Azərbaycan respublikasi təHSİl naziRLİYİ sumqayit döVLƏt universitetiNİn nəZDİNDƏ sumqayit döVLƏt texniKİ kolleci



Yüklə 409,49 Kb.
Pdf görüntüsü
səhifə12/33
tarix13.12.2023
ölçüsü409,49 Kb.
#149108
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   33
web-derslik-1

SSI və CSS texnologiyaları
SSI
(Server Side Includes) – CGI ilə sıx bağlı olan texnologiyadır. SSI proqramı C dilinə oxşayır. SSI-nin 
köməyi ilə verilən alqoritmə və şərtlərə əsasən istənilən mətni sənəddən çıxarmaq, HTML faylının formatını 
dəyişmək olar. 
CSS
(Cascading Style Sheets, каскадные таблицы стилей) – çox vaxt html-sənədlərini yaradarkən Web-
dizaynerlər müxtəlif mürəkkəb məsələlərlə qarşılaşırlar: 
müəyyən abzas d axilində şifrələrin dəyişdirilməsi
mətnin və ya təsvirin sənədin hər hansı bir yerində yerləşdirilməsi; 
mətnin və ya fonun rənginin dəyişdirilməsi; 
müxtəlif verilənlər cədvəllərinin format edilməsi və s. 
Bu işləri standart üsulla da yerinə yetirmək olar, yəni HTML dilində hər bir abzası ayrıca əmrlər yığımı ilə 
təsvir etmək mümkündür. Bu halda proqramın yazılması prosesi həddən artıq çətinləşəcək, sənədin ölçüsü isə 
çox böyük olacaq. Səhifələrə CSS standartında yerinə yetirilmiş xarici fayl qoşulur və həmin faylda istifadə 
olunmuş xüsusi makrodil vasitəsi ilə səhifə birdəfəlik formatlaşdırılır. Başqa sözlə CSS faylı burada şablon 
kimi istifadə edilir ki, onun köməyi ilə HTML sənədlərində mətnlər, cədvəllər və digər elementlər 
formatlaşdırılır. CSS standartından heç bir məhdudiyyət qoyulmadan istənilən serverdə istifadə etmək olar. 
CGI texnologiyası

CGI (Common Gateway Interface) texnologiyası dedikdə Internet resurs daxilində baza əlavələrində interaktiv 


elementlərindən istifadə nəzərdə tutulur. CGI texnologiyası verilənlər axınının bir obyektdən digər obyektə 
ötürülməsini təmin edir. 
Ümumdünya şəbəkədə çatlar, konferensiyalar, elan lövhələri, axtarış maşınları bu cür təşkil olunmuşdur. 
Ümumilikdə CGI texnologiyasının iş prinsipi aşağıdakı kimi qurulmuşdur. İstifadəçi Web-səhifədə hər hansı 
formanı doldurur və düyməni basır. Bundan sonra HTML kodunda qurulmuş CGI skriptinin çağırış sətri uyğun 
CGI proqramını işə salır və ona informasiyanın emalı prosesini ötürür. İstifadəçi tərəfindən daxil olan verilənlər 
bu proqram vasitəsilə göndərilir, həmin proqram öz növbəsində verilənləri başqa səhifəyə «düzür»: ya poçt 
vasitəsilə və ya hər hansı başqa üsulla. CGI skriptləri serverdə bu məqsədlə ayrılmış direktoriyalarda 
yerləşirlər. Bu direktoriyalara CGI–BIN qoyulur. Belə proqramların qurulması və yerinə yetirilməsi http-
serverə xüsusi icazə ilə yanaşı, istifadəçidə müəyyən bilik və təcrübə tələb edir. 
CGI texnologiyası iki üsulla realizə olunur: 
PERL (Practical Extraction and Report Language) dilində yazılmış proqramlardan istifadə etməklə. Bu cür 
fayllar .pi genişləndiricisinə malik olur. PERL dili də HTML kimi interpritasiya olunmuş dildir, yəni skripti 
yerinə yetirən zaman əlavə kompilyasiyalar tələb olunmur. 
C dilindən istifadə etməklə yaradılmış əlavələrin köməyi ilə. Bu əlavələr serverdə kompilyasiya edilir. Beləliklə 
uyğun UNIX platformalarının çoxu bu dildə qurulmuş translyatorları özündə birləşdirir. Belə proqramlar .cgi 
genişləndiricisinə malik olur. 
Yuxarıda sadalanan əməliyyatlardan əlavə CGI texnologiyasının köməyi ilə reklam bannerlərinin ardıcıl 
göstərilməsi sistemini yaratmaq, faylların serverlərə avtomatik yüklənməsini təmin etmək, saytın səhifəsindən 
elektron məktubun göndərilməsi formasını hazırlamaq və virtual şəkillər xidmətini təşkil etmək olar. 
Üstün cəhəti: kliyent proqram təminatından asılı olmaması, yəni bu texnologiyanı brauzerin köməyi ilə 
serverdəki informasiyalara baxan hər bir istifadəçi tətbiq edə bilər. Bu zaman hansı versiyalı brauzerlərdən 
istifadə edilməsi vacib deyil. 


Mənfi cəhəti: CGI proqramını serverdə yükləmək və quraşdırmaq üçün adminstrator hüququna malik olmaq 
lazımdır. Belə ki, bu proqramlar işləyərkən server kompyuterin normal işləməsini və şəbəkənin stabilliyini poza 
bilər. 

Yüklə 409,49 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə