştlərə malik olurlar. Dövlət valideynlərin ailə və iş şəraititndən asılı
olaraq uşaqların gün ərzində, bəzən də şənbə və bazar günləri bağçada qalması üçün şərait
yaradır.
M
əktəbəqədər tərbiyə müəssisəsinin ehtiyacları dövlət maliyyə planında öz ifadəsini tapır ki,
bu smeta adlanır. Smeta əsasında bağça il ərzində pulla təmin olunur. Smeta xüsusi formada
doldurulur v
ə respublika Maliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Smetanın yerinə yetirilməsinə
rayon t
əhsil şöbəsi şöbəsi və ya bağçanın himayəsində olduğu təşkilat nəzarət edir. Yay-
sağlamlıq tədbirləri üçün vəsait büdcəyə daxil edilmir. Bunun üçün dövlət ayrıca smeta tərtib
edir. Smetada h
ər uşağa il ərzində xərclənən pul ayrıca göstərilir. Onun həcmi uşaqların
sayından, bağçanın tipindən və vəziyyətindən asılı olur. Onda bağçanın körpələr evi və uşaq
bağçası olması, qrupların sayı, uşaqların tam miqdarda toplanması, müəssisənin uzun müddət
işləməsi nəzərə alınır. Bunlarla yanaşı, binanın həcmi, iş vaxtı, istilik xərci, su ilə təchizat da
smetada n
əzərə alınır. Smetaya işin məzmunundan asılı olaraq bağçanın bütün xərcləri, o
cümlədən, əmək haqqı, sosial sığorta, dəftərxana və təsərrüfat xərcləri, uşaqların qidalanması,
ezamiyy
ə, xidmət xərcləri, avadanlıq, binanın əsaslı təmiri, əlavə tikinti və s. təchizat xərcləri
daxil edilir.
Bağçanın müdiri smetada ayrılmış pulun düzgün və vaxtında xərclənməsinə ciddi
n
əzarət edir və məsuliyyət daşıyır.
M
əktəbəqədər tərbiyə müəssisəsinin smetasında göstərilmiş vəsaitin düzgün xərclənməsi
üçün həm rayon və şəhər maliyyə şöbələri, həm də Maliyyə Nazirliyi tərəfindən müntəzəm
sur
ətdə yoxlanılır.
3. Bağçaya uşaq qəbulu valideynlər və ya onları əvəz edən şəxslərin arzusu və iştirakı ilə
aparılır. Bağçaya uşaq qəbulu müdir tərəfindən müvafiq qayda və tələblər əsasında həyata
keçirilir. Valideynin və ya onu əvəz edən şəxsin ərizəsi əsas kimi qəbul edilir. Müdir bağçaya
q
əbul edilən uşaqların sayı, qrupların sayı, ictimai vəziyyəti haqqında rayon təhsil şöbəsinə
m
əlumat verir. Məktəbəqədər tərbiyə müəssisəsində hər bir uşağın tərbiyəsinə ciddi qayğı ilə
yanaşılır.
Bağçada pedaqoji kollektivə müdir rəhbərlik edir. Tərbiyəçilər bağçada pedaqoji prosesin
h
əyata keçirilməsində aparıcı rol oynayırlar. Məktəbəqədər müəssisədə qruplar çox olduqda
müdirə kömək üçün baş tərbiyəçi təyin olunur. Onun məktəbəqədər ixtisası üzrə ali təhsili, azı iki
il p
edaqoji stajı olmalıdır. Baş tərbiyəçi tərbiyəçilərin fəaliyyətini istiqamətləndirir və onların
t
əkmilləşməsinə rəhbərlik edir. Müdir işgüzar, yaradıcı və məsuliyyət hiss edən işçi kollektivi
formalaşdırmalıdır. Pedaqoji kollektiv biliyini elmi və metodiki cəhətdən dərinləşdirməklə tərbiyə
işinin məzmununu təkmilləşdirməli, işin səmərəliliyini gündən-günə yüksəltməlidir. Bağçanın işçi
kollektivin
ə dayə-xadimə, paltaryuyan, gözətçi, bağban və s. daxildir. Hər bir işçi fəaliyyətə
başlayarkən bağçanın daxili qaydaları və əmək intizamına verilən tələblərlə tanış olmalıdırlar.
