Azərbaycan respublikasinda seçKİ HÜququnun xüsusiYYƏTLƏRİ Cəfərova Yasəmən Fərman qızı



Yüklə 65,69 Kb.

tarix12.10.2018
ölçüsü65,69 Kb.


“Qanun”.-2014.-№ 7(237).-S.66-71.

AZƏRBAYCAN RESPUBLİKASINDA

SEÇKİ HÜQUQUNUN XÜSUSİYYƏTLƏRİ

Cəfərova Yasəmən Fərman qızı,

hüquq magistri

Açar sözlər:

 seçki hüququ, obyektiv mənada seçki hüququ, subyektiv mənada seçki hüququ, aktiv seçki hüququ,

passiv seçki hüququ, seçki hüququnun prinsipləri, referendum, absenteizm.

Ключевые  слова:

 избирательное  право,  избирательное  право  в  объективном  смысле,  избирательное

право  в  субъективном  смысле,  активное  избирательное  право,  пассивное  избирательное  право,  принципы

избирательного права, референдум, абсентеизм.

Keywords:

 electoral  right,  electoral  right  in  objective  meaning,  electoral  right  in  subjective  meaning,  passive

electoral right, principles of electoral right, referendum, absenteeism

Son illər ərzində  seçkilər,  xalq  hakimiyyətinin  nümayəndə  əsaslarının formalaşmasının həqiqi  işləyən  institutu

olaraq,  Azərbaycan  cəmiyyətinin  həyatının  hissəsinə  çevrilmişdir.  Əslində  vətəndaşların  dövlət  hakimiyyəti  və  yerli

özünü idarəetmə orqanlarına seçmək və seçilmək konstitusiya hüququ seçkilər vasitəsi ilə həyata keçirilir.

Tədqiqatın  məqsədi  seçki  hüququnun  mahiyyətinin  müəyyən  edilməsi,  seçki  hüququ  prinsiplərinin  anlayışının

açıqlanması  və  onların  təhlili,  Azərbaycan  Respublikasının  seçki  hüququnun  subyektlərinin  hüquqi  statusunun

təhlilindən  və  bu  sahəyə  dair  təkliflərin  verilməsindən  ibarətdir.  Tədqiqatda  qarşımızda  duran  vəzifələr  isə  seçki

hüququnun  anlayışının,  seçki  hüququ  prinsiplərinin  anlayışının  verilməsi,  Azərbaycan  Respublikasında  seçicilərə  və

seçilənlərə  olan  tələblərin,  seçki  qanunvericiliyində  olan  əlavə  və  dəyişikliklərin  göstərilməsi  və  yeni  təkliflərin

verilməsindən ibarətdir.

“Seçki  hüququ”  termini  iki  mənada  işlədilir:  obyektiv  və  subyektiv.  Obyektiv  seçki  hüququ  -  konstitusiya

hüququnun  fəslidir,  yəni  referendumla,  dövlət  və  yerli  özünüidarə  orqanlarına  seçkilərlə  bağlı  yaranan  ictimai

münasibətləri  tənzim  edən  hüquqi  normaların  məcmusudur.  Subyektiv  mənada  seçki  hüququ  -  konkret  şəxsin

seçkilərdə,  habelə  referendumda  iştirak  etmək  hüququdur.  Adətən,  bu  kimi  tələblər:  həmin  dövlətin  vətəndaşlığı,

müəyyən  yaş  həddi  (18  yaşından  az  olmayaraq),  fəaliyyət  qabiliyyəti  olma  ilə  ifadə  olunur  [8,  s.  l19].  Subyektiv

mənada aktiv və passiv seçki hüququ fərqləndirilir. Aktiv seçki hüququ vətəndaşın seçkili dövlət orqanları üzvlərinin

seçilməsində  və  referendumda  iştirak  etmək  hüququdur.  Qanun  ilə  müəyyən  olunmuş  bütün  senzlərə  cavab  verən

seçicilərin  əksəriyyəti,  yəni  rəsmi  olaraq  seçkilərdə  iştirak  etməyə  buraxılmaqlarına  baxmayaraq,  seçki  günü  seçki

məntəqələrinə  seçicilərin  gəlməməsi  absenteizm  adlanır  [7,  s.30].  Aktiv  seçki  hüququnun  həyata  keçirilməsinin

effektivliyi  seçicilərin  elektoral  -  hüquqi  mədəniyyətinin  səviyyəsindən  asılıdır.  Məhz  bunun  aşağı  səviyyəsindən

absenteizmin  

[səh.  66-67]

 çox  olması,  yəni  seçicilərin  aktivliyinin  azalması  izah  olunur.  Passiv  seçki  hüququ

vətəndaşın  seçkidə  dövlət  orqanlarına  seçilmək  hüququdur.  Aktiv  seçki  hüququndan  istifadə  etmək  üçün  yetkinlik

yaşına  çatmaq,  fəaliyyət  qabiliyyətinin  olması  kifayətdirsə,  passiv  seçki  hüququndan  istifadə  üçün  qanunvericiliklə

müəyyən olunmuş senzləri gözləmək lazımdır. Senzlər isə bunlardır: bir ölkədə müəyyən müddət yaşamaq tələbi olan

oturaqlıq  senzi  və  müəyyən  müddət  ərzində  ölkənin  vətəndaşlığında  olmaq  tələbini  əks  etdirən  vətəndaşlıq  senzi  və

digər senzlər.[6, s.207]

Seçki  hüququ  -  ən  mühüm  konstitusiya  hüququdur.  1995-ci  ildə  qəbul  olunmuş  Azərbaycan  Respublikasının

Konstitusiyası  ölkədə  demokratik  standartlara  cavab  verən  azad,  ədalətli,  obyektiv  seçkilərin  keçirilməsi  üçün  əsas

prioritetləri müəyyənləşdirmişdir. Əsas Qanunda təsbit olunmuş  müddəalara istinadən Azərbaycanda ümumi, bərabər

və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə seçkilərin hüquqi bazası formalaşdırılmışdır.

Azərbaycan  Respublikası  Konstitusiyasının  56-ci  maddəsinə  müvafiq  olaraq,  Azərbaycan  Respublikası

vətəndaşlarının  dövlət  orqanlarına  seçmək  və  seçilmək,  habelə  referendumda  iştirak  etmək  hüququ  vardır.

Məhkəmənin  qərarı  ilə  fəaliyyət  qabiliyyətsizliyi  təsdiq  olunmuş  şəxslərin  seçkilərdə,  habelə  referendumda  iştirak

etmək  hüququ  yoxdur.  Hərbi  qulluqçuların,  hakimlərin,  dövlət  məmurlarının,  din  xadimlərinin,  məhkəmənin  qanuni

qüvvəyə  minmiş  hökmü  ilə  azadlıqdan  məhrum  edilmiş  şəxslərin,  Azərbaycan  Respublikasının  Konstitusiyasında  və

qanunda  nəzərdə  tutulan  digər  şəxslərin  seçkilərdə  iştirak  etmək  hüququ  qanunla  məhdudlaşdırıla  bilər  [3,  m.56].

Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyasında aktiv seçki hüququn şərtləri təsbit edilib və sadalanan

kategoriyalara mənsub olan şəxslərin seçkilərdə iştirak etmək hüququnun  qanunla  məhdudlaşdırıla  bilər.  Azərbaycan




Respublikası  Konstitusiyasının  2-ci  maddəsinin  ikinci  hissəsinə  müvafıq  olaraq  Azərbaycan  xalqı  öz  suveren

hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst,

gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir [3, m.2].

Demokratik seçkilər hamı tərəfindən qəbul-edilmiş normalarla – prinsiplərlə müəyyən olunur. Seçkilərin birbaşa

prinsipləri  və  onların  tətbiqi  seçki  qanunvericiliyində  dəqiqləşdirilir.  Respublikamızda  seçkilərin  demokratik

keçirilməsi  ilə  bağlı  kifayət  qədər  təcrübə  və  zəngin  ənənə  mövcuddur.  Müstəqillik  dövründə  demokratik  seçki

mühitinin  formalaşdırılması  Azərbaycanda  hüquqi  dövlət  quruculuğunun  əsas  istiqamətlərindən  birinə  çevrilmişdir.

