34
4.3.1. Ünsiyyətini yaşadığı mühitin sosial normalarına
(danışarkən qışqırmamaq;
təhqir etməmək; nəzakətlə müraciət
etmək; başqalarını dinləmək) əsasən tənzimləyir.
4.3.2. Öz hərəkətlərini başqalarının
hərəkəti ilə müqayisə edir
və qiymətləndirir.
4.4 Hörmət (münasibət) və dözüm (tolerantlıq) nümayiş
etdirir.
4.4.1. Ünsiyyət qurduğu insanlar arasındakı fərqlərə (fiziki,
irqi, milli, dini, cinsi, sosial) dözümlü yanaşır.
1.4. İNTEQRASIYA
Məktəbəqədər təhsildə inteqrasiya məktəbəqədər yaşlı uşaqların
təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq,
onları inkişafa və özünüinkişafa istiqamətləndirmək
məqsədilə
təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri
qurmaq və onları sistemləşdirməkdir.
"
Məktəbəqədər
təhsil
proqramı (kurikulumu)” hazırlanarkən inteqrativlik əsas prinsip kimi
götürülmüşdür. Sənəddə məktəbəqədər inkişaf sahələri arasında
əlaqə və ardıcıllığın gözlənilməsi, bilik, bacarıq
və vərdişlərin yaş
qrupuna uyğun inkişaf etdirilməsi mühüm pedaqoji tələb kimi
qoyulmuş
və inteqrasiya yaş pillələri, inkişaf sahələri arasında
qarşılıqlı əlaqə və asılılığın əsasına gətirilmişdir. Nəzərə alınmışdır
ki, uşaqlar inteqrativ bacarıqlara yiyələnməklə öyrəndikləri arasında
qarşılıqlı əlaqəni başa düşəcək, onlardan
şəxsi və ictimai problem-
lərin həllində istifadə edəcəklər.