MICROSOFT WORD MƏTN REDAKTORU 2013
___________________________________________________________
67
Şəkil 32. Çıxıntıdan
istifadəyə nümunə
Bəzən abzas məsafəsini azaltmaq lazım gəlir. Bunun
üçün Decrease Indent (Уменьшить отступ - Cıxıntını azalt)
düyməsindən istifadə etmək olar. Düyməni təkrar-təkrar
sıxmaqla lazım olan qədər abzas məsafəsini azalmaq
mümkündür.
MICROSOFT WORD MƏTN REDAKTORU 2013
___________________________________________________________
68
ABZASLARIN FORMATLAŞDIRILMASININ
ƏLAVƏ OLARAQ SAZLANMASI
Abzasların daha dəqiq formatlaşdırılması üçün
Paragraph (Абзац-Аbzas) qupuna daxil olan Paragraph
(Абзац-Аbzas) düyməsindən istifadə edilir. Düymə
Paragraph (Абзац-Аbzas) qupunun yuxarı/sağ tərəfində
yerləşir. Abzasların belə sazlanması adətən az istifadə edilir,
çünki lent üzərində yerləşən formatlaşdırma alətləri
abzasların sazlanması üçün kifayət qədərdir.
Bəzən istifadəçi hazırladığı mətni ciddi qanunlar
əsasında formatlaşdırmalı olur. Bunun üçün ekrana açılmış
Paragraph (Абзац-Аbzas) dialoq pəncərəsindən
istifadə
məsləhətdir (şəkil 33.).
Paragraph (Абзац-Аbzas) dialoq pəncərəsi iki
səhifədən ibarətdir. Mətnin düzləndirilməsi üçün, həmçinin
çıxıntıların və intervalların genişlındırımış şəkildə sazlanması
üçün Indents and Spacing (Отступы и интервалы-Çıxıntı və
interval) səhifəsindən istifadə etmək olar.
Dialoq pəncərəsindəki General (Общие-Ümumi)
qrupuna daxil olan əmrlər abzasda sətirin tənləşdirilməsini
seçməyə imkan verir. Prinsipcə, istifadəçi bu əməliyyatı lent
üzərindəki düymələrdən istifadə etməklə də yerinə yetirə
bilər. Bu baxımdan da istifadəçinin Paragraph (Абзац-Аbzas)
dialoq pəncərəsindən istifadə edərək parametri sazlamasına
eytiyac yoxdur.