57
iqtisadi inkişafı Dövlәt Proqrami”nın icrası, tәbii qazın ölkә әrazisindә әhali vә sәnaye
üzrә abonentlәrә fasilәsiz vә tәhlükәsiz şәkildә verilmәsidir.
Eyni zamanda bu әsas fәaliyyәtlә bağlı yardımçı fәaliyyәt - qaz sayğaclarının
quraşdırılması, qaz tәminatı ilә bağlı әsaslı tikinti (qazlaşdırma)
vә tәmir işlәri dә tәsdiq
olunmuş iş planına әsasәn yerinә yetirilmişdir.
Bu işlәrin icrası üç istiqamәtdә aparılmışdır.
Birinci istiqamәt: Qaz itkilәrinin qarşısının alınması mәqsәdilә mövcud qaz
paylama kommunikasiya sisteminin tәmiri vә yenidәnqurulması;
İkinci istiqamәt: Ölkәnin bütün regionlarının qazlaşdırılması, әvvәllәr qazla
tәmin olunan bölgәlәrin qaz tәchizatının bәrpası, yeni yaşayış mәntәqәlәrinә vә
yaşayış massivlәrinә tәbii qazın verilmәsi vә nәticә etibarı ilә regionların sosial –
iqtisadi inkişafının sürәtlәndirilmәsinә dair Dövlәt proqramının icrası;
Üçüncü istiqamәt:
Qaz tәsәrrüfatında tәbii qazın uçotunun yaxşılaşdırılması vә
bütün istehlakçıların qaz sayğacları ilә tәmini.
Hәr üç istiqamәt üzrә, o cümlәdәn Respublika әrazisindә yaşayış mәntәqәlәrinin
fasilәsiz, tәhlükәsiz qaz tәchizatı vә xaricә qaz ixracının artırılması üçün mövcud
infrastrukturun, kompressor vә qazpaylayıcı stansiyaların, avadanlıqların uzun müddәt
istismarda olduqlarını nәzәrә alaraq onların tәmiri vә bәrpası istiqamәtindә 2013-cü ildә
“Azәriqaz” İB-nin
sifarişi ilә 70616,6 min manat hәcmindә işlәr görülmüşdür.
1774,7
km qaz kәmәri çәkilmiş vә әsaslı tәmir olunmuşdur.
O cümlәdәn “Azәriqaz” İB tәrәfindәn:
- Bakı şәhәri üzrә: plan 17587,0
min manat; fakt 33781,5 min manat hәcmindә 848,6 km;
- Regionlar üzrә: plan 19092,6 min manat; fakt 33598,8 min manat hәcmindә 921,4 km;
- Magistral Qaz Kәmәrlәri üzrә: plan 1691,6 min manat; fakt 1691,6 min manat
hәcmindә 4.7 km müxtәlif diametrli qaz kәmәrlәri әsaslı tәmir olunmuşdur.
Hesabat ilindә әhali abonentlәri üçün yaşayış evlәrindә ümumilikdә 236503 әdәd qaz
sayğacları quraşdırılmışdır.
O cümlәdәn:
- Bakı şәhәri üzrә -178572 әdәd “Smart kart” tipli sayğac;
- 1242 әdәd mexaniki sayğac.
- Regionlar üzrә 30446 әdәd Smart kart tipli, 26243 әdәd mexaniki tipli
sayğac.
Qeyd etmәk lazımdır ki, ARDNŞ-nin mәlum әmri ilә 15 01.2013-cü il tarixindәn
Magistral Qaz Kәmәrlәri “Aәriqaz” İB-nin balansından Qaz İxrac İdarәsinin tabeliyinә
verilmişdir.
2013-cü
ilin hesabat dövründә “Azәrikimya” İstehsalat Birliyinin
tabeçiliyindә olan zavodların texnoloji qurğularında vә kömәkçi tәsәrrüfatlarında istehsal
prosesinin ahәngdar işlәmәsini tәmin etmәk mәqsәdilә aşağıda qeyd olunmuş tәmir
işlәri qrafikә uyğun davam etdirilmişdir. 2013-cü ildә “Azәrikimya” İB-nin Tәmir Tikinti
İdarәsi vә Podratçı tәşkilatlar tәrәfindәn zavodların texnaloji qurğularında
vә bütün
kömәkçi tәsәrrüfatlarında, o cümlәdәn inzibati mәişәt vә istehsal binalarında
8943.44
min manat hәcmindә әsaslı tәmir işlәri hәyata keçirilmişdir. Podratçı tәşkilatlar
tәrәfindәn faktiki olaraq
603.7 min manat,
İB-nin
Tәmir Tikinti İdarәsi tәrәfindәn
58
isә
8339.7 manat mәblәğindә әsaslı tәmir işlәri yerinә yetirilmişdir. Fәrәhlәndirici
haldır ki, ”Azәrikimya” İB-dә son illәr tikini-quraşdırma işlәrinin yerinә yetirilmәsindә İB-
nin Tәmir-Tikinti idarәsinin payı ilbәil artır.