1997-ci ildən başlayaraq müasir beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyinin təsis edilməsi məqsədilə

Azərbaycanın rəhbərliyinin siyasi iradəsinə uyğun olaraq hökumət ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları

Bürosu  ilə  yaxından  əməkdaşlıq  edərək  azad,  ədalətli  və  şəffaf  seçkilər  keçirilməsi  məqsədilə  lazim  olan  tədbirləri

reallaşdırıb.  Avropa  Şurasının  tamhüquqlu  üzvü  olduqdan  sonra  ölkəmiz  bu  əməkdaşlığı  daha  da  genişləndirib.

Avropa  Şurasının  Venesiya  Komissiyası  ilə  birgə  əməkdaşlıq  nəticəsində  seçki  qanunvericiliyi  daha  da

təkmilləşdirilərək bütün beynəlxalq standartlara cavab verə bilən Seçki Məcəlləsi qəbul edilib. Bu Məcəllə beynəlxalq

təşkilatlar  tərəfındən  yüksək qiymətləndirilib.  Venesiya  Komissiyasının və  ATƏT-in  Demokratik  Təsisatlar  və  İnsan

Hüquqları  Bürosunun  yekun  rəyində  Seçki  Məcəlləsinin  seçkilərin  və  referendumun  keçirilməsi  üçün  əksər

məsələlərdə  beynəlxalq  meyarlara  və  ən  yaxşı  təcrübələrə  uyğun  olduğu  bildirilib.  Seçkilərə  dair  beynəlxalq

təşkilatların  verdikləri  müqayisəli  rəylər  onu  təsdiq  edir  ki,  Azərbaycanda  seçkilərdən  seçkilərə  və-  

[səh.  67-68]

təndaşların siyasi şüuru, seçki mədəniyyəti daha da yüksəlir [9. s,5].

Bütün bunların kökündə Azərbaycan hakimiyyətinin ölkədə demokratiyanın inkişafı ilə bağlı qətiyyətli və ardıcıl

siyasəti  dayanır.  2003-cü ildə parlamentə təqdim olunmuş  Seçki  Məcəlləsi  Azərbaycanın seçki  sisteminə  verilmiş  ən

mühüm  töhfələrdən  biri  oldu.  Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsi  2003-cü  ilin  may  ayında  qəbul  olundu.

Seçki Məcəlləsinin qəbulu ölkəmizdə səmərəli fəaliyyət göstərə bilən seçki sisteminin yaradılmasına gətirib çıxartdı. О

zaman Seçki Məcəlləsi beynəlxalq qurumlar tərəfındən müasir standartlara cavab verən qanun kimi dəyərləndirilmiş,

bu  sənədin  azad  və  ədalətli  seçkilərin  keçirilməsindən  ötrü  mükəmməl  hüquqi  baza  olduğu  bildirilmişdi.  Bununla

kifayətlənməyən  Azərbaycan  dövləti  seçki  qanunvericiliyini  daim  təkmilləşdirir.  Azərbaycan  Respublikasında

seçkilərə aid bütün məsələlər Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir. 2003 ilin 27 may tarixində

qəbul  edilən  bu  Məcəllə  Azərbaycan  Respublikası  parlamentinin  -  Milli  Məclisin  deputatlarının,  Azərbaycan

Respublikası  Prezidentinin  və  bələdiyyə  seçkilərinin,  həmçinin  ümumxalq  səsverməsinin  -  referendumun  təşkili  və

keçirilməsi  qaydalarını müəyyən  edir  [5,  s.2].  Azərbaycan  Respublikası Konstitusiyasının  85-ci  maddəsinə  müvafıq

olaraq,  Azərbaycan  Respublikasının  yaşı 25-dən  aşağı olmayan  hər  bir  vətəndaşı  qanunla  müəyyən  edilmiş  qaydada

Azərbaycan  Respublikası  Milli  Məclisinin  deputatı  seçilə  bilər.  İkili  vətəndaşlığı  olan,  başqa  dövlətlər  qarşısında

öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna

olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən

təsdiq  edilən,  ağır  cinayətlərə  görə  məhkum  olunmuş  şəxslər,  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmü  ilə

azadlıqdan  məhrumetmə  yerlərində  cəza  çəkən  şəxslər  Azərbaycan  Respublikasının  Milli  Məclisinə  deputat  seçilə

bilməzlər [3, m.85].

Yaşı otuz beşdən aşağı olmayan, Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə

iştirak  etmək  hüququna  malik  olan,  о  cümlədən  ağır  cinayətə  görə  məhkum  olunmayan,  başqa  dövlətlər  qarşısında

öhdəliyi  olmayan,  ali  təhsilli,  ikili  vətəndaşlığı  olmayan  Azərbaycan  Respublikasının  vətəndaşı  Azərbaycan

Respublikasının  Prezidenti  seçilə  bilər  [3,  m.  100].  Azərbaycan  Respublikası Seçki  Məcəlləsinin  212-ci  maddəsində

bələdiyyələrə üzv seçilmək hüququ təsbit olunub. Həmin maddəyə müvafıq olaraq seçkilər günü 21 yaşı tamam olan

(seçki  günü  də  daxil  olmaqla)  və  yaşı  21-dən  yuxarı  olan  və  müvafiq  seçki  dairəsində  daimi  yaşayan  Azərbaycan

Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər [5, m.212].

Prinsip - (“principium” latın sözündən tərcümədə əsas) rəhbər müddəa deməkdir. Seçkilərin prinsiplərindən ən

vacibləri: seçkilərin bərabər, ümumi, birbaşa olması, səsvermənin gizliliyidir.

Azərbaycan  Respublikası  Seçki  Məcəlləsinin  3-cü  maddəsinə  müvafiq  olaraq,  irqindən,  milliyyətindən,

dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara,

həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan

 asılı


 olmayaraq

Azərbaycan Respublikası vətəndaşlarının seçmək, seçilmək və referendumda iştirak etmək hüququ vardır. Azərbaycan

Respublikası  Seçki  Məcəlləsinin  4-cü  maddəsində  bərabər  seçki  prinsipi  təsbit  olunub-vətəndaşlar  seçkilərdə  və

referendumda  bərabər  əsaslarla  iştirak  edirlər.  Hər  bir  səsvermə  zamanı  hər  bir  vətəndaşın  bir  səsi  vardır.

Vətəndaşların hər bir səsi eyni hüquqi qüvvəyə malikdir [5, m.3,4]. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 5-ci

maddəsinə müvafiq ola- 

[səh. 68-69]

 raq, vətəndaşlar seçkilərdə namizədin, referenduma çıxarılan məsələnin lehinə və




ya  əleyhinə  şəxsən  səs  verirlər.  Başqa  şəxslərin  yerinə  səs  vermək qadağandır.  Başqalarının  əvəzinə  səs  verən  və  ya

bunun  üçün  şərait  yaradan  vətəndaşlar  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində  və  ya  İnzibati  Xətalar

Məcəlləsində göstərilən qaydada məsuliyyətə cəlb olunurlar.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 6-ci maddəsində səsvermənin gizliliyi prinsipi təsbit olunub və bu

maddəyə müvafıq olaraq seçkilər və referendum zamanı səsvermə gizli olmalıdır, bu isə seçicilərin iradəsinin ifadəsi

üzərində hər cür nəzarəti istisna edir [5, m.5,6].

Seçkilərin  və  referendumların  keçirilməsinin  məcburiliyi  Azərbaycan  Respublikası  Seçki  Məcəlləsinin  7-ci

maddəsində  təsbit  olunub-Azərbaycan  Respublikasının  Milli  Məclisinə,  Azərbaycan  Respublikasının  Prezidenti

vəzifəsinə və bələdiyyələrə Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikası Seçki Məcəllədə

göstərilən müddətdə seçkilərin keçirilməsi məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II

hissəsində və 152-ci maddəsində göstərilən məsələlərə dair referendumlar keçirilməsi məcburidir.

Seçki Məcəlləsinin 7-1-ci maddəsində isə seçkilərin və referendumun keçirilməsini istisna edən hallar göstərilib

- Azərbaycan Respublikasının ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, hərbi və

ya  fövqəladə  vəziyyət  zamanı, həmçinin  hərbi  və  ya  fövqəladə  vəziyyətin  ləğv  edilməsindən  sonra  3  ay  müddətində

seçkilər və ya referendum keçirilə bilməz [5, m.7].