“Məktəbəqədər tərbiyə müəssisəsləri haqqında əsasnamə”yə görə uşaq bağçasında
müəyyən işlər sənədləşdirlməlidir. Bağçanın əsasnaməsi, binanın pasportu və əmr kitabı rayon
t
əhsil şöbəsi tərəfindən təsdiq olunur. Əmr kitabının bütün səhifələri nömrələnir, tikilir, səhifələrin
ümumi sayı göstərilir, möhür və imza ilə təsdiq olunur.
Uşaqlara məxsus uçot kitabında uşaqların və valideynlərin ev ünvanı, bağçaya daxil olması və
bağçadan çıxması haqqında məlumat qeyd olunur. Xüsusi forma ilə hər gün uşaqların bağçaya
davamiyy
əti yoxlanılır. Bütün bunlarla yanaş, bağçada işçilərin və uşaqların şəxsi işləri, tibb
kartoçkası, işçilərin davamiyyət qrafiki, onların iş vaxtını göstərən cədvəl, ayrı-ayrı vətəndaşların
n
əzərinə çatdırma və təkliflər kitabı saxlanılır. Pedaqoji şuranın protokollar kitabı, habelə sanitar
jurnalı, avadanlıq və ərzaq alınmasına aid kitab, müəssisənin iş və perspektiv planı və s.
saxlanılan əsas sənədlərdir.
4. M
əktəbəqədər tərbiyə müəssisəsinin tərbiyəçisi uşaqların tərbiyəsini həyata keçirməklə
onları təlim fəaliyyətinə hazırlayır. Tərbiyəçi ideya-siyasi cəhətdən zəngin, respublikamızın daxili
v
ə xarici siyasətini dərindən bilən, pedaqoji ustalığa malik olan yüksək ixtisaslı mütəxəssis
olmalıdır.
T
ərbiyəçinin pedaqoji ustalığı çoxsahəlidir. Tərbiyəçinin fəaliyyəti onun pedaqoji hazırlığı
üzərində qurulur. O, biliyini daim artırır, təcrübəsini zənginləşdirir, uşaqlara məhəbbət və qayğı
il
ə yanaşır. Tərbiyə vermək bacarığına əzmlə yiyələnmiş tərbiyəçi yüksək mədəniyyətə malik
olmalı, psixologiya və peşə metodikasını hərtərəfli bilməli, yüksək nüfuza və pedaqoji etikaya
yiy
ələnməlidir. O, mədəni davranmalı, nəcib hərəkətlərə, rəvan nitqə, məlahətli səsə malik
olmalı, bədii parçaları ifadəli oxumağı, rəqs etməyi və rəsm çəkməyi bilməlidir.
T
ərbiyəçinin sənətkarlığı tədricən formalaşır. Ali və orta pedaqoji məktəbdə təhsil alarkən o,
n
əzəri biliyi təcrübədə tətbiq etmək imkanına malik olur.O, peşəsindən ilham alır və bu keyfiyyət
onu ixtisasa d
ərindən yiyələnməyə sövq edir. Qabaqcıl tərbiyəçi bir sıra elmi, siyasi və pedaqoji
t
ədbirlərin keçirilməsində öz təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Yüksək siyasi və nəzəri
hazırlığı ilə o, pedaqoji prosesə dialektik yanaşmağı bacarır, onun mahiyyətini dərindən başa
düşür, qabaqcıl təcrübəyə yiyələnir, psixologiya və pedaqogika, xüsusən məktəbəqədər
pedaqogika sah
əsində aparılan yeni elmi tədqiqatlardan xəbərdar olur.
Yüksək ixtisaslı tərbiyəçi qabaqcıl təcrübəyə yiyələnməyi, pedaqoji yığıncaqlarda məruzə
etm
əyi bacarmalı, mətbuatda məqalələrlə tez-tez çıxış etməli, özünün biliyi, elmi-pedaqoji
qabiliyy
ətini daim zənginləşdirməlidir. Ailə ilə müntəzəm əlaqə saxlamaqla tərbiyəçi həm də
valideynl
əri yeni pedaqoji biliklərlə məlumatlandırmalıdır.
Yaxşı tərbiyəçi öz qabaqcıl təcrübəsini dərin təhlil etməyi bacarır, onu düzgün qiymətləndirir.
Əgər uşaqları düzgün tərbiyə edə bilirsə, proqram həcmində onlara müəyyən bilik və bacarıq
v
ərdişləri aşılayırsa, bu, tərbiyəçinin pedaqoji biliyinin və məharətinin nəticəsi kimi
qiym
ətləndirilir.