Hesabat ilindә Emal sahәsindә әsasәn yeni texnologiyalar tәtbiq etmәklә emalın
sәviyyәsinin dәrinlәşdirilmәsi vә ekoloji cәhәtdәn daha tәmiz yanacaq istehsal olunması
mәqsәdilә mövcud qurğuların, yanacağın saxlanması vә nәqli üçün kommunikasiya
sistemlәrinin әsaslı tәmirinә diqqәt artırılmışdır. Neftqaz emalı sahәsindә 2013-cü ildә
yerinә yetirilmiş әsaslı tәmir işlәrinin hәcmi 19056.4 min.manat tәşkil edir.
H.Әliyev adına BNEZ–dә neftin ilkin emalı qurğusunda (31№li)
istilikdәyişdiricilәrin
boru dәstlәri dәyişdirilmiş, maye qazlar parkında boru armaturları
dәyişdirilimidir. 2 saylı istehsalatın әmtәә parkında 308№li V=2000m
3
-luq çәn vә 21
№li qurğunun atmosfer vә vakuum bloklarında tәmir işlәri aparılmış, Istilikdәyişdiricilәrin
boru dәstlәri dәyişdirilmiş, koks qurğusunun (43 saylı qurğu) reaktor vә sobalar
bölmәsindә, nasosxanalarda, kolonlar bölmәsindә tәmir işlәri aparılmışdır. Katalitik
krekinq vә katalitik riforminq qurğularında dizel, buxar, fleqma, qәlәvi,
texniki su vә
mәşәl xәtlәri tәmir olunmuşdur, әsaslı tәmir işlәri aparılmışdır. Bundan başqa 10 saylı
Güzdәk neft mәhsullarının qәbulu vә göndәrilmәsi sexindә 202 №-li V=10000m
3
-luq çәn,
2№-li istehsalatın әmtәә parkında 308№-li V=2000m
3
-luq, 1 №-li istehsalatın әmtәә
parkında 203№-li V=20000m
3
çәnlәri әsaslı tәmir olunmuşdur. Eyni zamanda zavod
üzrә müxtәlif diametrli texnoloji xәtlәrin, elektrik tәchizatı, NÖC vә A sistemlәrinin әsaslı
tәmiri üzrә müәyyәn vacib tәmir işlәri yerinә yetirilmişdir.
“Azәrneftyağ” NEZ-dә yağların texnoloji qurğularında, çәnlәrdә, boru
kәmәrlәrindә, istilik izolyasiya sahәsindә, elektrik tәchizatı vә NÖC vә A sistemlәri vә
sair işlәr üzrә 2013-cü ildә әsaslı tәmir işlәri aparılmışdır .
Qaz Emalı Zavodunda
boru kәmәrlәri, texnoloji qurğular vә onların soyutma
sistemlәri, elektrik tәsәrrüfatı, yanğınsöndürmә vә avtomatika vasitәlәri sistemlәrinin
әsaslı tәmir işlәri yerinә yetirilmişdir.
Sosial İnkişaf İdarәsi tәrәfindәn 2013-cü ildә (188309.7 min.manat) ARDNŞ-nin
balansında olan әsas fondların tәmiri ilә yanaşı Regionlarında vә Bakı şәhәri İcra
Hakimiyyәtinin sosial layihәlәri üzrә dә әsaslı tәmir işlәri görülmüşdür.
-
ARDNŞ-nin obyektlәrinin әsaslı tәmiri - 21656.6 min manat
-
Bakı şәhәri İH-nin
obyektlәri üzrә
- 136332.1 min manat
-
Regionlarda sosial obyektlәri üzrә - 30320.9 min manat
Bu obyektlәrin tәmiri Azәrbaycan Respublikası Prezidentinin mәlum Sәrәncamları
ilә tәsdiq edilmiş “2009-2013-cü illәrdә Bakı şәhәri vә qәsәbәlәrinin sosial-iqtisadi
inkişafına dair Dövlәt Proqramı” çәrçivәsindә hәyata keçirilir.
Hesabat ilindә Neft Kәmәrlәri vә Qaz İxrac İdarәlәri tәrәfindәn magistral neft vә
qaz kәmәrlәrinin, nasosxanaların, kompressor stansiyalarının, ölçü qovşaqlarının,
neftyığma mәntәqәlәrinin әsaslı tәmiri istiqamәtindә xeylı iş görülmüşdür.
Cәdvәldәn göründüyü kimi 2013-cü ildә yerinә yetirilmiş (448531.7 min manat)
әsaslı tәmir işlәrinin, cәmi 62.8%-ni (281878.7 min manat) ARDNŞ-nin balansında olan
әsas fondların tәmiri tәşkil edir. 2013-cü ildә 156653.5 min
manat hәcmindә tәmir işlәri