Adını, valideynlərinin adını, soyadını, ünvanını, ev
telefonunu, milli mənsubiyyətini, dilini, dinini, cinsini
sadalayır, özünə məxsus əşyaları qoruyur.
Beş dairəsində sayma, hesablama və ölçmə əməliyyatları
yerinə yetirir.
Həndəsi fiqurları (dairə, üçbucaq və kvadrat) tanıyır və
adlandırır.
Məkana və zamana görə hərəkətlərin ardıcıllığını təyin
edir.
Özü, başqaları və ətraf aləm haqqında fikirlərini ifadə
edir.
Ünsiyyət prosesində vəzifələrini anlayır və müxtəlif
situasiyalarda onu nəzərə alır.
Estetik-yaradıcı inkişaf Təsvir alətlərindən və vəsaitlərdən (karandaş, flamaster,
rəngli boya, qayçı, fırça, yapışqan, rəngli kağızlar, gil və
plastilin) təyinatına görə istifadə edir.
Sadə quraşdırma (tikinti, tullantı, təbiət materiallarından
və kağızdan istifadə edərək müxtəlif modellər düzəltmək)
bacarıqları nümayiş etdirir.
Rəsmetmə, yapma və yapışdırma bacarıqları nümayiş
etdirir.
Musiqini dinləyərək, janrına, melodiyasına, ritminə,
səstonuna görə fərqləndirir, musiqi alətlərini tanıyır və
82
fərqləndirir, ifaçılıq bacarıqları nümayiş etdirir.
Müstəqil təsviri, musiqi və konstruktiv fəaliyyət göstərir,
bayram və əyləncələrin hazırlanması və keçirilməsində
iştirak edir.