5. “Məktəbəqədər tərbiyə müəssisələri haqqında əsasnamə”də qeyd olunur ki,
m
əktəbəqədər tərbiyə müəssisəsində işləyən tərbiyəçinin xüsusi ixtisas təhsili olmalıdır. Bu
mütəxəssislər dövlət və özəl statuslu məktəbəqədər pedaqoji texnikumlarda, kolleclərdə, ali
pedaqoji kollecl
ərdə, pedaqoji institut və universitetlərin bakalavr və magistraturalarında
hazırlanır. Uzun illərdir ki, respublikamızda N.Tusi adına Pedaqoji Universitetin məktəbəqədər
pedaqoji fakult
əsi fəaliyyət göstərir. 30 ildən yuxarı fəaliyyətdə olan bu fakultə 20 min nəfərə
yaxın ali təhsilli tərbiyəçi hazırlayıbdır. Eyni sözləri Bakı,Gəncə, Naxçıvan dövlət pedaqoji
universitetl
ərində fəaliyyət göstərən məktəbəqədər pedaqoji fakultələr haqqında da demək olar.
M
əktəbəqədər tərbiyəçi ixtisası üzrə mütəxəssislər respublikamızda ali və orta pedaqoji
t
əhsil müəssisələrində əyani və qiyabi yolla hazırlanır.
Kadr hazırlığında nəzəri və praktik cəhətdən ixtisasa yiyələnmə prosesi Təhsil Nazirliyi
t
ərəfindən təsdiq olunmuş tədris planına əsasən həyata keçirilir. Məktəbəqədər tərbiyə üzrə ali
t
əhsil almış gənclər magistratura təhsillərini davam etdirmək hüququna malikdirlər
6. M
əktəbəqədər tərbiyə müəssisəsinin müdiri təşkilatçı və yaxşı rəhbər olmaqla yüksək
ixtisaslı mütəxəssis olmalıdır. Müdir bağçada bütün tərbiyə və təlim işlərinə, təsərrüfat və
maliyy
ə məsələlərinə görə məsuliyyət daşıyır.
Müdir öz fəaliyyətində Azərbaycan Respublikasının təhsil sistemi, xüsusilə məktəbəqədər
t
ərbiyə sistemi qarşısında qoyulan tələbləri aydın dərl etməli və onları yaradıcılıqla həyata
keçirməyə qabil olmalıdır. Məktəbəqədər təbiyə müəssisəsinin rəhbəri yüksək şüurluluq və
siyasi hazırlığa malik olmalı, prinsipial, tabeliyində olan işçilərə yüksək məsuliyyət hissi ilə
yanaşmalıdır. Müdir o vaxt həqiqi rəhbər ola bilər ki, bütüb işçiləri bacarıq və ixtisas baxımından
düzgün yerləşdirsin, pedaqoji kollektivə rəhbərliyi elmi-metodiki istiqamətdə həyata keçirsin,
kollektivd
ə pedaqoji prosesin gedişi vahidlik prinsipi əsasında tənzim olunsun.
M
əktəbəqədər tərbiyə müəssisəsinin əsasnaməsinə görə müdir bütün dövlət, kooperativ,
ictimai t
əşkilatlarda, idarə və müəssisələrdə rəhbərlik etdiyi müəssisəni təmsil edir. O, vəzifə
s
əlahiyyəti daxilində əmr və sərəncamlar verir, bütün işçilərdən vəzifə borcunun icrasını tələb
edir, lazım gələrsə, inzibati qaydada cəzalandırır. Müdir proqramın yerinə yetirilməsinə, valideyn
komit
əsi işinin istiqamətləndirilməsinə, uşaqların onların sağlamlığının qorunmasına məsuliyyət
daşıyır. Müdir ictimai təşkilatlarla birgə işçilərin attestasiyasını keçirir, onlara metodiki köməklik
göstərir, təlim prosesinin səviyyəsini yüksəltmək üçün operativ tədbirlər görür, müvafiq
əsasnaməyə uyğun olaraq şura yaradır. Şura üzvləri ümumi iclas tərəfindən seçilir.