Referendum (lat. referendum - məlumat verilməsi) müəyyən qərarın layihəsinə lehinə və ya əleyhinə seçicilərin

səsverməsidir [6, s.220].

Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinə müvafiq olaraq, Azərbaycan xalqı öz hüquqları və

mənafeləri  ilə  bağlı olan  hər  bir  məsələni  referendumla  həll  edə  bilər.  Aşağıdakı məsələlər  yalnız  referendumla  həll

oluna bilər:

1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;

2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi;

Aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz:

1) Vergilər və dövlət büdcəsi;

2) amnistiya və əfvetmə;

3)  seçilməsi,  təyin  edilməsi  və  ya  təsdiq  edilməsi  müvafıq  olaraq  qanunvericilik  və  (və  ya)  icra  hakimiyyəti

orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi [1, m.3].

Dinamik  inkişaf  edən  cəmiyyətimizdə  müstəqillik  dövründə  demokratik  ənənələr  daha  da  möhkəmlənib,

seçkilərin azad və şəffaf keçirilməsi üçün seçki sisteminin ardıcıl təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata

keçirilib. 2005-ci ilin may ayında Seçki Məcəlləsi Milli Məclisin müzakirəsinə çıxarılmış və sənədin  43  maddəsində

əlavə  və  dəyişikliklər  edilmişdir.  Səsvermə  günü  seçki  məntəqələrində  veb-kameraların  quraşdırılması,  bütün  dairə

seçki  komissiyalarının  yeni  inzibati  binalarla  və  müasir  zəruri  texniki  vasitələrlə  təmin  olunması,  Mərkəzi  Seçki

Komissiyası üçün müasir standartlara cavab verən yeni inzibati binanın istifadəyə verilməsi və digər işlər buna bariz

nümunədir.  Sərəncamda  azad  və  ədalətli  seçkilərin  keçirilməsinə  mane  olan  amillərin  aradan  qaldırılması  yolları

birmənalı olaraq göstərilmiş, eləcə də seçkiqabağı mühitin demokratikləşdirilməsi ilə bağlı konkret vəzifələr öz əksini

tapmışdır [9, s.5]. Azərbaycan Respublikası Prezidentinin 11 may 2005-ci il tarixli Sərəncamı ilə mərkəzi və yerli icra

hakimiyyəti  orqanları  rəhbərlərinin,  həmçinin  digər  dövlət  məmurlarının  seçki  prosesinə  qanunazidd  müda-  

[səh.


69-70]

 xiləsi qadağan edilib [4]. “Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə

bağlı təxirəsalınmaz tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2005-ci il tarixli Sərəncamı

da seçkilərin mütəşəkkil və yüksək səviyyədə keçirilməsinin təmin edilməsinə yönədilmiş mühüm sənəddir. Sərəncama

müvafiq olaraq Mərkəzi Seçki Komissiyasına seçki rəsmilərinin təlim keçməsi məqsədilə proqramlar hazırlanması, bu

sahədə  bütün  siyasi  qüvvələrlə  və  beynəlxalq  təşkilatlarla  hərtərəfli  əməkdaşlıq  edilməsi,  seçkilərdən  sonra  siyasi

mənsubiyyətinə  görə  vətəndaşların  təqib  olunmasının  yolverilməzliyi,  bu  cür  neqativ  hallar  aşkar  edildikdə,  onlara

qarşı qanunvericiliyə uyğun ciddi mübarizə aparılması tapşırılmışdır  [4]. Deputatlığa  namizədlərin televiziya və KİV

vasitəsi ilə bərabər əsaslarla təbliğ olunması, “exit-poll” keçirilməsi üçün lazimi şərait yaradılması, həmin proseslərin

gedişinə  qanunazidd  müdaxilənin  qarşısının  alınması,  Milli  Məclisə  deputat  seçkiləri  ərəfəsində  vətəndaşların

toplaşmaq azadlığının, seçki kampaniyası zamanı və bundan sonra ictimai sabitliyin təmin edilməsi tələb olunmuşdur.