Müdir bir rəhbər kimi öz ideya-siyasi hazırlığını, professional ustalığını daim yüksəltməli,
pedaqoji bilikl
ərə, tərbiyə və təlimin elmi-pedaqoji metodikasına dərindən yiyələnməli, biliyini
t
əcrübədə tətbiq etməyi bacarmalıdır. Müdir fəaliyyətində istinad etdiyi proqramları, normativ və
metodik s
ənədləri yaxşı bilməlidir. O, pedaqji prosesin mahiyyətinə daxil olmağı bacarmalı,
nailiyy
ətləri və çatışmamazlıqları görməli, nöqsanların aradan qaldırılması üçün vaxtında və
s
əmərəli yollar seçməyi bacarmalıdır. Müdir əməkdaşların iş vaxtından düzgün istifadə
etm
ələrinə nəzarət etməlidir. Müdir son dərəcə təsərrüfatçı olmalı, xalq əmlakına böyük
m
əsuliyyət hissi ilə yanaşmalıdır.
2. Bağça müdirinin işinin məzmunu qarşıya qoyulmuş məqsəddən irəli gəlməklə aşağıdakı
bölmələri əhatə edir: idarə-təsərrüfatçılıq, təşkilati-pedaqoji fəaliyyət, metodik və tərbiyəvi işlərə
r
əhbərlik, valideynlərlə iş. Bütün bölmələr bir-biri ilə qarşılıqlı əlaqədə olmaqla bağçanın bütün
f
əaliyyətinin normal gedişini təmin edir.
İdarəçiliyə, təsərrüfatçılığa, təşkilati-pedaqoji işlərə rəhbərlik, bağçanın maddi-texniki
bazasının möhkəmlənməsinə, uşaqlar üçün zəruri şəraitin yaradılmasına, onların tərbiyə və
t
əliminin təşkilinə, kifayət qədər növbənöv yeməklərlə qidalanmasına, gün rejiminin düzgün
qurulmasına yönəlməlidir. Müdir binanın təchizi, səliqəyə salınması, lazımi avadanlıqla təmin
olunması, təmir işlərinin aparılması, pedaqoji vəsaitlər və oyuncaqların alınmasını təmin
etm
əlidir. O, məktəbəqədər müəssisənin maliyyə-təsərrüfat işlərinə, kadrların seçilib
yerl
əşdirilməsinə, yay sağlamlıq düşərgəsinin təşkilinə, uşaq bayramlarının keçirilməsinə,
binanın sanitar-gigiyenik vəziyyətinin təşkilinə müntəzəm olaraq rəhbərlik edir. Tərbiyəçilərin
yerl
əşdirilməsində mütləq onların təhsili, uşaqlarla iş təcrübəsi, şəxsi keyfiyyətləri nəzərə
alınmalıdır.
Xidm
ət işçilərinə aşağıdakılar daxildir: təsərrüfat işləri üzrə müdir, mühasib, aşpaz, dayə-
xadim
ə, paltarsaxlayan, paltaryuyan, elektrik montyoru, çilingər, dülgər, bağban, gözətçi və s.
T
əsərrüfat işləri üzrə müdir bütün texniki işçilərin fəaliyyətinə rəhbərlik edir və bağçanın
avadanlığının qorunmasını, saxlanmasını, onlardan səliqə ilə istifadə edilməsini nəzarətdə
saxlayır. Xidmət işçilərinin köməyi ilə bağçada səliqə-səhman yaradılır, qidalanma, uşaqlara
xidm
ət kifayət qədər təmin olunur.
Bağça müdirinin fəaliyyətinin mühüm sahələrindən birini metodik işlər təşkil edir. Bura
pedaqoji şura, məşğələlərə açıq baxış, gəzinti, oyun, pedaqoji kabinetin, qruplarla aparılan
işlərin frontal və tematik qaydada təşkili, tərbiyə işləri üzrə planın yerinə yetirilməsi vəziyyətinin
yoxlanması, fərdi və kollektiv məsləhət və s. daxil edilir.
3. M
əktəbəqədər tərbiyə müəssisəsində pedaqoji şura müntəzəm fəaliyyət göstərən kollegial
metodik-t
əşkilati orqandır. Şura tərbiyəçilərin peşə ustalığının artırılmasında müstəsna rol
oynayır. Pedaqoji şura bağçada tərbiyə və təlimin səviyyəsini yüksəltməyə dair dövlət
q
ərarlarının fəaliyyətdə tətbiq edilməsini təmin edir. Şura həm də valideyn komitəsinin
f
əaliyyətini, işçilərin qabaqcıl təcrübəsini müəyyən edir, qabaqcıl tərbiyəçilərin yaradıcılıq
f
əaliyyətini maddi və mənəvi cəhətdən mükafatlandırılması və s. məsələləri hərətərəfli müzakirə
edir v
ə nəticələrin icrası haqqında qərar çıxarır.
Şura məktəbəqədər tərbiyə müəssisəsində pedaqoji prosesin əsas istiqamətini müəyyən edir,
t
ərbiyə və yəlim proqramını təsdiq edir, metodik işləri müzakirə edir, kadrların yenidən
hazırlanması və ixtisasının artırılması məsələlərini müntəzəm olaraq tənzimləyir. Pedaqoji
şuranın işi müdir tərəfindən tərtib olunmuş və şurada təsdiq olunmuş illik plan əsasında tənzim
olunur. Burada müəssisənin aktual məsələləri, pedaqoji-metodiki, maddi-texniki problemlər
müzakirə edilir və həmçinin onların perspektiv istiqaməti müəyyən edilir. Pedaqoji şurada
müzakirə olunan məsələlərə elmi-metodiki yanaşma tərzi, qəbul olunmuş qərarların vaxtında və
düzgün icrasını təmin etmək, konkret məsələlərə nail olmaq kollektivin pedaqoji səriştəsindən
çox asılıdır.
Pedaqoji şuranın tərkibi aşağıdakı qaydada seçilir: müdir, baş tərbiyəçi, tərbiyəçilər, musiqi
r
əhbəri, həkim, valideyn komitəsinin sədri. Şuranın bütün üzvləri həlledici səsə malik olur.
Şuranın tərkibinə daxil olanların sayı azı kollektivin 2/3 hissəsini təşkil etməlidir. Şuranın sədri
bağçanın müdiri seçilir. Şuranın iclası ayda bir dəfədən az olmayaraq keçirilir. Pedaqoji şuranın
katibi 1 il müddətinə seçilir.
Pedaqoji kabin
ə isə tərbiyəçilərə metodik köməklik göstərmək üçün təşkil olunur. Kabinetdə
z
əruri siyasi, pedaqoji, metodiki, uşaq ədəbiyyatı, əyani vəsaitlər toplanır, mühüm sənədlərdən
nümunələr ( illik temarik plan, hesabatlar və s.) qoyulur. Tərbiyəçilərin qabaqcıl təcrübəsinə aid
s
ənədlər, tərbiyə işlərinə aid hesabatlar, uşaq oyunlarına aid qeydlər, valideyn yığıncaqlarına
aid protokollar, açıq məşğələlərin müzakirə protokolları, və s. pedaqoji kabinənin sənədləri
arasında mühüm yer tutur. Kabinə müdiri müvafiq qruplar üzrə tərbiyə və təlim işlərinin
planlaşdırılmasına kömək edir, qabaqcıl təcrübəni yaymaq məqsədilə tərbiyəçilərin
m
əşğələlərində olur, müsbət cəhətləri qeyd edir, nöqsanları aradan qaldırmaqda köməklik
göstərir.
4. Uşaq bağçalarında tərbiyəçilərin ideya-siyasi, pedaqoji və metodiki ustalığının artırılması
işinə müdir bilavasitə özü rəhbərlik edir. Müəssisə daxilində ixtisasartırma işləri müntəzəm
aparılmalı, elmi seminarlar, metodik təhlillər, qabaqcıl təcrübənin müzakirəsi və s. tədbirlər
h
əyata keçirilməlidir. Belə tədbirlərdə tərbiyəçilər Azərbaycan Respublikasının daxili və xarici
siyas
ətini dərindən öyrənir, təhsilə aid, xüsusən, məktəbəqədər tərbiyəyə aid qərar və
göstərişləri hərətəfli mənimsəyirlər. Bağçada tərbiyəçilər, habelə texniki işçilər üçün
respublikamızın beynəlxalq aləmdə yeri, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri ilə
keçirilən görüşlər, ölkə daxilində baş verən iqtisadi-siyasi dəyişikliklərin təhlilinə aid mühazirələr
t
əşkil
olunur.
Bütün
bunlarla
yanaşı,
tərbiyəçilər
beyn
əlxalq
miqyasda
uşaq
hüquqlarınınmüdafiəsi, uşaq xəstəliklərinin qarşısının alınması, uşaqlara qarşı humanist
münasibətlərin ictimai münasibətlər kimi formalaşdırılması və s. tədbirlərdən geniş istifadə
olunur.
Pedaqoji ixt
isasın artırılması üçün pedaqoji və metodiki şurada, direktoryanı müşavirədə,
metodkabin
ədə, yeni nəşr olunmuş ədəbiyyatlardan nümunələr, jurnal və qəzet məqalələri
öyrənilir, təhlil edilir. Tərbiyəçilər metodiki kabinənin təşkil etdiyi siyasi, elmi, pedaqoji, metodiki
v
ə s. tədbirlərdə fəal iştirak etməlidir. Mövcud qərara görə hər bir tərbiyəçi hər 5 ildən bir
ixtisasartırma kursuna göndərilməlidir.
T
ərbiyəçilərdə özünütəhsil yaradıcı olmalı, ixtisas üzrə yeniliklər dərindən öyrənilməli, təhlil
olunm
alı və təcrübədə tətbiq olunmalıdır. Bütün öyrənilənlər uşaqların tərbiyəsinin inkişaf
s
əviyyəsində, tərbiyəçinin uşaqlar, valideynlər arasında nüfuzunun yüksəldilməsində öz ifadəsini
tapmalıdır.
M
əktəbəqədər tərbiyə müəssisəsi ailə ilə sıx əlaqədə uşaqların tərbiyəsini təşkil edib həyata
keçirməlidir. Valideynlərlə işə bağça müdiri rəhbərlik edir. O, hər bir ailənin sosial tərkibini,
valideynl
ərin peşəsini və iş yerini, məişət şəraitini yaxşı bilməlidir. Bağça müdirinin bilavasitə
r
əhbərliyi ilə valideyn komitəsi fəaliyyət göstərir. Müdir işgüzar, məzmunlu, yaradıcı şəkildə
ail
ələr ilə əlaqəni təşkil etməli, möhkəmləndirməlidir.
5. M
əktəbəqədər tərbiyə işləri üzrə inspektorun işi çoxsahəli və mürəkkəbdir. Uşaq bağçası
inspektoru öz fəaliyyətini təhsil haqqında qanuna və dövlət qərarlarına, “Məktəbəqədər təlim-
t
ərbiyə müəssisələri haqqında əsasnamə”yə uyğun qurur, Təhsil Nazirliyinin təlimatlarından,
metodik s
ənədlərdən faydalanır. İnspektor rayon (şəhər) məktəbəqədər tərbiyə müəssisələrində
pedaqoji prosesin metodoloji
əsaslarla həyata keçirilməsini tənzimləyən dövlət nəzarətçisidir.
İnspektor möhkəm ideya-siyasi əqidəyə, humanist mənəviyyata, zəngin pedaqoji təcrübəyə
v
ə yüksək nəzəri biliyə malik olmalıdır. Məktəbəqədər tərbiyə müəssisələrinin inspektoru yüksək
pedaqoji s
əriştəsi ilə problemlərin elmi-metodoloji əsaslarla həll olunmasına məsuliyyət daşıyan
ilk r
əsmi dövlət nümayəndəsidir. O, məktəbəqədər tərbiyə müəssisələrində tərbiyə və təlim
şərtlərinin yüksək səviyyədə təşkil olunmasına və həyata keçirilməsinə cavabdehdir.
İnspektor öhdəsində olan regionda məktəbəqədər tərbiyə müəssisələrinin işçiləri ilə
müntəzəm metodiki işlər aparır və kadrların təkmilləşməsinə kömək edir. Xüsusən gənc
kadrların yetişdirilməsi və tərbiyə olunmasına qayğı ilə yanaşmalıdır.
M
əktəbəqədər tərbiyə müəssisələrinin inspektoru tərbiyə, təlim, metodiki, idarəetmə-
t
əsərrüfat işlərinin vəziyyətini müntəzəm olaraq hərətərəfli öyrənməli, müvafiq nöqsanları
vaxtında aşkar etməli, onların yaranma səbəblərini araşdırmalı və aradan qaldırılması üçün
s
əmərəli tədbirlər həyata keçirməlidir.
Bağçanın perspektiv və illik iş planının tərtibində məktəbəqədər tərbiyəyə aid dövlət qərar və
göstərişləri , Təhsil Nazirliyinin təlimati məktubları və s. sənədlərin məzmunu nəzərə alınır.
Bağçanın iş planında bir sıra bölmələr öz əksini tapır: 1. Giriş hissəsi;
2. Əsas təşkilati işlər; 3. İdeya-siyasi səviyyəni yüksəltmək; 4. Pedaqoji və metodiki işlər; 5.
İxtisasartırma; 6. Valideynlərlə iş; 7. İdarə və təsərrüfat işləi; 8. Tibbi tədbirlər;
9. İstehsalat və kütləvi işlər; 10. Uşaqların sağlamlığı və fiziki tərbiyəsinə aid tədbirlər.
Dostları ilə paylaş: |