Dövlət  başçısının  həmin  sərəncamı  istər  Avropa  Şurası  və  Venesiya  Komissiyası,  istərsə  də  yüksək  nüfuzlu  digər

beynəlxalq  qurumlar,  eləcə  də  hüquq  müdafıə  institutları tərəfındən  dəyərləndirilmişdir.  25  oktyabr  2005-ci  il  tarixli

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, seçicilərin barmaqlarının şəffaf mürəkkəblə işarələnməsi

məsələsi  öz  əksini  tapmış,  parlament  seçkilərində  ilk  dəfə  olaraq  “exit-poll”un  təşkilinə  nail  olunmuşdur.  Dövlət

başçısının  28  dekabr  2006-cı il  tarixli  sərəncamı ilə  Mərkəzi  Seçki  Komissiyasının  qarşısında  qoyulmuş  tələblərdən

biri  komissiya  üzvlərinin  peşəkarlığının  artırılması,  dairə  və  məntəqə  seçki  komissiyaları  üzvlərinin  biliyinin  və  iş



səriştəsinin  yüksəldilməsidir  [1].  Seçki  praktikasının  daim  təkmilləşdirilməsi  üçün  dairə  və  məntəqə  seçki

komissiyalarının üzvlərinin maarifləndirilməsi və peşə hazırlığının  gücləndirilməsi  işi də  daim  diqqət  mərkəzindədir.

Bu məqsədlə aşağı seçki komissiyalarının sədrləri və üzvləri üçün mütəmadi olaraq treninqlər, seminarlar təşkil olunur.

Göründüyü  kimi,  ölkə  başçısı  cənab  İlham  Əliyevin  siyasi  iradəsi  də  demokratik,  azad  və  ədalətli  seçkilər

keçirilməsinin təmin olunmasın tələb edir.

Azərbaycan

 hakimiyyətinin

 Avropa


 Şurasının

 Venesiya

 Komissiyası  ilə

 seçki


 qanunvericiliyin

təkmilləşdirilməsi məqsədilə apardığı işin yekun nəticəsi olaraq 2008-ci ildə Milli Məclisin qəbul etdiyi qanunla Seçki

Məcəlləsinin  145  maddəsinə  91  əlavə  və  dəyişiklikliyin  edilməsi  sənədin  daha  da  təkmilləşdirilməsinə  xidmət  etdi.

Azərbaycan  Respublikası  Prezidentinin  seçki  praktikasının  təkmilləşdirilməsi  ilə  bağlı  sərəncamları  nəticəsində  bu

kimi  tədbirlərin  -  Mərkəzi  Seçki  Komissiyası tərəfindən  seçici  vəsiqəsinin  tətbiq  edilməsi  və  seçicilərə  çatdırılması;

məntəqə  seçki  komissiyalarında  seçici  siyahılarının  dəqiqləşdirilməsi  ilə  bağlı  xüsusi  işçi  qruplarının  yaradılması;

seçici  siyahılarının  Mərkəzi  Seçki  Komissiyasının  rəsmi  internet  səhifəsində  yerləşdirilməsi;  Mərkəzi  Seçki

Komissiyasında yaradılmış qaynar telefon xəttinin yaradılması və s. tədbirlərin həyata keçirilməsi ilə bağlı olmuşdur

[2, s.5].

Beləliklə,  1993-cü  ildən  bəri  ölkəmizdə  keçirilmiş  hər  bir  seçkinin  əvvəlkinə  nisbətən  seçkilərin  beynəlxalq

standartlara  uyğunlaşdırılması  yolunda  irəliyə  doğru  atılmış  addım  olduğunu  beynəlxalq  təşkilatların  seçkilərə  dair

verdikləri rəylərin müqayisəli təhlili sübuta yetirir. Azərbaycan Respublikasında seçkilərdən seçkilərə absenteizm çox

azalıb,  yəni  vətəndaşlar  öz  seçki  hüququndan  tam  şəkildə  rahat  istifadə  edirlər,  çünki  bunun  üçün  bütün  şərait

yaradılmışdır. Azərbaycan Respublikasının Prezident seçkilərində, həmçinin Milli Məcli- 

[səh. 70-71] 

sə deputatların

seçkilərində  seçicilərin  seçkidən  seçkiyə  fəallığı  artır,  bələdiyyə  seçkilərində  isə  absenteizmin  faizi  yüksəkdır.

Absenteizmin  aradan  götürülməsi  məqsədi  ilə  bu  kimi  tədbirlərin  keçirilməsi  nəzərdə  tutula  bilər:  məktəblərdə,  ali

təhsil  müəssısələrində  vətəndaşlara  onların  seçki  hüququ  izah  olunmalı,  dövlət  və  ictimai  fəaliyyətdə  aktiv  iştirak

etmənin hər bir vətəndaşın mənəvi borcu olması bəyan edilməlidir.

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikasının  seçki  qanunvericiliyi  zamanın  tələblərinə  uyğun  olaraq

mütəmadi surətdə dəyişilir və bu da onun müasir standartlara cavab verməsini şərtləndirir.



İstifadə olunmuş mənbələr:

1.

“Azərbaycan  Respublikasında  İnsan  Hüquqlarının  Müdafiəsi  üzrə  Milli  Fəaliyyət  Planının  təsdiqinə  dair”



Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli Sərəncamı.

2.

“Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” Azərbaycan Respublikası Prezidentinin



11 may 2005-ci il tarixli Sərəncamı.

3.

Azərbaycan Respublikasının Konstitusiyası. 12 noyabr 1995-ci il.(18 mart 2009-ci ildə referendum ilə edilmiş əlavə



və dəyişikliklərlə).

4.

“Azərbaycan  Respublikasının  Milli  Məclisinə  seçkilərin  hazırlanması  və  keçirilməsi  ilə  bağlı  təxirəsalınmaz



tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2005-ci il tarixli Sərəncamı.

5.

Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsi.  27  may  2003-cü  il.(30  aprel  2013-cü  ildə  edilmiş  əlavə  və



dəyişikliklərlə).

6.

Cəfərli Rəşad. “Seçki praktikasının təkmilləşdirilməsi daim diqqət mərkəzindədir”. “Azərbaycan” qəzeti, 8 sentyabr



2011 il, s.4

7.

Nadirov  N.  “Azərbaycanın  demokratik  və  şəffaf  seçki  təcrübəsi  beynəlxalq  təşkilatlar  tərəfindən  də  yüksək



qiymətləndirilir”. “Azərbaycan” qəzeti, 2 aprel 2006 il, s.2.

8.

Nağıyev F.T. Konstitusiya Hüququ. Bakı: Qanun. 2011



9.

“Избирательное право Российской Федерации”. Учебник для вузов. М.: Издательство «Юристь». 2007,

10. Чиркин В.Е. Конституционное право зарубежных стран. М.: Издательство «Юристь». 2000

Джафарова Ясаман Фарман гызы

ОСОБЕННОСТИ ИЗБИРАТЕЛЬНОГО ПРАВА В АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКЕ

Резюме

В этой статье раскрывается понятие избирательного права, дается определение избирательного права в объективном

и  субъективном  смыслах,  активного  и  пассивного  избирательного  права,  указывается  история  принятия  Избирательного

Кодекса  Азербайджанской  Республики, указываются  основания  проведения  референдума  и  выборов,  дается  определение

референдума, абсентеизма, а также, в целях уменьшения абсентеизма, рекомендуются несколько предложений.

Jafarova Yasaman Farman

PECULIARITIES OF ELECTORAL RIGHT IN THE REPUBLIC OF AZERBAIJAN

Summary



The  author  deals  with  the  concept  of  electoral  right,  gives  the  definition  of  electoral  right  in  objective  and  subjective

meanings,  the  active  and  passive  electoral  right,  the  history  of  acceptance  of  the  Election  Code  of  the  Republic  of  Azerbaijan,

holding  a  referendum  and  elections,  the  definition  of  referendum  and  absenteeism,  and  also  makes  suggestions  to  reduce

absenteeism.

Rəyçi: h. ü. f. d., dos. V.K. Quliyev

Təqdim edən: h. ü. e. d., prof. M.D. Dəmirçiyeva 

Daxil olma tarixi: 12.06.2014 

Təkrar işlənmə tarixi: 24.06.2014 

Çapa imzalanma tarixi: 16.07.2014 

[səh. 71]





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə